"İlk peşə-ixtisas təhsili
müəssisəsinin Nümunəvi
Nizamnaməsi"nin təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 359 Bakı şəhəri,
29 dekabr 2013-cü il
"Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının
1.22-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1.
"İlk peşə-ixtisas təhsili müəssisəsinin
Nümunəvi Nizamnaməsi" təsdiq edilsin (əlavə
olunur).
2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin "Azərbaycan
Respublikası peşə məktəbi və peşə
litseyinin nümunəvi Əsasnaməsinin təsdiq edilməsi
haqqında" 1994-cü il 3 avqust tarixli 291 nömrəli qərarı
və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi
qərarlarına əlavələr və dəyişikliklər
edilməsi barədə" 1999-cu il 21 yanvar tarixli 7 nömrəli
qərarının (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 1, maddə 48) 4-cü hissəsi ləğv
edilsin.
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 dekabr tarixli 359 nömrəli qərarı ilə təsdiq edilmişdir
İlk peşə-ixtisas təhsili müəssisəsinin
NÜMUNƏVİ NİZAMNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Bu Nümunəvi Nizamnamə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və tabeliyindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətini tənzimləyir.
1.2. Bu Nümunəvi Nizamnamə hər bir ilk peşə-ixtisas təhsili müəssisəsi üçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur.
1.3. Dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinin nizamnaməsi təhsil müəssisəsinin təsisçisi (Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilir.
1.4. Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinin nizamnaməsində edilən dəyişikliklər təhsil müəssisəsinin pedaqoji şurası tərəfindən qəbul olunur və təsisçisi (Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilir.
1.5. Bələdiyyə və özəl ilk peşə-ixtisas təhsili müəssisələrinin nizamnamələri və onlarda edilən dəyişikliklər təsisçilər tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəyi əsasında təsdiq edilir.
1.6. İlk peşə-ixtisas təhsili müəssisəsi əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif sənətlər və kütləvi peşələr üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edir. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya tam orta təhsil səviyyəsində fənn (fənlər) üzrə bilik qiyməti “2” olduğu üçün attestasiyaya buraxılmayan və ilk peşə-ixtisas təhsili almaq istəyən 15 yaşdan yuxarı olan şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”na uyğun olaraq verilən müvafiq arayış əsasında ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil ala bilərlər.
1.7. İlk peşə-ixtisas təhsili müəssisəsi təhsilin bu pilləsi üzrə təhsil proqramlarını (kurikulumları) həyata keçirən hüquqi şəxs statusuna malik təhsil müəssisəsidir. İlk peşə-ixtisas təhsili müəssisəsinin adı və hüquqi ünvanı onun nizamnaməsində göstərilir.
1.8. İlk peşə-ixtisas təhsili müəssisəsi müstəqil balansa, qanunvericiliyə uyğun olaraq, mülkiyyətində və ya sərəncamında olan əmlaka, xəzinə və bank hesablarına, üzərində öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
1.9. İlk peşə-ixtisas təhsili müəssisəsinə ümumi orta təhsil bazasından qəbul olunanlar peşə ixtisası ilə yanaşı, tam orta təhsil almaq hüququna da malikdirlər.
1.10. İlk peşə-ixtisas təhsili müəssisəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini, kollegiyasının qərarlarını və bu Nümunəvi Nizamnaməni rəhbər tutur.
1.11. İlk peşə-ixtisas təhsili müəssisəsi təhsil prosesini humanistlik, millilik və dünyəvilik, keyfiyyətlilik, demokratiklik, bərabərlik, səmərəlilik, fasiləsizlik, vəhdətlilik, daimilik, varislik, liberallıq və inteqrasiya prinsipləri əsasında həyata keçirir.
1.12. İlk peşə-ixtisas təhsili müəssisəsində irqindən, cinsindən, dilindən, mənşəyindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşın təhsil almaq hüququ vardır.
1.13. İlk peşə-ixtisas təhsili müəssisələrində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.
1.14. Dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinin yaradılması, yenidən təşkili və ləğv edilməsi “Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli 67 nömrəli qərarına uyğun olaraq həyata keçirilir. Bələdiyyə və özəl ilk peşə-ixtisas təhsili müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr və təsisçilər tərəfindən həyata keçirilir.
1.15. İlk peşə-ixtisas təhsili müəssisəsinin adı həmin müəssisənin yaradıldığı zaman müəyyənləşdirilir və yenidən təşkil olunduğu halda dəyişdirilə bilər. İlk peşə-ixtisas təhsili müəssisəsinin adının dəyişdirilməsi tabeliyində ilk peşə-ixtisas təhsili müəssisəsi olan müvafiq dövlət idarəetmə orqanlarının vəsatəti əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
1.16. İlk peşə-ixtisas təhsili müəssisəsinə işə qəbuletmədə, vəzifələrə təyinolunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, bu təhsil müəssisəsinə şəxslərin qəbul olunmasında, təhsilalanların təqaüdlə təmin edilməsində, təhsilalanların və ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, həmçinin təhsilalanların və təhsilverənlərin ixtisaslarının artırılmasında, onların təhsili sahəsində və digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılır.
1.17. Ödənişli əsaslarla təhsil almaq istəyənlərin təhsili ilk peşə-ixtisas təhsili müəssisəsi ilə bağlanılan müqavilələrə uyğun olaraq həyata keçirilir.
1.18. Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslər və sosial müdafiəyə ehtiyacı olanlar üçün müvafiq qaydada şərait yaradılır.
1.19. İlk peşə-ixtisas təhsili müəssisələrində təhsilalanların geyim forması hər bir təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
1.20. İlk peşə-ixtisas təhsili müəssisələrində milli peşə ənənələri qorunur, inkişaf etdirilir və innovasiyalar tətbiq olunur.
1.21. Xaricdə yaşayan azərbaycanlılar üçün ilk peşə-ixtisas təhsili pilləsi ilə bağlı dövlətin həyata keçirdiyi xüsusi layihələrdə və proqramlarda ilk peşə-ixtisas təhsili müəssisələri iştirak edə bilərlər.
1.22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 avqust tarixli 147 nömrəli qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili Qaydaları”na uyğun olaraq, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil əyani formada həyata keçirilir.
1.23. Ölkənin iqtisadiyyatına və əmək bazarının tələblərinə uyğun olaraq, ilk peşə-ixtisas təhsili müəssisələrinə dövlət və qeyri-dövlət təşkilatları və müəssisələri tərəfindən kadr hazırlığı üçün sifarişlər verilir və sifarişçi təşkilat məzunların ixtisasına uyğun işlə təmin olunmasına köməklik göstərir.
2. İlk peşə-ixtisas təhsilinin əsas məqsədi
2.1. İlk peşə-ixtisas təhsilinin əsas məqsədi aşağıdakılardır:
2.1.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil, yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;
2.1.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq;
2.1.3. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənil-məsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.
3. İlk peşə-ixtisas təhsili sahəsində dövlət standartları
3.1. İlk peşə-ixtisas təhsili müəssisələrində ixtisaslı kadrların hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş “İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulumu)” və 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası” əsasında həyata keçirilir.
3.2. İlk peşə-ixtisas təhsilinin dövlət standartları bu təhsil pilləsinin məzmununu, idarə olunmasını, maddi-texniki bazasını, infrastrukturunu, təhsilverənlərin (müəllimlərin, istehsalat təlimi ustalarının və digərlərinin) ölçülə bilən keyfiyyət göstəricilərini, təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir.
3.3. Sağlamlıq imkanları məhdud şəxslərin ilk peşə-ixtisas təhsili xüsusi dövlət standartlarına uyğun həyata keçirilir.
4. Tədris dili
4.1. İlk peşə-ixtisas təhsili müəssisələrində tədris dövlət dilində – Azərbaycan dilində aparılır.
4.2. Vətəndaşların, ilk peşə-ixtisas təhsili müəssisələri təsisçilərinin, işəgötürənlərin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırma əsasında həmin müəssisələrdə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmiş Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi və Azərbaycan coğrafiyası fənləri tədris edilməklə, təhsil ilk peşə-ixtisas təhsili üzrə müvafiq dövlət standartlarına uyğun olaraq digər dillərdə də aparıla bilər.
4.3. Azərbaycan dilini zəif bilən təhsilalanlar üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada ilk peşə-ixtisas təhsili müəssisələrində hazırlıq qrupları və kursları təşkil olunur.
