2014-cü ildə Azərbaycan daha böyük uğurlara imza atacaq

 

 

2013-cü il Azərbaycanın sosial, iqtisadi, siyasi, mədəni həyatında, eləcə də digər sahələrdə böyük uğurlarla zəngin olub. Ölkə rəhbərliyinin yürütdüyü məqsədyönlü islahatlar hər bir vətəndaşın yüksək rifah halının təmin olunmasına yönəlməklə bu siyasətin alternativsizliyini bir daha sübuta yetirdi. Xalq həyatında, taleyində baş vermiş böyük dəyişiklikləri, bizi Azərbaycanın parlaq, firavan sabahına aparan bu siyasəti birmənalı dəstəkləyir və bütün sahələrdə islahatların davamlı olmasını istəyir.

2013-cü il ərzində ölkə həyatında baş verən müsbət dəyişikliklərlə bağlı siyasətçilərin, incəsənət və idman sahəsində tanınmış şəxslərin fikirlərini öyrəndik:

 

 

 

Bəxtiyar ƏLİYEV,

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini

 

- 2013-cü il həqiqətən də, dövlətimiz və xalqımız üçün bütün sahələrdə uğurlu olub. Artıq başa çatan il yüksək məziyyətləri ilə zəngindir və hərdən fikirləşirsən ki, bu qədər işləri bir il ərzində necə həyata keçirmişik? Lakin əzm və iradə olan yerdə bu mümkündür.

İlk növbədə, dekabr ayında baş vermiş möhtəşəm hadisəyə diqqəti yönəltmək istəyirəm. Bakıda "Şahdəniz-2" layihəsi üzrə imzalanan yekun investisiya qərarı XXI əsrin enerji sazişi kimi tarixə düşdü. Dünya tarixində hələ bu cür böyük enerji layihəsinə imza atılmayıb. Sirr deyil ki, bu layihənin reallaşması dünyanın bir sıra siyasi mərkəzlərinin maraqlarına uyğun deyil. Bu mənada böyük bir sazişin imzalanması Azərbaycan dövlətinin siyasi iradəsinin və qətiyyətinin növbəti təntənəsidir. Bir vətəndaş kimi mən bundan qürur duyuram. Artıq Azərbaycan böyük bir geosiyasi məkanda aparıcı qüvvədir.

Bütün bunların fonunda Azərbaycanın dövlət büdcəsinin xərclərinin 25 milyard dollara çatması, ümumi daxili məhsulun həcminin artması, iqtisadi yüksəliş, qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması, yeni xəstəxanaların, məktəblərin, uşaq bağçalarının istifadəyə verilməsi, eyni zamanda, vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində atılan addımlar gösətir ki, Azərbaycanda çox böyük işlər həyata keçirilir.

Bu uğurlar və həyata keçirilməkdə olan işlər göstərir ki, Azərbaycanın çox parlaq gələcəyi var. Odur ki, 2014-cü ildə biz daha möhtəşəm uğurların və yüksəlişin şahidi olacağıq.

Bir qədər də elmi fəaliyyətim barədə fikirlərimi bildirmək istəyirəm. Azərbaycanda elmin inkişafına olan yüksək diqqət təbii ki, elmi yaradıcılığımı daha uğurla həyata keçirməyimə imkan verib. 2013-cü ildə bir neçə psixoloji mərkəzlərin yaradılmasına nail olmuşuqonlar bu gün vətəndaşlara xidmət edir. Eyni zamanda, ən həssas psixoloji məsələlərlə bağlı araşdırmalar aparılıb və bunların əsasında dissertasiyalar yazılıb. Hesab edirəm ki, 2014-cü ildə bu sahədə fəaliyyətimiz daha əhatəli olacaq.

 

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı-dramaturq

 

- 2013-cü ili çox gözəl və əlamətdar hadisələrin işığında yola saldıq. İlk növbədə, həmin il ölkəmizdə keçirilən prezident seçkilərini demokratiyanın təntənəsi kimi qeyd etmək olar. Azərbaycan xalqı bu seçkilərdə son on il ərzində ölkəmizdə görülən işlərə öz yüksək qiymətini verərək möhtərəm İlham Əliyevə etimad göstərdi.

Hər il olduğu kimi, 2013-cü ildünya birliyində ölkəmizin rolunun, təsir imkanlarının artması ilə müşahidə olundu. "Şahdəniz-2" layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. 2013-cü ildə isə TAP Azərbaycan qazının Avropaya nəqli üzrə əsas layihə kimi seçildi.  Bu  layihə Avropanın enerji baxımından təhlükəsizliyini təmin edəcək.  

