"Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 noyabr tarixli 215 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 356                   Bakı şəhəri,  27 dekabr 2013-cü il

 

 

 

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 noyabr tarixli 215 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 11, maddə 1043) 1-ci hissəsinin üçüncü abzasında "2 (iki)" rəqəm və sözü "3 (üç)" rəqəm və sözü ilə əvəz edilsin.

 

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 8 yanvar.- S.5.