5. İlk peşə-ixtisas təhsilinin keyfiyyət səviyyəsi
5.1. İlk peşə-ixtisas təhsilinin keyfiyyət səviyyəsi dövlət standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə və bu təhsil pilləsi üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil proqramlarına (kurikulumlara), şagirdlərin hazırlıq səviyyəsinə, maddi-texniki bazaya, infrastruktura, informasiya resurslarına, təhsilverənlərin peşəkarlığına və elmi-pedaqoji səviyyəsinə, mütərəqqi tədris texnologiyalarına) uyğun olaraq müəyyən edilir.
5.2. İlk peşə-ixtisas təhsili müəssisəsində kadr hazırlığının keyfiyyət səviyyəsi məzunların milli və beynəlxalq əmək bazarında rəqabət qabiliyyəti, ölkənin sosial və iqtisadi inkişafında rolu ilə müəyyən edilir.
5.3. Bu təhsil pilləsinin keyfiyyət səviyyəsinin qəbul olunmuş dövlət standartlarına uyğunluğu dövlət akkreditasiya xidməti tərəfindən müvafiq qaydada qiymətləndirilir.
6. Təhsil proqramı (kurikulum)
6.1. İlk peşə-ixtisas təhsili pilləsinin ayrı-ayrı peşələri üzrə təhsil proqramları (kurikulumlar) aşağıdakı tədris-metodiki sənədlər əsasında həyata keçirilir:
6.1.1. nümunəvi tədris planı;
6.1.2. istehsalat təlimi və təcrübələrinin aparılmasına, istehsalat sınaq işlərinin yerinə yetirilməsinə, şagirdlərin yekun dövlət attestasiyasının keçirilməsinə dair metodiki göstərişlər;
6.1.3. fənn proqramları (kurikulumlar);
6.1.4. fənlər üzrə işçi-tədris proqramları (kurikulumlar);
6.1.5. dərsliklər, dərs vəsaitləri;
6.1.6. ixtisas, ümumtəhsil fənləri üzrə laboratoriya işlərinin yerinə yetirilməsinə və istehsalat təcrübələrinin yekunları barədə hesabatların hazırlanmasına dair metodiki tövsiyələr;
6.1.7. təhsilalanların biliyinin qiymətləndirilməsi üçün tədris-metodiki materiallar (yoxlama və test tapşırıqları, imtahan biletləri, şagirdlərin müstəqil hazırlığı üçün suallar);
6.1.8. ixtisaslaşmış kabinet, laboratoriya və tədris-istehsalat
emalatxanalarının siyahısı.
6.2.
Nümunəvi təhsil proqramları (kurikulumlar) Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən
müəyyən edilmiş qaydada hazırlanır və təsdiq
edilir.
6.3. Təhsil
proqramlarının (kurikulumların) yerinə yetirilməsi
müddəti təhsil bazasından və ilk peşə-ixtisas
səviyyəsindən
asılı olaraq, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 23 aprel
tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş
“İlk peşə-ixtisas təhsilinin dövlət
standartı (kurikulumu)”na
uyğun müəyyən
edilir.
6.4.
İlk peşə-ixtisas təhsili müəssisəsində əlavə
təhsil almaq üçün müvafiq təhsil
proqramları (kurikulumlar) tətbiq edilir.
6.5.
Sağlamlıq imkanları məhdud olan, uzun müddət müalicəyə ehtiyacı
olan təhsilalanların təhsilini,
müalicəsini, sosial adaptasiyasını və ictimai həyata
inteqrasiyasını nəzərdə tutan xüsusi ilk peşə-ixtisas
təhsili proqramları (kurikulumlar) müəyyən edilir
və həyata
keçirilir.
6.6. Təhsilalanların
həftəlik maksimal tədris yükünün həcmi dərs
və dərsdənkənar məşğələlər də
nəzərə alınmaqla, 40 saatdır (35 saat dərs, 5
saat dərsdənkənar məşğələlər).
6.7.
İlk peşə-ixtisas təhsili müəssisələrində
kredit sistemi ilə tədrisin təşkili Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq
edilmiş qaydalar əsasında həyata keçirilir.
6.8.
İlk peşə-ixtisas təhsili müəssisələrində dərslər sentyabrın 15-dən
başlanır və iyulun 1-dən gec olmayaraq başa çatır. Tədris ili iki yarımildən ibarətdir (birinci
yarımil 15 sentyabr – 29 dekabr, ikinci yarımil isə 7 yanvar –
30 iyun). Dərs ili ərzində
qış tətilinin müddəti 8 gündür. İstehsalat təcrübəsi təhsil müddətindən
asılı olaraq, tədris planına uyğun müəyyənləşdirilir.
6.9. Tədris
ili müddətində işəgötürənlərin
sifarişi əsasında ixtisaslar üzrə kadrların
hazırlanması, yenidən hazırlanması və
ixtisaslarının artırılması məqsədi ilə qısamüddətli
qruplar təşkil olunur.
6.10. Dərs nəzəri
və praktiki formada keçirilir, əlavə olaraq laboratoriya
məşğələləri aparılır.
6.11.
İlk peşə-ixtisas təhsili müəssisələrində
təlim məşğələləri 45 dəqiqə, məşğələlərarası
fasilə isə 5-10 dəqiqə müəyyənləşdirilir.
Tədris emalatxanalarında istehsalat təlimi məşğələləri
zamanı təlimin birinci ilində hər 45 dəqiqədən,
təlimin ikinci və sonrakı illərində isə 90 dəqiqədən
sonra 10 dəqiqə fasilə verilir.
6.12. Təhsilalanların
dərs zamanı tədris prosesi ilə bağlı olmayan
işlərə cəlb edilməsinə yol verilmir.
6.13.
İlk peşə-ixtisas təhsili müəssisələrinin
tədris qruplarında orta sıxlıq Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 77
nömrəli qərarı ilə təsdiq edilmiş “İlk
peşə-ixtisas təhsili pilləsinin dövlət
standartı və proqramı (kurikulum)”na əsasən
maddi-texniki bazadan asılı olaraq, 20 nəfər müəyyən
edilir. Əgər maddi-texniki baza buna imkan vermirsə,
orta sıxlıq 20 nəfərdən artıq müəyyənləşdirilir.
6.14. Təhsilalanların
biliyinin təhsil müddətində qiymətləndirilməsi
üzrə attestasiyanın keçirilməsi qaydaları Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.
6.15. Təhsilalanların
bir təhsil proqramından və ya ilk peşə-ixtisas təhsili
müəssisəsindən digərinə
köçürülməsi, xaric edilməsi və bərpa
olunması məsələləri Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən
müəyyənləşdirilmiş qaydalarla tənzimlənir.
7. İlk peşə-ixtisas
təhsilinin məzmununa və təşkilinə dair tələblər
7.1.
İlk peşə-ixtisas təhsilinin məzmununa və təşkilinə dair
ümumi tələblər
aşağıdakılardır:
7.1.1. təhsilalanlarda müasir tələblərə
və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq,
informasiya cəmiyyətində
yaşayıb fəaliyyət göstərmək və ünsiyyət yaratmaq
bacarığını
formalaşdırmaq;
7.1.2.
öz üzərinə məsuliyyət
götürmək, kollegial qərarların qəbulunda, demokratik təsisatların fəaliyyətində
və inkişafında iştirak
etmək keyfiyyətlərinə
malik, müstəqil, yaradıcı şəxsiyyət və
vətəndaş
formalaşdırmaq;
7.1.3. təhsilalanların
fasiləsiz peşə-ixtisas təhsili almasını,
daim yeniləşən müasir
texnologiyalara uyğun biliklərə yiyələnməsini, cəmiyyətin tələbatının daha səmərəli ödənilməsi
üçün bərabər imkanlara malik olmalarını təmin etmək;
7.1.4.
yüksək intellektual səviyyə və
təcrübi iş qabiliyyətinə, yeni
texnologiyalara yiyələnmək, informasiya
axınında
çevik istiqamət tapmaq
bacarığını
formalaşdırmaq;
7.1.5. ilk
peşə-ixtisas təhsili müəssisəsində tədris
prosesinin təhsilalanların və
təhsilverənlərin
insan ləyaqətinə hörmət etməsi
əsasında qurulmasını təmin
etmək, təhsilalana və
təhsilverənə
qarşı hər hansı
fiziki və psixoloji
zorakılığa
yol verməmək;
7.1.6. cəmiyyətin yüksəksəviyyəli və
rəqabət qabiliyyətli kadr potensialına tələbatının
ödənilməsi üçün real zəmin yaratmaq.