Həm 2013-cü ilin, həm də ötən 10 ilin uğurları Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Moskvadakı "QRİF i K" nəşriyyatı tərəfindən çapdan buraxılmış "Azərbaycanı dəyişmiş on il (2003-2013)" adlı kitabında müfəssəl bəhs olunur.

2013-cü il mənim də həyat və yaradıçılığımda bir sıra uğurlarla yada qalacaq. Belə ki, "Heydər Əliyev", "Akademik Zərifə Əliyeva" və "İlham Əliyev" kitablarım Tbilisidə gürcü dilində, "Heydər Əliyev" kitabım isə Cində çin dilində nəşr olunub. Dekabr ayında bu kitabın Pekində çox gözəl təqdimat mərasimi  keçirildi.

Əsərlərim əsasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Xəcalət", "Gəncə qapıları" tamaşaları anşlaqla nümayiş etdirilib. "Xəcalət" beynəlxalq teatr festifallarının laureatı olub. Onu da qeyd edim ki, Azərbaycan dövlətçiyinin ilkin tarixindən bəhs edən yeni bir roman yazmağa başlamışam.

Mən xalqımıza  və onun müdrik liderinə, möhtərəm Prezident İlham Əliyevə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi təbriklərimi çatdırıram.

 

 

 

Zahid ORUC,

Milli Məclisin Təhlukəsizlik və müdafiə komitəsinin üzvü

 

- Mən 2013-cü ili ilk növbədə ölkəmiz və millətimiz adına qazanılmış illər sırasında dəyərləndirirəm. 2013-cü il kifayət qədər dinamik və zəngin hadisələrlə yadda qaldı. Hesab edirəm ki, insanların şəxsi həyatında hansısa müsbət dəyişikliklər baş verib. Eyni zamanda, milli uğurlardan hər bir vətəndaşa pay düşübdür.

2013-cü il Azərbaycanın iqtisadi həyatında müxtəlif yeniliklərlə əlamətdar oldu. Öncə Azərbaycanda keçirilən beynəlxalq humanitar forumlar ölkəmizin bir ideya ixracı və tolerantlıq məkanı olduğunu təsdiqlədi. Eyni zamanda, bu humanitar, mədəni forumlar, konfranslar ölkəmizin beynəlxalq toplantıların keçirildiyi mərkəzə çevrildiyini sübut etdi. Ən mühüm məsələlərdən biri isə prezident seçkilərinin sabitlik, ədalətli keçirilməsi idixalq yenə də öz taleyini etibarlı əllərə tapşırdı. Heç şübhəsiz ki, "Şahdəniz-2"nin gerçəkləşməsi nəinki ölkəmizin və regionumuzun, bütövlükdə beynəlxalq münasibətlər sisteminin ümumi bir məsələsi kimi siyasi arxitekturaya təsir edən bir hadisəyə çevrildi.

Fərdi olaraq isə mən 2013-cü ildə parlament üzvü kimi təmsil etdiyim bölgədə müxtəlif açılışlarda, tədbirlərdə iştirak etdim. İnsanların hansısa problemlərinin həll olunmasına çalışdım. Paralel şəkildə mən lokal bir miqyasdan çıxaraq ümummilli bir məsələdə - prezident seçkilərində namizəd kimi iştirak etmək şansı qazandım. Düşünürəm ki, bu, mənim tərcümeyi-halıma yazılan mühüm bir səhifədir və bunun məsuliyyətini anlayıram. Onu dəyərləndirərkən nə qədər mühüm tarixi səciyyə daşıdığını dərk edirəm.

Mən gələcək həyatımıza nikbinliklə baxıram, hesab edirəm ki, nə qədər dövlət başçısının uğurlu siyasəti var göydə Tanrıya can borcumu, yerdə prezidentə əqidə borcumu, övladlarıma valideyinlik, valideynlərimə övladlıq, xalqıma isə deputat borcumu yerinə yetirməyə çalışacam.

 

 

 

Çingiz QƏNİZADƏ,

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

 

- 2013-cü il bütün Azərbaycan vətəndaşları kimi mənim üçünuğurlu bir il oldu. Başa çatan ildə də ölkəmiz dinamik inkişaf prosesini davam etdirdi. Azərbaycan son illər ərzində həm bölgədə, həm də dünyada böyük nüfuz qazanmış sürətli inkişaf edən ölkələr sırasında olduğunu bir daha göstərdi.

