Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 68 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Strukturu"nda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 352 Bakı şəhəri,
25 dekabr 2013-cü il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 68 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 3, maddə 257; 2006, ¹ 1, maddə 59; 2007, ¹ 9, maddə 922; 2009, ¹ 10, maddə 846; 2010, ¹ 11, maddə 1039; 2011, ¹ 5, maddə 442) ilə təsdiq edilmiş "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Strukturu"nun 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
"2. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs olmayan təşkilatlar:
2.1."Bakı Sukanal" İdarəsi;
2.2. Nizami rayon Sukanal İdarəsi;
2.3. Xətai rayon Sukanal İdarəsi;
2.4. Binəqədi rayon Sukanal İdarəsi;
2.5. Yasamal rayon Sukanal İdarəsi;
2.6. Nərimanov rayon Sukanal İdarəsi;
2.7. Nəsimi rayon Sukanal İdarəsi;
2.8. Sabunçu rayon Sukanal İdarəsi;
2.9. Səbail rayon Sukanal İdarəsi;
2.10. Suraxanı rayon Sukanal İdarəsi;
2.11. Qaradağ rayon Sukanal İdarəsi;
2.12. Xəzər rayon Sukanal İdarəsi;
2.13. Pirallahı rayon Sukanal İdarəsi;
2.14.
"Bağlar Sukanal"
İdarəsi;
2.15. Nəzarət Ölçü
Cihazları İdarəsi;
2.16.
"Sumqayıt Sukanal"
İdarəsi;
2.17.
"Abşeron Sukanal"
İdarəsi;
2.18.
"Şirvan Sukanal"
İdarəsi;
2.19.
"Mingəçevir Sukanal"
İdarəsi;
2.20.
"Oğuz-Qəbələ-Bakı Su Kəməri" İdarəsi;
2.21.
"Kür Su Kəmərləri"
İdarəsi;
2.22.
"Ceyranbatan Su Kəmərləri"
İdarəsi;
2.23.
"H.Z.Tağıyev adına Su Kəmərləri"
İdarəsi;
2.24. Nəqliyyat və Xüsusi Texnika İdarəsi;
2.25. Mərkəzi Laboratoriya.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2014.- 8 yanvar.- S.5.