Azərbaycan Prezidenti İlham Əliyevin və
İran Prezidenti Həsən Ruhaninin görüşü
Azərbaycan Prezidenti İlham
Əliyevin Rusiyanın Həştərxan şəhərinə
işgüzar səfəri
Xüsusi
müxbirimiz xəbər verir ki, sentyabrın 29-da Həştərxanda
işgüzar səfərdə olan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və İran
İslam Respublikasının Prezidenti Həsən Ruhaninin
görüşü olub.
Görüşdə
Azərbaycan Respublikası ilə İran İslam Respublikası
arasında ikitərəfli münasibətlərin müxtəlif
sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.
Yüksək səviyyəli görüşlərin əlaqələrimizin
daha da möhkəmləndirilməsi baxımından önəmi
qeyd edildi. Siyasi, iqtisadi, energetika, nəqliyyat və digər
sahələrdə əməkdaşlığın perspektivləri
ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2014.- 30 sentyabr.- S.3.