Ən əsası odur ki, gələcəkdə xalqımızın firavan, ölkə vətəndaşlarının hər bir cəhətdən yaxşı durumda yaşaması, Azərbaycan dövlətinin daha da güclənməsi naminə dövlətin həyata keçirdiyi siyasət öz dəstəyini aldı. "Şahdəniz-2" layihəsinin gerçəkləşməsi hər bir azərbaycanlı ailəsinin payına düşəcək bir uğurdur. Bu müqavilədən gələn gəlirlər ölkəmizin iqtisadi gücünün artırılması ilə bərabər, həm də insanların sosial rifahının daha da yaxşılaşdırılmasına yönələn bir siyasətin həyata keçirilməsinə imkan verəcək. Hesab edirəm ki, 2014-cü il həm mənim, həm xalqım, həm də dövlətimiz üçün daha uğurlu olacaq.

Şəxsi həyatıma gəlincə isə deyə bilərəm ki, 2013-cü ildə bütün işlərim normal qaydasında getdi. İctimai-siyasi fəaliyyətimdə əldə etdiyim uğurların üstünə daha çox uğurlar gətirdim. Bu il seçildiyim 80 saylı İmişli-Beyləqan Seçki Dairəsində 40 kənddə insanlarla görüşlər keçirdim. Milli Məclisdəki fəaliyyətimə gəlincə isə deyə bilərəm ki, bu il Azərbaycan-Yeni Zelandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri seçilmişəm. 4 qanun layihəsinin müəllifi olmuşam. Milli Məclisə 2 qanun layihəsi təqdm etmişəm. 2013-cü ildə mən Ədliyyə Naziri yanında Penitensiar Xidmətə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin koordinatoru seçilmişəm. Ümid edirəm ki, qazandığım uğurların sayı 2014-cü ildə  artacaq.

 

 

 

Mənsum İBRAHİMOV,

"Şöhrət" ordenli xalq artisti

 

- Adətən, illəri yola salarkən hər kəs ötüb-keçənlərə aniolsa, nəzər yetirir. Əldə edilən uğurlara sevinir, qayğılar isə bitib-tükənmir. Yaradıcı şəxslərin, ictimaiyyətin diqqətində olanların özünün özünə və xalqına hesabatı isə şəksizdir. 2013-cü ili öncə ictimi-siyasi hadisələrlə zənginliyi baxımından maraqlı saymaq olar. Növbəti prezident seçkiləri uğurlu nəticələri ilə yaddaşımıza yazıldı. Xalqımız yüksək səs çoxluğu ilə cənab Prezident İlham Əliyevi yenidən növbəti beş illiyə dövlət başçısı seçdi. Bu seçkilər ilin ən uğurlu siyasi hadisəsi hesab olunmalıdır.

Mədəniyyət və incəsənət sahəsində çalışdığım üçün 2013-cü ilin sənət tarixinə necə və mənim üçün hansı əlamətdar hadisələrlə yazılması da maraqıdır. Professor elmi adını almağım həyatımda baş verən ən əlamətdar hadisələrdən birincisidir.

2013-cü ilin uğurlarından söz açarkən qeyd edim ki, Heydər Əliyev Fondunun layihələri və dəstəyi ilə keçirilən IV televiziya muğam festivalında qaliblərdən 3-nün ("Qran pri" mükafatçısı, 12 yaşlı Mirpaşa Şükürov, 2-ci yerin qalibi Xətai Məhərrəmov Ramiq Bayramov) tələbəm olması mənim üçün çox sevindiricidir. Növbəti uğurların sırasına bu ilin may ayında Tacikistanın OperaBalet Teatrının səhnəsində (həmin teatrın kollektivi ilə birgə) "Leyli və Məcnun" operasını oynamağımızı əlavə edərdim. Ona görə ki, ilk dəfə tacik həmkarlarımız operanı Azərbaycan dilində ifa etdilər. Bundan bir ay sonra isə yenə Tacikistanın Bədəvşan vilayətində bədii rəhbəri olduğum "Qarabağ" muğam qrupu ilə Dünya Musiqi Festivalında vətənimizi layiqincə təmsil etdik.

