Myanma İttifaqı
Respublikasının Prezidenti
zati-aliləri
cənab Theyn Seynə
Hörmətli cənab Prezident!
Myanma İttifaqı Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Myanma arasındakı münasibətlər dostluq və əməkdaşlıq zəminində daha da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 30 dekabr 2013-cü il
Azərbaycan.-2014.- 8 yanvar.- S.1.