Ənənəvi Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı başa çatdı

 

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu il sentyabrın 18-dən 28-dək Bakıda keçirilən ənənəvi Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalına Rusiya, Belarus, Belçika, Litva, Latviya, HollandiyaAvstraliyadan

55 tanınmış musiqiçi və kollektivlər qatıldı.

Onların arasında Belarus Respublikasının Dövlət Kamera Orkestri, "Arirang" nəfəs alətləri kvinteti, "Avstraliyanın gənc virtuozları" kamera ansamblı, Yevgeni Buşkov, İlya Qrubert, Aleksandr Novosyolov, Lüdmila Trifonova, Kseniya Knorre, Andris Vecumniyeks, Kasparas Uinskas, Vladimir Qromov, həmçinin Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Q.Qarayev adına Dövlət Kamera Orkestri, eləcə də ölkəmizin tanınmış incəsənət ustaları, gənc və istedadlı musiqiçilər də vardı.

Xatırladaq ki, 11-dən artıq xarici ölkənin dünyada tanınmış kollektivlərinin iştirak etdiyi festivalın konsertləri Azərbaycan Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Dövlət KameraOrqan Musiqisi Zalı, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqı, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Ağcabədi rayon "Qarabağ" Muğam Mərkəzində keçirildi. Eyni zamanda festival çərçivəsində Bakının musiqi məktəblərində ustad dərsləri də unudulmadı.

Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə "Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində" mövzusunda keçirilən elmi-praktik konfrans, "Trio-klassik" ansamblının konserti və "Muğam Ensiklopediyası"nın (rus dilində nəşri) təqdimat mərasimi  kimi yaddaqalan tədbirlər də festival günlərinə daxil idi.

Sentyabrın 25-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində gənc musiqiçilər "Üzeyir Hacıbəyliyə ithaf" adlı proqram təqdim etdilər. Kamera musiqisi səsləndirilən konsertdə Bakı Musiqi Akademiyasının baş müəllimi İlahə Sadıxzadə və beynəlxalq müsabiqələr laureatı Ziba Rəcəbli yaddaqalan ifalarla çıxış etdilər.

Daha bir konsert Ağcabədidəki "Qarabağ" muğam mərkəzində keçirildi. Konsertdə xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, həmçinin Ağcabədi şəhər incəsənət məktəbi və "Qarabağ" muğam mərkəzinin ifaçıları tərəfindən dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin əsərlərindən parçalar səsləndirildi.

Musiqi bayramı iştirakçılarından biri olan "Avstraliyanın gənc virtuozları" kamera ansamblı Bakı Musiqi  Akademiyasının salonundaKameraOrqan Musiqi Zalında konsertlər verdi.

Həmçinin M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən dahi bəstəkarın həyat və yaradıcılığını əhatə edən sərgi və "Üzeyir Hacıbəyli - müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi" adlı elektron məlumat bazasının təqdimatı da keçirildi.

Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında V.A.Motsartın "Fiqaronun toyu" operasının premyerası ilə festivala yekun vuruldu  Azərbaycan Dövlət Filarmoniyasında isə görkəmli bəstəkar Süleyman Ələsgərovun 90 illiyinə həsr olunmuş yubiley konserti təqdim edildi.

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2014.- 30 sentyabr.- S.6.