8. İlk
peşə-ixtisas təhsili müəssisəsi və onun
strukturu
8.1. Azərbaycan
Respublikasında mülkiyyət növünə görə
dövlət, bələdiyyə
və özəl ilk peşə-ixtisas
təhsili müəssisələri fəaliyyət göstərir.
8.2.
Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin yaradılması,
yenidən təşkili və ləğv edilməsi “Dövlət
büdcəsindən maliyyələşən təlim-tərbiyə
və təhsil müəssisələrinin yaradılması,
genişləndirilməsi, yenidən təşkili və ləğv
edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2003-cü il 14 may tarixli 67 nömrəli qərarına
uyğun olaraq həyata keçirilir.
8.3. Bələdiyyə
ilk peşə-ixtisas təhsili müəssisələrinin yaradılması, yenidən təşkili
və ləğv olunması Azərbaycan Respublikasının
“Təhsil haqqında” və “Bələdiyyələr
haqqında” qanunlarına və
digər qanunvericilik aktlarına uyğun olaraq bələdiyyələr
tərəfindən həyata keçirilir.
8.4.
Özəl ilk peşə-ixtisas təhsili müəssisələri fiziki və
ya hüquqi şəxslər tərəfindən
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa
və digər qanunvericilik aktlarına uyğun
yaradılır. Respublika ərazisində xarici ölkələrin
ilk peşə-ixtisas
təhsili müəssisələrinin
yaradılması, yenidən təşkili və ləğv
olunması beynəlxalq müqavilələr əsasında Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun həyata
keçirilir.
8.5.
İlk peşə-ixtisas təhsili müəssisələrinin
aşağıdakı növləri vardır:
8.5.1. peşə məktəbləri;
8.5.2. peşə liseyləri.
8.6.
Peşə məktəbinə qəbul olunanlara yalnız ilk
peşə-ixtisas təhsili verilir.
8.7.
Peşə liseyinə ümumi orta təhsil bazasından qəbul
olunan şəxslərə peşə-ixtisas təhsili ilə
yanaşı, həmçinin tam orta təhsil almaq hüququ
da verilir.
8.8.
İlk peşə-ixtisas təhsili müəssisələri və
müxtəliftipli təhsil müəssisələri təhsil
kompleksi və kampus formasında da fəaliyyət göstərə
bilərlər.
8.9. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 77
nömrəli qərarı ilə təsdiq edilmiş “İlk
peşə-ixtisas təhsili pilləsinin dövlət
standartı və proqramı (kurikulum)”na əsasən ilk peşə-ixtisas
təhsili müəssisələrində bölmələr
üzrə ayrılan saatlara uyğun olaraq, təhsil müddəti
aşağıdakı qruplara görə 6 ay, 1 il, 2 il və
3 il müəyyənləşdirilir:
8.9.1. tam orta təhsil bazasından qəbul olunmuş
qruplarda təhsil müddəti – 1 il;
8.9.2. ümumi orta təhsil bazasından qəbul
olunmuş və peşə ilə yanaşı, tam orta təhsilalanlar
üçün təşkil edilən qruplarda təhsil
müddəti – 3 il;
8.9.3. ümumi orta təhsil bazasından qəbul
olunmuş və yalnız peşə alanlar üçün təşkil
edilən qruplarda təhsil müddəti peşənin mürəkkəbliyindən
asılı olaraq – 1-2 il.
8.10. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 104
nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil
proqramlarının (kurikulumların) yerinə yetirilməsi
müddəti”nə uyğun olaraq, ümumi orta və tam orta təhsil
səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində
müəyyən peşə üzrə bacarıqlar
qazanmış şəxslər üçün işəgötürənlərin
və fərdlərin sifarişləri əsasında həmin
və ya digər peşənin öyrənilməsi,
ixtisasının artırılması və yenidən hazırlanması
üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir.
8.11.
İlk peşə-ixtisas təhsili müəssisələrində
təhsil dövlət hesabına və ödənişli əsaslarla
həyata keçirilir. İlk peşə-ixtisas
təhsili müəssisələrində təhsilin dövlət
hesabına və ödənişli əsaslarla həyata
keçirilməsi hər bir təhsil müəssisəsinin
nizamnaməsi ilə müəyyən olunur.
8.12.
İlk-peşə ixtisas təhsili müəssisələrinə
kreditlərin, qrantların və subsidiyaların verilməsi
müvafiq qanunvericiliklə tənzimlənir.
8.13.
İlk peşə-ixtisas təhsili müəssisələri təhsilin
inkişafı və təkmilləşdirilməsi məqsədi
ilə ictimai birliklər, assosiasiyalar və ittifaqlar yaratmaq, eləcə
də qeyri-hökumət təşkilatlarına üzv olmaq
hüququna malikdirlər.
8.14.
İlk peşə-ixtisas təhsili müəssisəsi öz
fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət
və dövlət qarşısında məsuliyyət
daşıyır.
8.15. Azərbaycan Respublikasında fəaliyyət göstərən
ilk peşə-ixtisas təhsili müəssisəsinin dövlət
elektron məlumat sisteminə qoşulması qanunvericiliyə
uyğun olaraq təmin edilir.
9. İlk
peşə-ixtisas təhsili müəssisələrinin
hüquq və vəzifələri
9.1.
İlk peşə-ixtisas təhsili müəssisələrinin
vəzifələri aşağıdakılardır:
9.1.1. ilk peşə-ixtisas təhsili sahəsində
dövlət proqramlarını,
kadr hazırlığının prioritet və istiqamətlərini,
dünya təhsil sisteminə inteqrasiyanı həyata
keçirmək və beynəlxalq standartlara cavab verən təhsil
şəraitinin və mühitinin yaradılmasını təmin
etmək;
9.1.2. işəgötürənlərin sifarişləri
nəzərə alınmaqla, ilk peşə-ixtisas təhsili
müəssisəsinə təhsilalanların qəbulunu
proqnozlaşdırmaq və Azərbaycan
Respublikasının Təhsil Nazirliyinə təqdim etmək;
9.1.3. ilk peşə-ixtisas təhsili müəssisələrində
müəyyən edilmiş qaydada monitorinq keçirmək və
təhsilalanların biliyini qiymətləndirmək, təlim
prosesində innovativ texnologiyalardan və yeni təlim
üsullarından istifadə etmək;
9.1.4. hər bir təhsilalanın intellektual, mədəni
və mənəvi inkişafını təmin etmək,
müvafiq peşə üzrə təhsilalma tələblərini
ödəmək;
9.1.5. təlim-tərbiyə
prosesini yüksək səviyyədə təşkil etmək;
9.1.6. yüksəkixtisaslı kadrlar hazırlamaq;
9.1.7.
mühəndis-pedaqoji heyətin ixtisasının
artırılması və kadrların yenidən
hazırlanması üçün tədris planı və
proqramları hazırlamaq;
9.1.8. beynəlxalq fəaliyyəti və xarici əlaqələri
təmin etmək.
9.2.
İlk peşə-ixtisas təhsili müəssisələrinin
hüquqları aşağıdakılardır:
9.2.1. qanunvericiliklə müəyyən edilmiş
qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul
olmaq;
9.2.2. ilk peşə-ixtisas təhsilinin dövlət
standartı çərçivəsində təhsil
proqramlarında (kurikulumlarda) dəqiqləşdirmələr
aparmaq;
9.2.3. beynəlxalq
fəaliyyəti və xarici əlaqələri təmin etmək
(innovativ texnologiyalardan və yeni təlim üsullarından
istifadə etməklə);
9.2.4. tədris prosesini təşkil etmək və
onun monitorinqini həyata keçirmək;
9.2.5. müasir informasiya və elmi-metodiki təminatı,
ilk peşə-ixtisas təhsili müəssisəsinin qlobal kompyuter
şəbəkəsi (internet) üçün informasiya
resurslarını yaratmaq;
9.2.6. peşə və ixtisaslara uyğun dərsliyin,
dərs və metodiki vəsaitlərin hazırlanmasında və nəşr
edilməsində iştirak etmək;
9.2.7. tədris prosesinin keyfiyyətini yüksəltmək
məqsədi ilə əlavə olaraq yerli və xarici mütəxəssisləri
cəlb etmək;
9.2.8.
müəllim-şagird mübadiləsini və onların
xaricdə təcrübə keçmələri üçün beynəlxalq
əlaqələri yaratmaq.