Azərbaycan musiqisi nəinki Avropanın, əslində, dünyanın bir çox mədəniyyət mərkəzlərinin səhnəsində öz möhtəşəmliyi və könülləri fəth etməsilə yadda qaldı Lüksemburq səhnəsində  (dirijor, xalq artisti Yalçın Adıgözəlov, əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovla) ev sahiblərinin kamera orkestri ilə birgə verdiyimiz simfonik muğam konsertiilin uğurlu mədəniyyət hadisələrindən hesab edilə bilər. Oktyabr ayında Riqada, dekabrda isə Liepa şəhərlərində keçirdiyimiz konsertləri də xatırlamaq istərdim. Onu da deyim ki, həmin konsertdən sonra simfonik muğamlardan ibarət 2 kompakt diskin buraxılması (V.Adıgözəlovun "Segah", "Qarabağ şikəstəsi", Niyazinin "Rast" muğamları daxil olmaqla) Avropa musiqisevərləri üçün nəzərdə tutulub.

Ümumiyyətlə, yaradıcılıq baxımından 2013-cü ili yalnız özümün deyil, mədənəyyət və incəsənət sahəsində xidmət göstərənlər üçün uğurlu, yaddaqalan hesab edirəm.

 

 

 

Elxan MƏMMƏDOV,

cüdo üzrə dünya çempionu

 

- 2013-cü il mənim idmançı karyeramda çox uğurlu bir il oldu. Bildiyiniz kimi, Braziliyanın Rio de Janeyro şəhərində keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazandım. Bununla da, Azərbaycanın cüdo tarixində ilk dəfə olaraq dünya çempionu adına sahib oldum. Eyni zamanda, 2013-cü ili dünya reytinqində birinci yerdə başa vurdum. Düzünü desəm, 2013-cü ilin mənim üçün bu qədər uğurlu olacağını gözləmirdim. Medal qazanmaq üçün çox çalışdım və istəyimə nail oldum. Dünya çempionatında qızıl medala sahib olmaq məni yenidən həvəsləndirdi. Ən sevindirici hal isə həm Gənclər və İdman Nazirliyinin, həm də İdman Araşdırmalar Mərkəzinin idman jurnalistləri arasında keçirdiyi sorğu nəticəsində "İlin idmançısı" adını qazanmağım oldu. Eyni zamanda, əməkdar idman ustası adına layiq görüldüm. Gərək bundan sonra daha yaxşı hazırlaşım. Karyeramın əsl vaxtı indi başlayır. Yeni ildə Avropadünya çempionatları bizi gözləyir. Yeni qələbələr qazanmağa çalışacağam.

Sonda onu qeyd etmək istərdim ki, Azərbaycan bu gün dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. 2013-cü ildə istər ölkə daxilində, istərsə də dünyada idmançılarımızın əldə etdiyi uğurlu nəticələr bunu bir daha təsdiqləyir. İnanıram ki, 2014-cü ildə də dünyaAvropa çempionatlarında, digər beynəlxalq yarışlarda da yüksək göstəricilər əldə etməklə xalqımızı sevindirəcəyik.

 

 

 

Şumşad BƏHRAMOV,

cüdo üzrə dünya üçüncüsü

 

- İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir Olimpiya komplekslərinin və digər idman qurğularının inşası nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkan, dünyanın idman mərkəzlərindən biri olmuşdur. Hazırda Azərbaycan təkcə müəyyən kateqoriyalı beynəlxalq yarışlara deyil, eyni zamanda, qitə və dünya çempionatlarına ev sahibliyi edir.

Sevindirici haldır ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Milli Olimpiya Komitəsinin qazandığı nüfuz, göstərdiyi fəaliyyət beynəlxalq idman təşkilatları tərəfindən dəstəklənir və ən yüksək qiymətə layiq görülür.  Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının, 2015-ci ildə şahmat üzrə dünya kubokunun və 2016-cı ildə Şahmat Olimpiadasının Bakıda keçirmək hüququnu əldə etməsi dünya idman ictimaiyyətinin ölkəmizə marağının artmasından irəli gəlir.

1996-cı ildən idmanın cüdo növu ilə məşğul oluram. Böyüklər arasında Azərbaycan çempionudünya birinciliyinin bürünc mükafatçısıyam. 2013-cü ildə mənim idman həyatımda da mühüm nəticələrlə yadda qalıb. Keçən il bizim ən böyük ugurlarımızdan biri klubumuzun ən müasir standartlar səviyyəsində qurulmasıdır. Klubumuzda 100-ə yaxin idmançı məşq edir. 1 ildən az bir müddətdə yeni inşa olunmuş zalda bir Bakı çempionu və medalçılar yetişdirmişik. Məqsədimiz 2020-ci il üçün Olimpiya çempionları yetişdirməkdir.

 

Azərbaycan.-2014.- 8 yanvar.- S.5.