Azərbaycan terrorizmin bütün formalarını pisləyir

 

Bakı, 27 sentyabr (AzərTAc). Azərbaycan beynəlxalq sülh təhlükəsizliyə ciddi təhdid olan terrorizmin bütün formalarını, kimliyindən, yerindən səbəbindən asılı olmayaraq törədilmiş terror aktlarını pisləyir bu bəlaya qarşı mübarizədə göstərilən beynəlxalq səyləri dəstəkləyir.

AzərTAc xəbər verir ki, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 69-cu sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin illik əlaqələndirmə görüşündə çıxışı zamanı deyib.

E.Məmmədyarov bildirib ki, yarandığı gündən İƏT müxtəlif xalqlar arasında beynəlxalq sülh əmin-amanlığı aşılayan ruhla bütün dünya müsəlmanlarının maraqlarını qorumaq naminə böyük təşəbbüslər göstərib bununla bağlı ciddi addımlar atıb. Lakin buna baxmayaraq qloballaşan dünyada baş verən sürətli dəyişikliklər davamlı əməkdaşlığımızı zəruri edir. Bu səbəbdən, artıq mövcud sahələrdə əlaqələri genişləndirməklə yanaşı, əməkdaşlıq üçün mümkün yeni istiqamətlər müəyyən etmək vacibdir.

Yaxın Şərqdəki vəziyyətin İslam Ümməti üçün ciddi təhdid yaratmaqda davam etdiyini söyləyən nazir bildirib ki, beynəlxalq aləmdə İƏT üzv dövlətlərin vahid mövqedən çıxış etmələrini tələb edir. Azərbaycan Hökuməti iki dövlət prinsipi əsasında həllin tərəfdarı kimi, paytaxtı Şərqi Qüds olmaqla qardaş Fələstin xalqının sülh, sabitlik müstəqil dövlət yaratmaq üçün göstərdiyi səyləri dəstəklədiyini bir daha təsdiqləyir. Buna görə bu müqəddəs torpaqda ədalətli sülhün tezliklə bərqərar olması üçün göstərilən bütün səyləri alqışlayırıq.

Nazir qeyd edib ki, Azərbaycan təkcə regional deyil, həm beynəlxalq təhlükəsizliyi zərbə altında qoyan, İraqda bir çox günahsız insanın həyatını itirməsinə səbəb olan şiddətin kəskinləşməsindən dərin narahatlıq hissi keçirir.

E.Məmmədyarov deyib: “Biz yüz minlərlə iraqlını öz evindən didərgin düşməyə məcbur etmiş, bir çox şəhər kəndlərin dağıdılmasına səbəb olmuş ağır zorakılıq humanitar böhranın qarşısında laqeyd qalmamalıyıq. Terrorizmdən əziyyət çəkmiş dövlət kimi biz müasir dünyada əsas problem kimi qalmaqda olan yalnız birlikdə həll edilə biləcək beynəlxalq terrorizmə qarşı mübarizədə əməkdaşlığımızın daha da möhkəmləndirilməsini vacib hesab edirik”.

İki ən böyük hökumətlərarası təşkilat olan İƏT BMT arasındakı münasibətlərin əhəmiyyətinin son illərdə daha da artdığını bildirən E.Məmmədyarov əlavə edib: “Hər iki təşkilatın əmin-aman, təhlükəsiz sabit dünyaya ümumi baxış məqsədə malik olduqlarını nəzərə alaraq, BMT-İƏT əməkdaşlığını strateji əməkdaşlıq kimi dəyərləndirir bu tərəfdaşlığın daha da genişləndiriləcəyinə ümid bəsləyirik”.

Nazir Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə Ermənistanın təcavüzkarlığını pislədiyinə görə İslam Ümmətinə, İƏT-ə üzv ölkələrə təşkilatın Katibliyinə bir daha təşəkkür edib.

 

Azərbaycan.-2014.- 28 sentyabr.- S.2.