10.
İlk peşə-ixtisas təhsili müəssisəsinin təsisçisi
10.1.
İlk peşə-ixtisas təhsili müəssisəsinin təsisçisi
(təsisçiləri) dövlət, bələdiyyələr,
Azərbaycan Respublikasının vətəndaşları,
xarici dövlətlərin hüquqi şəxsləri, əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər
ola bilərlər.
10.2. Təsisçiləri
əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər, xarici hüquqi şəxslər olan ilk peşə-ixtisas təhsili müəssisəsinin
mühəndis-pedaqoji heyətinin azı 80 faizini Azərbaycan
Respublikasının vətəndaşları təşkil etməlidirlər.
10.3. Təsisçinin
məsuliyyəti, səlahiyyət dairəsi, təhsil müəssisəsi
ilə qarşılıqlı öhdəlikləri Azərbaycan
Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və
təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən
edilir.
10.4. İlk peşə-ixtisas təhsili
müəssisəsinin təsisçisi müəssisənin
dövlət qeydiyyatına alınmasına qədər əmələ
gəlmiş və onun yaradılması ilə bağlı
olan öhdəliklər üzrə məsuliyyət
daşıyır. İlk peşə-ixtisas təhsili
müəssisəsi öhdəlikləri üçün ona
məxsus olan bütün əmlakı ilə cavabdehdir. Qanunvericilikdə və ya ilk peşə-ixtisas təhsili
müəssisəsinin nizamnaməsində nəzərdə
tutulan hallar istisna olmaqla, təhsil müəssisəsinin təsisçisi
(iştirakçısı) təhsil müəssisəsinin
öhdəlikləri üçün, təhsil müəssisəsi
isə təsisçinin (iştirakçının) öhdəlikləri
üçün cavabdeh deyildir.
11.
İlk peşə-ixtisas təhsili müəssisələrinin
lisenziyalaşdırılması
və
akkreditasiyası
11.1.
İlk peşə-ixtisas təhsili müəssisələrinin
akkreditasiyasını Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarı
ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin
akkreditasiyası Qaydaları”na əsasən Azərbaycan Respublikasının Təhsil
Nazirliyi həyata keçirir. Həmin prosedurdan
keçmiş təhsil müəssisəsi akkreditasiya
haqqında sertifikat alır.
11.2.
İlk peşə-ixtisas təhsili müəssisəsinin
akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki
bazasının, təhsil proqramlarının, kadr
potensialının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət standartlarına
və digər normativ hüquqi aktların tələblərinə
uyğunluğunun müəyyən edilməsi məqsədi
ilə aparılır və təhsil müəssisəsinin
statusunun müəyyənləşdirilməsi, onun fəaliyyətinin
növbəti müddətə
uzadılması üçün hüquqi təminat
yaradır.
11.3. Azərbaycan
Respublikasında hər bir ilk peşə-ixtisas təhsili müəssisəsi
təhsil fəaliyyəti göstərmək üçün
qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan
Respublikasının Təhsil Nazirliyindən xüsusi
razılıq (lisenziya) almalıdır. Dövlət
təhsil müəssisələrinə xüsusi
razılıq (lisenziya) müddətsiz verilir. Azərbaycan
Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən
təsis edilmiş bələdiyyə və özəl təhsil
müəssisələrinə xüsusi razılıq
(lisenziya) 5 (beş) il müddətinə
verilir. Əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər və xarici hüquqi şəxslər
tərəfindən təsis edilmiş təhsil müəssisələrinə
xüsusi razılıq (lisenziya) 3 (üç) il
müddətinə verilir.
11.4.
Xarici hüquqi şəxslərin, onların
filiallarının və nümayəndəliklərinin, əcnəbilərin
və ya vətəndaşlığı olmayan şəxslərin
öz ölkələrində təhsil fəaliyyəti ilə
məşğul olmaq üçün aldıqları
lisenziyaların Azərbaycan Respublikasında tanınması
beynəlxalq müqavilələrlə həyata keçirilir.
11.5. Azərbaycan
Respublikasında hüquqi şəxs kimi dövlət
qeydiyyatına alınmış, fəaliyyətinə
xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya
olunmuş ilk
peşə-ixtisas təhsili müəssisəsinin
fəaliyyətinə hüquqi təminat verilir.
12.
İlk peşə-ixtisas təhsili haqqında dövlət sənədi
12.1.
İlk peşə-ixtisas təhsili müəssisəsində təlim
proqramının (kurikulumun) tam mənimsənilməsi daxili və
dövlət
buraxılış
imtahanı (yekun attestasiya)
vasitəsilə
başa çatır. İmtahanların təşkili, forması və
keçirilməsi, təhsilalanların biliyinin qiymətləndirilməsi
qaydaları Azərbay-can Respublikasının Təhsil Nazirliyi
tərəfindən müəyyənləşdirilir.
12.2.
İlk peşə-ixtisas təhsili sahəsində hər
bir səviyyə üzrə təlim
proqramını (kurikulumu) mənimsəmiş, daxili və
dövlət buraxılış imtahan-larını müvəffəqiyyətlə
vermiş şagirdlərə
ixtisas dərəcəsi göstərilməklə, təhsil haqqında dövlət sənədi
verilir. Təhsil haqqında dövlət sənədi ilk peşə-ixtisas təhsili
müəssisəsinin möhürü ilə təsdiq
edilir.
12.3. Təhsil
sənədində göstərilmiş ixtisas dərəcəsi (səviyyəsi)
dəyişdirilə bilməz.
12.4.
Müvafiq kursu bitirdikdən sonra təhsilini davam etdirməyən
və ya hər hansı dərs ilində məşğələlərdə
iştirak etmədiyi üçün ümumtəhsil fənni
(fənləri) üzrə biliyi qiymətləndirilməyən,
habelə tədris planında nəzərdə tutulmuş fənlər
(peşə liseylərində ümumtəhsil fənləri
istisna olmaqla) üzrə attestasiyadan və yaxud yekun
attestasiyadan keçməyən, habelə istehsalat təcrübəsi
və təlimlərdə iştirak etməyən şəxslərə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21
yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq
edilmiş “Müxtəlif səbəblərdən təhsilin
hər hansı pilləsini və səviyyəsini başa
vurmayan şəxslərə arayışın verilməsi
Qaydası”na əsasən müvafiq formada arayış verilir.
12.5.
İlk peşə-ixtisas təhsili müəssisəsini
müvəffəqiyyətlə bitirənlərə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarı
ilə təsdiq edilmiş “Təhsil haqqında dövlət sənədlərinin
nümunələri və onların verilməsi Qaydaları”na
uyğun olaraq, ilk peşə-ixtisas təhsili pilləsində
aşağıdakı növ təhsil
sənədləri verilir:
12.5.1. diplom (adi);
12.5.2. diplom (xüsusi, nümunəli);
12.5.3. sertifikat.
12.6.
Diplom və sertifikat ilk peşə-ixtisas təhsili pilləsini
müvəffəqiyyətlə başa vurmuş şəxslərə
verilir.
12.7.
İlk peşə-ixtisas təhsili müəssisələrində
peşə-ixtisas təhsili ilə yanaşı, tam orta təhsil
almış şəxslərə diplom və müəyyən
olunmuş nümunəli tam orta təhsil haqqında attestat
verilir.
13.
İlk peşə-ixtisas təhsili müəssisəsində
iaşə və tibb xidməti
13.1.
İlk peşə-ixtisas təhsili müəssisəsində
iaşə və tibb xidməti Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 218 nömrəli qərarı
ilə təsdiq edilmiş “Təhsil müəssisəsində
iaşə və tibb xidmətinin təşkili Qaydası və
Normaları”na uyğun təşkil olunur.
13.2.
İlk peşə-ixtisas təhsili müəssisəsində
iaşə xidməti təhsil müəssisəsi ilə
iaşə xidməti göstərən hüquqi və ya
fiziki şəxslər arasında bağlanan müqavilə əsasında
həyata keçirilir.
13.3.
