Həştərxanda Xəzəryanı
ölkələrin dövlət
başçılarının IV
Sammitində beştərəfli sənədlər
imzalanıb və Bəyanat qəbul edilib
Azərbaycan Prezidenti İlham
Əliyevin Rusiyanın Həştərxan şəhərinə
işgüzar səfəri
Xüsusi
müxbirimiz xəbər verir ki, sentyabrın 29-da Həştərxanda
keçirilən Xəzəryanı ölkələrin
dövlət başçılarının IV Sammiti çərçivəsində
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir
Putin, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti
Nursultan Nazarbayev və Türkmənistan Prezidenti Qurbanqulu
Berdiməhəmmədovun iştirakı ilə hökumətlərarası
beştərəfli sazişlər imzalandı.
Xəzəryanı
dövlətlərin müvafiq nazirlikləri tərəfindən
Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq
Sazişi, Xəzər dənizində fövqəladə
halların qarşısının alınması və nəticələrinin
aradan qaldırılması sahəsində əməkdaşlıq
haqqında Saziş, Xəzər dənizinin su bioloji
resurslarının qorunması və onlardan rasional istifadə
olunması haqqında Saziş imzalandı.
Sonra
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir
Putin, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti
Nursultan Nazarbayev və Türkmənistan Prezidenti Qurbanqulu
Berdiməhəmmədov Azərbaycan, Rusiya, İran,
Qazaxıstan və Türkmənistan prezidentlərinin Bəyanatını
imzaladılar.
AzərTAc
Azərbaycan.-2014.- 30 sentyabr.- S.2.