ABŞ-ın «Cascade Pioneer» qəzeti Qanlı Yanvar
faciəsi
barədə məqalə dərc etmişdir
ABŞ-ın Ayova ştatında nəşr olunan "Cascade Pioneer" qəzeti "Redaktora məktub: Qanlı Yanvarı unutmayın" sərlövhəli məqalə dərc etmişdir.
Bu ştatda yaşayan azərbaycanlı Aqşin Tağıyev tərəfindən yazılmış məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın paytaxtında baş vermiş faciədən, sovet qoşunlarının Bakıya soxularaq şəhərin dinc əhalisinə divan tutmasından bəhs olunur.
Materialda bu cinayət nəticəsində həlak olmuş və yaralanmış vətəndaşların sayı barədə statistik rəqəmlər göstərilir. Həmçinin dinc əhalini qırmaq məqsədi ilə onlara qarşı görünməmiş vəhşilik törədildiyi barədə "Human Rights Watch" hüquq müdafiə təşkilatının dəlilləri göstərilir. Müəllif yazır ki, sovet qoşunları Haaqa Konvensiyası tərəfindən qadağan olunmuş güllələrdən istifadə etmişlər. Bu qanlı hadisələr Azərbaycanın müstəqilliyə nail olmaq əzmini təsdiqləmişdir. 1991-ci ilin oktyabrında Azərbaycan öz müstəqilliyini bərpa etmişdir.
Material
Azərbaycan-Amerika Şurası (AAŞ) və Amerikanın Azərbaycan
Cəmiyyəti (AAC) tərəfindən keçirilən
kampaniya çərçivəsində dərc olunmuşdur.
Yusif BABANLI,
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
Azərbaycan.-2014.- 14 yanvar.- S.5.