İlk peşə-ixtisas təhsili müəssisəsində
təhsilalanlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 25 noyabr tarixli 217 nömrəli qərarı ilə təsdiq
edilmiş “Təhsil müəssisəsində təhsilalanlara
pulsuz tibbi xidmətin göstərilməsi Qaydası”na əsasən
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qurumları
tərəfindən pulsuz tibbi xidmət göstərilir.
14.
İlk peşə-ixtisas təhsili müəssisəsinin idarə
edilməsi
14.1.
İlk peşə-ixtisas təhsili müəssisəsi
aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri
əsasında “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa, digər normativ hüquqi aktlara, bu
Nümunəvi Nizamnaməyə və təhsil müəssisəsinin
nizamnaməsinə uyğun olaraq
idarə edilir.
14.2.
İlk peşə-ixtisas təhsili müəssisəsinin
nizamnaməsi təhsil müəssisəsinin fəaliyyətinin
məqsədini, onun idarə olunması qaydalarını, təhsilalanların
və işçilərin statusunu, maliyyə-təsərrüfat
fəaliyyətinin strukturunu və digər məsələləri
müəyyənləşdirir.
14.3.
Dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə
rəhbərliyi Azərbaycan Respublikasının Təhsil
Nazirliyi tərəfindən təyin edilmiş direktor həyata
keçirir. Dövlət təhsil müəssisəsinin ali idarəetmə orqanı Pedaqoji
Şuradır. Pedaqoji Şuranın
yaradılması və fəaliyyəti Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq
edilən Əsasnaməyə əsasən tənzimlənir.
14.4.
İlk peşə-ixtisas təhsili müəssisəsinin
idarə olunmasında demokratikliyi və şəffaflığı
təmin etmək məqsədi ilə təhsil müəssisəsində
özünüidarə orqanları (ümumi
yığıncaq, himayəçilər, metodiki, təhsilalanlar,
qəyyumlar şuraları) yaradıla bilər. Həmin
qurumların yaradılması qaydaları və səlahiyyətləri
ilk peşə-ixtisas təhsili müəssisəsinin nizamnaməsi
ilə müəyyən edilir.
14.5. Bələdiyyə
ilk peşə-ixtisas təhsili müəssisəsinə rəhbərliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəyi nəzərə
alınmaqla, bələdiyyə tərəfindən təyin
edilmiş direktor həyata
keçirir.
14.6.
Özəl ilk peşə-ixtisas təhsili müəssisəsinə
rəhbərliyi həmin təhsil
müəssisəsinin təsisçilər
şurası (himayəçiləri,
qəyyumları) tərəfindən təyin
edilmiş direktor həyata keçirir.
14.7. Təsisçiləri əcnəbilər, vətəndaşlığı olmayan
şəxslər və ya
xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə kapitalının 51 faizdən çoxu xarici hüquqi
şəxslərə məxsus ilk peşə-ixtisas təhsili
müəssisəsinin
dövlət qeydiyyatına
alınması və həmin təhsil müəssisəsinin direktorunun
və onun müavininin təyin edilməsi Azərbaycan
Respublikasının Təhsil
Nazirliyi ilə razılaşdırıldıqdan sonra
həyata keçirilir.
14.8.
İlk peşə-ixtisas təhsili müəssisəsinin idarə
edilməsi ilə bağlı məsələlərə təhsili
idarəetmə orqanları istisna olmaqla, dövlət və
yerli özünüidarəetmə orqanlarının və
digər təşkilatların müdaxilə etmələrinə yol verilmir.
14.9.
İlk peşə-ixtisas təhsili müəssisəsinin
direktorunun əsas vəzifələri
aşağıdakılardır:
14.9.1. təhsil müəssisəsinin ayrı-ayrı
bölmələrinin işini, şagirdlərin təlim-tərbiyə
prosesinin səmərəli təşkilini
planlaşdırır, onun həyata keçirilməsinə nəzarət
edir, işin keyfiyyəti və səmərəliliyi
üçün məsuliyyət daşıyır, dövlət
və ictimai orqanlarda təhsil müəssisəsini təmsil
edir;
14.9.2.
mühəndis-pedaqoji işçilərin yaradıcı surətdə
fəaliyyət göstərmələri, onların sinifdənxaric
və məktəbdənkənar işinin təşkili
üçün şərait yaradır;
14.9.3. təlim-tərbiyə,
tədris-istehsalat və təsərrüfat sahələrində
çalışan işçilərin səmərəli əmək-istehsalat
və təsərrüfat fəaliyyəti üçün
şərait yaradır, pedaqoji işçilərin
hüquqlarının qorunmasını və sosial müdafiəsini
təmin edir;
14.9.4. işində fərqlənən mühəndis-pedaqoji
işçilərin əməyinin qiymətləndirilməsi
üçün müvafiq tədbirlər görür, intizam
tənbehi tətbiq edir, müəllimlərin, istehsalat təlimi
ustalarının və digər işçilərin işinə
nəzarət edir;
14.9.5. məzunların işlə təmin edilməsi
məqsədi ilə müvafiq tədbirlərin həyata
keçirilməsinə nəzarət edir;
14.9.6. işçilər və şagirdlər
arasında aparılan mədəni-kütləvi və tərbiyə
işlərinə rəhbərlik edir;
14.9.7. təhsil müəssisəsinin maddi-texniki
bazasının inkişafı və genişləndirilməsi,
işçilər və şagirdlər üçün təhlükəsiz
iş şəraitinin yaradılması sahəsində tədbirləri
həyata keçirir, işəgötürənlərin və
əmək bazarının tələblərinə uyğun
keyfiyyətli kadr hazırlığının strateji istiqamətlərini
müəyyənləşdirir;
14.9.8. kadr hazırlığını
planlaşdırır, məktəbə qəbulu, ixtisaslı
kadrların hazırlanmasını həyata keçirir, bu
işlərin yerinə yetirilməsinə məsuliyyət
daşıyır, yataqxanada yaşayan şagirdlər
üçün lazımi məişət şəraitinin
yaradılmasını təmin etməklə yanaşı,
onların sağlamlığına nəzarəti təşkil
edir;
14.9.9. təhsilalanların bir təhsil müəssisəsindən
digər təhsil müəssisəsinə
köçürülməsi və müxtəlif səbəblərdən
ilk peşə-ixtisas təhsili müəssisəsindən
xaric edilmiş təhsilalanların bərpa olunması məsələlərinə
baxır;
14.9.10.
mühəndis-pedaqoji işçilərin ixtisas və pedaqoji
səviyyəsinin yüksəldilməsi, metodiki işlərin
səmərəli təşkili üçün tədbirlər
görür;
14.9.11. tədris müəssisəsinin işini
müasir idarəetmənin tələblərinə uyğun
qurur, büdcədənkənar gəlirlərin əldə
olunmasını təşkil edir, maliyyə və ştat
intizamına əməl olunması üçün məsuliyyət
daşıyır;
14.9.12.
inzibati-təsərrüfat işlərinə rəhbərlik
edir və nəzarəti həyata keçirir, müəssisədə
yeni peşələr üzrə kadrların
hazırlanması barədə müvafiq orqanlar
qarşısında təşəbbüslə
çıxış edir;
14.9.13. işəgötürən təşkilatlarla
səmərəli əlaqələrin yaradılmasını
təmin edir;
14.9.14. təhsil müəssisəsinin strateji
inkişaf planının hazırlanmasına rəhbərlik
edir;
14.9.15. respublikada və xarici ölkələrdə fəaliyyət
göstərən analoji təhsil müəssisələri ilə
əməkdaşlıq əlaqələrinin
yaradılmasına rəhbərlik edir.
14.10.
İlk peşə-ixtisas təhsili müəssisəsinin tədris-istehsalat
işləri üzrə direktor müavininin əsas vəzifələri
aşağıdakılardır:
14.10.1. məktəbin tədris və istehsalat fəaliyyətinə
rəhbərlik edir, müəllimlərin, istehsalat təlimi
ustalarının və digər işçilərin
seçilib yerləşdirilməsində, tədrisin təşkilində
iştirak edir;
14.10.2. tədris işlərinin
planlaşdırılmasını və uçotunu, metodik
işləri təşkil edir;
14.10.3. baş usta ilə birlikdə müəllim və
istehsalat təlimi ustalarının işini əlaqələndirir;
14.10.4. müəllimlərin dərs yükünü
müəyyənləşdirir, dərs cədvəlini
hazırlayır, onun yerinə yetirilməsinə rəhbərlik
və nəzarət edir;
14.10.5. məktəbə şagird qəbulu və tədris
qruplarının komplektləşdirilməsi, şagirdlərin
kursdan-kursa keçirilməsi və buraxılışı, məzunların
işə göndərilməsi sahəsində iş
aparır;
14.10.6. tədris planı və proqramlarının
yerinə yetirilməsinə, şagirdlər tərəfindən
tədris materiallarının mənimsənilməsi səviyyəsinə,
onların intizamına və dərsə davamiyyətinə,
mühəndis-pedaqoji işçilərin fəaliyyətinə
nəzarəti həyata keçirir;
14.10.7. şagirdlərin texniki yaradıcılıq
işini, kabinetlərin əyani vəsaitlərlə və təlimin
texniki vasitələrlə təmin olunmasını təşkil
edir;
14.10.8. tədris proqram sənədlərinin tərtibini,
məktəbin tədris istehsalat fəaliyyətinə dair
hesabat və uçot işlərini həyata keçirir;
14.10.9. təhsil müəssisəsi barədə
elektron məlumatların, peşəyönümü təbliğat
xarakterli məlumatların hazırlanmasına və bu məlumatların
yenilənməsinə rəhbərlik və nəzarət
edir;
14.10.10. peşə kurikulumlarının
hazırlanmasına rəhbərlik edir;
14.10.11.
mühəndis-pedaqoji işçilərin ixtisasartırma təhsilini
və staj keçməsini təşkil edir;
14.10.12. qabaqcıl təcrübənin öyrənilməsinə
və tətbiqinə rəhbərlik edir.
14.11.
İlk peşə-ixtisas təhsili müəssisəsinin tərbiyə
işləri üzrə direktor müavininin əsas vəzifələri
aşağıdakılardır:
14.11.1. tədris müəssisəsində tərbiyə
işlərinə rəhbərlik edir;
14.11.2. şagirdlərin istehsalat təliminin onların
vətənpərvərlik, hüquqi, mənəvi tərbiyəsi
ilə sıx əlaqə şəraitində
aparılmasını təmin edir;
14.11.3. şagirdlərin mədəni istirahətinin və
sinifdənkənar tədbirlərin təşkilinə rəhbərlik
edir;
14.11.4. şagirdlərlə tərbiyəvi iş
aparan ustaların, sinif rəhbərlərinin, tərbiyəçilərin,
kitabxanaçıların və digər işçilərin
fəaliyyətini əlaqələndirir və onların
işinə nəzarət edir;
14.11.5. istehsalat təcrübəsi zamanı şagirdlərlə
tərbiyəvi işlərin aparılmasını təmin
edir;
14.11.6. məktəbdə şagirdlərin mənzil-məişət
şəraitinə, intizam və davranışına nəzarət
edir;
14.11.7. bədən tərbiyəsi və ibtidai hərbi
hazırlıq rəhbərləri ilə birlikdə kütləvi-idman
və hərbi vətənpərvərlik işlərini təşkil
edir, tərbiyə sahəsində qabaqcıl təcrübəni
ümumiləşdirir və yayır;
14.11.8. sinifdənkənar tədbirlər və tərbiyəvi
işlərə dair pedaqoji şuraya materiallar
hazırlayır, peşəyönümü və şagird qəbulu
işlərini bilavasitə təşkil edir;
14.11.9. şagirdlərin hüquqi biliklərə yiyələnməsi,
onların sağlam, öz peşəsinin bacarıqlı
ustası və əsl vətənpərvər kimi yetişməsi
üçün tədbirlər görür;
14.11.10. tədris müəssisəsinin valideynlərlə
qarşılıqlı əlaqəsini təmin edir.
14.12.
İlk peşə-ixtisas təhsili müəssisəsinin
inzibati təsərrüfat işləri üzrə direktor
müavininin əsas vəzifələri
aşağıdakılardır:
14.12.1. tədris binalarının, yataqxana və digər
tikililərin qorunub saxlanılmasını, düzgün
istismarını və vaxtında təmir olunmasını, tədris
müəssisəsinin elektrik enerjisi, istilik və kanalizasiya
sisteminin saz vəziyyətdə saxlanılmasını və
su ilə təchizatını təmin edir;
14.12.2. tədris müəssisəsini tələbata
uyğun sinif, laboratoriya avadanlığı, mebel, yataqxana ləvazimatı
ilə təmin edir;
14.12.3. müəyyən olunmuş qaydada tədris
müəssisəsinin əmlakının uçotunu və
inventarlaşdırılmasını, qiymətli malların və
materialların qorunub saxlanılmasını təşkil edir.
14.13.
İlk peşə-ixtisas təhsili müəssisəsinin
baş ustasının əsas vəzifələri
aşağıdakılardır:
14.13.1. istehsalat təlimi ustalarının və tədris
emalatxanalarının işinə rəhbərlik edir;
14.13.2. hər bir tədris qrupu tərəfindən
istehsalat təlimi proqramlarının yerinə yetirilməsini
təmin edir;
14.13.3. tədris-istehsalat
emalatxanalarında məhsul istehsalını
planlaşdırır və hesabat işlərini təşkil
edir;
14.13.4. istehsalat təlimi planlarının yerinə
yetirilməsinə nəzarət edir, istehsalat təlimi dərslərinin
aparılmasında istehsalat təlimi ustalarına texniki və
metodiki köməklik göstərir;
14.13.5. istehsalat təliminin təkmilləşdirilməsi,
tədris emalatxana-larında əməyin elmi təşkili,
lazımi əmək və tədris şəraitinin
yaradılması, kadrların ixtisasının və ixtisas mədəniyyətinin
yüksəldilməsi sahəsində iş aparır;
14.13.6. texniki məlumatların əldə edilməsini
və texniki yaradıcılıq sahəsində şagirdlərin
fəaliyyətini təşkil edir, tədris
emalatxanalarında istehsal olunan məhsulun keyfiyyətinin
yüksəldilməsi və istehsalat təlimi prosesində
qabaqcıl təcrübənin tətbiq edilməsi istiqamətində
iş aparır;
14.13.7. tədris emalatxanalarında əməyin təhlükəsizliyini
təmin edir;
14.13.8. şagirdlərin istehsalat təcrübəsi
keçmələri üçün müəssisələrlə
müqavilənin bağlanmasını və ixtisas
imtahanlarına hazırlıq işlərini təmin edir;
14.13.9. peşə kurikulumlarının
hazırlanmasında iştirak edir, tədris edilən ixtisaslar
üzrə əmək bazarında mövcud olan tələbat
haqqında məlumatı təqdim edir;
14.13.10. öyrədilən ixtisas üzrə əmək
bazarında tədqiqat aparır, yeni texnologiyalar və
innovasiyalar barədə məlumat toplayır;
14.13.11. təhsil müəssisəsinin büdcəsinin
proqnozlaşdırılması zamanı tədris-istehsalat
emalatxanasının tələbatları, istehsalat təlimi və
istehsalat təcrübəsi üçün zəruri olan vəsait
barədə məlumatı hazırlayır.
15. İlk peşə-ixtisas təhsili
prosesinin
iştirakçıları
15.1.
İlk peşə-ixtisas təhsili prosesinin
iştirakçıları
aşağıdakılardır:
15.1.1. təhsilalanlar – şagirdlər, müdavimlər;
15.1.2. təhsilverənlər
(pedaqoji işçilər) – müəllimlər, məsləhətçilər,
tərbiyəçilər, müəllim köməkçiləri,
çağırışaqədərki hazırlıq rəhbərləri, fiziki tərbiyə
rəhbərləri, istehsalat təlimi ustaları, defektoloqlar, loqopedlər,
psixoloqlar, sosioloq-pedaqoqlar, məktəb uşaq
birliklərinin rəhbərləri, metodistlər, təhsil
müəssisəsinin dərnək və
musiqi rəhbərləri, bilavasitə tədrislə məşğul olan
mühəndis-texniki və tədris-köməkçi işçilər, təlimatçılar,
dayələr, kitabxanaçılar, nəşriyyat-redaksiya
işçiləri, təhsili idarəetmə orqanlarının aparıcı struktur
bölmələrinin əməkdaşları,
təlim-tərbiyə
işi ilə məşğul olan rəhbərlər, təhsil
müəssisəsində
çalışan konsertmeysterlər
və məşqçilər,
sosial müdafiə, səhiyyə və
digər orqanların bilavasitə pedaqoji
fəaliyyətlə məşğul olan
işçiləri;
15.1.3. valideynlər və ya
qanuni nümayəndələr;
15.1.4. təhsili idarəetmə orqanları və
bələdiyyələr;
15.1.5. təlim-tərbiyə prosesində iştirak
edən digər fiziki
və hüquqi şəxslər (işəgötürənlər,
biznes sektorunun nümayəndələri və s.).
16. Təhsilalanların,
təhsilverənlərin və digər işçilərin
hüquq
və vəzifələri
16.1.
İlk peşə-ixtisas təhsili müəssisələrində əmək münasibətləri və
onunla bağlı digər sosial-iqtisadi münasibətlər
Azərbaycan Respublikasının Əmək Məcəlləsi,
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu,
bu Nümunəvi Nizamnamə, təhsil
müəssisəsinin nizamnaməsi, təhsil müəssisəsinin
daxili intizam qaydaları və əmək müqaviləsi ilə
tənzimlənir. Təhsil müəssisəsinin daxili
nizam-intizam qaydaları və əmək müqaviləsi
işçilərin işə qəbul edilməsini və
işdən azad olunmasını, əmək müqaviləsinin
tərəfdaşlarının hüquqlarını, təhsil
müəssisəsində əmək rejimini və s.
özündə əks etdirir. Əmək müqaviləsi
mövcud qanunvericiliyə uyğun olaraq 1 ildən 3 ilə qədər
müddətə bağlanılır və ilk peşə-ixtisas təhsili
müəssisəsinin nizamnaməsi ilə tənzimlənir.
16.2. Təhsilalanların
hüquqları aşağıdakılardır:
16.2.1. qanunvericilikdə və qəbul qaydalarında nəzərdə
tutulmuş tələblərə uyğun olaraq təhsil
müəssisəsinə qəbul olunmaq;
16.2.2. təhsil müəssisəsini, təhsil istiqamətini,
ixtisası, təhsilalma formasını və təhsil müəssisəsinin
imkanları nəzərə alınmaqla təhsil dilini sərbəst
seçmək;
16.2.3. dövlət təhsil standartlarına uyğun
keyfiyyətli təhsil almaq;
16.2.4. təhsil müəssisəsinin tədris
planlarına uyğun olaraq tədris fənlərini,
yarımillər üzrə kreditlərin miqdarını, təhsilverənləri
sərbəst seçmək;
16.2.5. təhsil müəssisəsinin mövcud
infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət,
idman, sağlamlıq mərkəzlərindən, kitabxanalardan
və s.) istifadə etmək;
16.2.6. fasiləsiz təhsil almaq;
16.2.7. sağlamlıq üçün təhlükəsiz
və zərərsiz təhsil şəraiti ilə təmin
olunmaq;
16.2.8. insan ləyaqətini və şərəfini
alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən
müdafiə olunmaq;
16.2.9. müəyyən olunmuş qaydada təhsil
müəssisəsində təhsilini müvəqqəti dayandırmaq;
16.2.10. dövlət vəsaiti hesabına qanunvericiliyə
uyğun olaraq, yalnız bir dəfə pulsuz təhsil almaq;
16.2.11. təhsil prosesinin təşkilində və
idarə olunmasında fəal iştirak etmək, öz fikir və
mülahizələrini sərbəst ifadə etmək;
16.2.12. təhsil müəssisəsinin ictimai, sosial və
mədəni həyatında, dərnəklərin,
assosiasiyaların, birliklərin və digər təşkilatların
yaradılmasında iştirak etmək, eləcə də
ölkə və beynəlxalq səviyyəli təşkilatlara
üzv olmaq;
16.2.13. konfranslarda, seminarlarda, yığıncaqlarda,
görüşlərdə və təhsillə bağlı
digər tədbirlərdə iştirak etmək.
16.3. Təhsilalanların
vəzifələri aşağıdakılardır:
16.3.1. dövlət təhsil standartlarına uyğun
bilik, bacarıq və vərdişlərə yiyələnmək;
16.3.2.
mühəndis-pedaqoji işçilərin şərəf və
ləyaqətinə hörmətlə yanaşmaq;
16.3.3. təhsil müəssisəsinin nizamnaməsinin
tələblərinə riayət etmək;
16.3.4. dövlət, cəmiyyət, ailə və
özü qarşısında məsuliyyətini dərk etmək.
16.4. Təhsilalanlar
tərəfindən ilk peşə-ixtisas təhsili müəssisəsinin
nizamnaməsi, daxili nizam-intizam qaydaları pozulduqda, onlara
qarşı inzibati tənbeh tədbirləri
görülür.
16.5. Təhsilverənlərin
hüquqları aşağıdakılardır:
16.5.1. normal və təhlükəsiz əmək,
elmi-pedaqoji iş və təhsil şəraiti ilə və
müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;
16.5.2. təhsil müəssisəsinin nizamnaməsinə
uyğun olaraq, təhsil prosesinin təşkilində və
idarə olunmasında fəal iştirak etmək;
16.5.3. tədrisin formasını, metodlarını və
vasitələrini sərbəst seçmək;
16.5.4. şərəf və ləyaqətinə
hörmətlə yanaşılmasını tələb etmək;
16.5.5. təhsil müəssisəsində vəzifə
tutmaq və müvafiq hallarda seçkili vəzifələrə
seçmək və seçilmək;
16.5.6. müəyyən edilmiş qaydada
ixtisasını artırmaq, yeni ixtisas almaq, staj keçmək,
ixtisas dərəcəsini
yüksəltmək;
16.5.7. müəyyən edilmiş hallarda və qaydada
mükafatlandırılmaq və təltif olunmaq.
16.6. Təhsilverənlərin
vəzifələri aşağıdakılardır:
16.6.1. təhsil sahəsində dövlət siyasətinin
həyata keçirilməsində iştirak etmək;
16.6.2. təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini
təmin etmək;
16.6.3. təhsilalanlarda fəal vətəndaş
mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik
və azərbaycançılıq ruhunda tərbiyə etmək,
müstəqil həyata və əmək fəaliyyətinə
hazırlamaq;
16.6.4.
şəxsi nümunəsi ilə təhsilalanlara Azərbaycan
Respublikasının müstəqilliyinə, Konstitusiyasına
və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan
xalqının tarixinə, mədəniyyətinə, dilinə,
adət-ənənələrinə, milli və ümumbəşəri
dəyərlərə, cəmiyyətə, ətraf mühitə
hörmət və qayğı hissləri aşılamaq;
16.6.5. pedaqoji etika və əxlaq normalarına riayət
etmək, müəllim nüfuzunu yüksək tutmaq,
ziyalılıq nümunəsi göstərmək;
16.6.6. təhsilalanların şərəf və ləyaqətinə
hörmət etmək;
16.6.7. gəncləri fiziki və psixi
zorakılığın bütün formalarından qorumaq,
onları zərərli vərdişlərdən çəkindirmək;
16.6.8. ixtisasını və elmi-pedaqoji səviyyəsini
yüksəltmək, elmi araşdırmalar aparmaq;
16.6.9. qanunvericiliklə müəyyən edilmiş
qaydada attestasiyadan keçmək;
16.6.10. qanunvericilikdə nəzərdə tutulmuş
digər vəzifələri yerinə yetirmək.
16.7.
Dövlət təhsil müəssisəsində rəhbər,
mühəndis-pedaqoji və digər inzibati vəzifələrin
tutulmasının yaş həddinə çatan pedaqoji işçilərin vəzifə
tutmamaq şərtilə, təhsil müəssisəsinin tədris
və metodiki fəaliyyətində tam iştirak etmək
hüququ təmin edilir.
16.8. Təhsil
müəssisəsinin inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat,
mühəndis-texniki, istehsal, tədris-köməkçi və
digər heyətinin hüquq və vəzifələri
müvafiq qanunvericiliklə və təhsil müəssisəsinin
nizamnaməsi, təhsil müəssisəsinin daxili intizam
qaydaları, eləcə də işəgötürənlərlə
təhsilverənlər arasında bağlanan əmək
müqavilələri ilə tənzimlənir.
17.
İlk peşə-ixtisas təhsili müəssisəsinin maliyyə-təsərrüfat
fəaliyyəti
17.1.
İlk peşə-ixtisas təhsili müəssisəsinin
əmlakı dövlət, bələdiyyə, təsisçilər,
hüquqi və fiziki şəxslər tərəfindən
onun mülkiyyətinə və ya istifadəsinə verilən,
eləcə də qanunvericiliklə qadağan olunmayan və
nizamnaməsində öz əksini tapan fəaliyyəti nəticəsində
əldə etdiyi əmlakdan, o cümlədən ona məxsus əqli
mülkiyyət məhsullarından ibarətdir.
17.2. Təhsil
müəssisəsi mülkiyyətində və istifadəsində
olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli
istifadə edilməsi üçün məsuliyyət
daşıyır. Təhsil müəssisəsinin
əmlakının idarə olunması ilə bağlı fəaliyyətə
nəzarəti təsisçi və ya onun səlahiyyət
verdiyi şəxs həyata keçirir.
17.3.
Dövlət mülkiyyətində olan ilk peşə-ixtisas təhsili
müəssisəsinin özəlləşdirilməsi
qadağandır.
17.4.
İlk peşə-ixtisas təhsili müəssisələri
üçün maliyyə ili hər il
yanvarın 1-dən başlayır, dekabrın 31-də isə
başa çatır.
17.5.
İlk peşə-ixtisas təhsili müəssisəsi öz
nizamnaməsi ilə müəyyən edilmiş qaydada fiziki və
hüquqi şəxslərə müxtəlif ödənişli
təhsil xidmətləri göstərə, hüquqi və
fiziki şəxslərdən ianələr və
könüllü yardımlar ala bilər.
17.6. Dövlət təhsil
müəssisələrinin əldə etdiyi mənfəət
yalnız təhsilin inkişafına,
təhsil müəssisəsinin maddi-texniki
bazasının gücləndirilməsinə, təhsilalanların
və təhsilverənlərin sosial müdafiəsinə
yönəldilir.
17.7.
Dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinin
maliyyələşdirilməsi təhsilin maliyyə normativlərinə əsasən
həyata keçirilir. Bu normativlər hər bir təhsilalana
düşən məsrəf məbləği nəzərə
alınmaqla müəyyən edilir.
17.8.
Dövlət təhsil müəssisəsi nizamnaməsinə
və qüvvədə olan qanunvericiliyə uyğun olaraq,
ödənişli təhsildən əldə olunan vəsaitlərin
və digər büdcədənkənar vəsaitlərin xərclənmə
istiqamətlərini və işçilərin maddi həvəsləndirilməsinə
ayırmaların xüsusi çəkisini qüvvədə
olan qanunvericiliyə uyğun olaraq sərbəst müəyyən
edir, təhsilverənlərə və təhsilalanlara maddi
yardımlar göstərir.
17.9.
Dövlət ilk peşə-ixtisas təhsili sahəsinə
investisiyaların, o cümlədən xarici investisiyaların cəlb
edilməsi məqsədi ilə əlverişli investisiya
mühitinin yaradılmasını təmin edir. Bu
məqsədlə sərmayəçilərə
qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştlər
edilir.
17.10.
Dövlət və bələdiyyə ilk peşə-ixtisas təhsili
müəssisələri aşağıdakı mənbələr
hesabına maliyyələşdirilirlər:
17.10.1. qanunvericiliyə uyğun olaraq, dövlət
büdcəsinin və yerli büdcənin vəsaitləri;
17.10.2. ödənişli təhsildən əldə
olunan vəsaitlər;
17.10.3. qanunvericiliklə qadağan edilməyən digər
mənbələrdən əldə olunan vəsaitlər.
17.11.
Özəl ilk peşə-ixtisas təhsili müəssisəsi
aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:
17.11.1. təhsil xidmətlərinə görə əldə
etdiyi vəsaitlər;
17.11.2. təsisçilərin (himayəçilərin)
vəsaitləri;
17.11.3. qanunvericiliyə uyğun olaraq aldıqları
qrantların məbləğləri;
17.11.4. hüquqi və fiziki şəxslərin ianələri
və yardımları;
17.11.5. təhsil, istehsal, məsləhət (konsaltinq)
və qanunvericiliklə müəyyən edilmiş digər
xidmətlərdən əldə edilən vəsaitlər;
17.11.6. qanunvericiliklə qadağan edilməyən və
nizamnaməsində göstərilən digər mənbələr
hesabına əldə olunan vəsaitlər.
17.12.
Özəl ilk peşə-ixtisas təhsili müəssisəsi öz maliyyə
vəsaitlərini sərbəst idarə edir. Özəl təhsil
müəssisəsi təhsil haqqının məbləğini
təhsil proqramlarına (kurikulumlara) uyğun olaraq aidiyyəti
qurumlarla razılaşdıraraq müəyyən edir.
17.13.
Özəl təhsil müəssisəsi ilə təhsilalanlar,
valideynlər və ya digər qanuni nümayəndələr
arasında münasibətlər müqavilə ilə tənzimlənir.
17.14.
İlk peşə-ixtisas təhsili müəssisəsində
təhsilin dövlət təhsil standartlarına uyğun təşkil
olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz
hazırlığı müəyyən edildiyi halda
vurulmuş zərərin, o cümlədən təhsilalanların
başqa təhsil müəssisələrində yenidən
hazırlanması üçün zəruri olan xərclərin
həmin təhsil müəssisəsi, təqsirkar şəxslər
(direktor, pedaqoji işçilər) tərəfindən ödənilməsi
barədə məhkəmədə iddia qaldırıla bilər.
17.15. “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, iddia yalnız akkreditasiya edilmiş təhsil müəssisəsi
barədə verilən mənfi rəyə əsasən
qaldırıla bilər.
18. Təhsil
müəssisəsinin sahibkarlıq fəaliyyəti
18.1.
İlk peşə-ixtisas təhsili müəssisələri
sahibkarlıq fəaliyyətinin “Təhsil müəssisəsinin
əlavə gəlir əldə etmək məqsədi ilə
məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti
növlərinin müəyyən edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 10
nömrəli qərarı ilə müəyyən edilmiş
növləri ilə məşğul ola bilərlər.
19. Təhsil
sahəsində beynəlxalq əlaqələr
19.1. İlk peşə-ixtisas təhsili
sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan
Respublikasının qanunvericiliyi və tərəfdar
çıxdığı beynəlxalq müqavilələr əsasında
həyata keçirilir.
19.2.
İlk peşə-ixtisas təhsili müəssisəsi qanunvericiliyə
və özünün fəaliyyət xüsusiyyətlərinə
uyğun olaraq, xarici ölkələrin ilk peşə təhsili
müəssisələri, təşkilatlar, beynəlxalq
qurumlar və fondlarla birbaşa əlaqələr yarada, əməkdaşlıq
haqqında ikitərəfli və çoxtərəfli
müqavilələr bağlaya, təhsil sahəsində fəaliyyət
göstərən dövlət və qeyri-hökumət
qurumlarına (ittifaqlara, birliklərə, assosiasiyalara) daxil ola
və əməkdaşlığın digər
formalarını həyata keçirə bilər.
19.3. İlk peşə-ixtisas təhsili müəssisəsi beynəlxalq səviyyəli birgə peşə təhsili layihələrinin hazırlanması, konfransların, simpoziumların keçirilməsi, şagirdlərin, mühəndis-pedaqoji işçilərin mübadiləsi və bu qəbildən olan digər fəaliyyətlərlə müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müstəqil məşğul olmaq hüququna malikdir.
19.4. İlk peşə-ixtisas təhsili
müəssisəsinin (xüsusi təyinatlı təhsil
müəssisələri istisna olmaqla) fəaliyyətinin
keyfiyyətini yüksəltmək və beynəlxalq əlaqələrini
genişləndirmək məqsədi ilə Azərbaycan
Respublikasının mövcud normativ hüquqi aktlarının
tələblərinə əməl etməklə,
öz nizamnamələrinə və mövcud qanunvericiliyə
uyğun olaraq xarici tərəfdaşlarla birlikdə ölkə
daxilində və xarici dövlətlərdə müştərək
struktur bölmələri (mərkəzlər, filiallar,
laboratoriyalar) yaratmaq hüququ vardır.
Azərbaycan.-2014.- 8 yanvar.- S.5.