Bakı Dövlət Universiteti ilə Karl adına Praqa
Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır
Yanvarın 8-də Karl adına
Praqa Universitetinin rektoru professor Vaclav Hamplın
başçılıq etdiyi
nümayəndə heyəti
Bakı Dövlət Universitetində (BDU) olmuşdur.
AzərTAc xəbər verir
ki, tanınmış
alimlərin, mütəxəssis
və müəllimlərin
də iştirak etdikləri görüşdə
BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov
Azərbaycan Prezidenti İlham Əliyevin elmin, təhsilin inkişafına daim xüsusi önəm verdiyini vurğulamışdır.
Müasir
dünyada elmin, təhsilin mühüm rolunu xatırladan rektor BDU-nun inkişaf
mərhələləri, fəaliyyəti,
beynəlxalq əlaqələri,
o cümlədən Praqa
Universiteti ilə əməkdaşlığından danışmışdır.
Rəhbərlik etdiyi təhsil müəssisəsi barədə
məlumat verən
professor Vaclav Hampl qeyd
etmişdir ki, Avropanın ən qədim universitetlərindən
olan bu ali məktəbdə
300-dən çox ixtisas
və ixtisaslaşma üzrə 54 min tələbə
oxuyur. Ümumilikdə 17 fakültəsi və nəzdində bir neçə elmi-tədqiqat institutu olan universitetdə Albert Eynşteyn, Alois Musil, İosif Fişer və dünyanın digər məşhur alim və mütəfəkkirləri
təhsil almışlar.
Sonra Bakı Dövlət Universiteti ilə Karl adına Praqa
Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır.
Sənədi akademik A.Məhərrəmov
və professor V.Hampl imzalamışlar.
Memorandumda müəllim, tədqiqatçı
və tələbələrin,
həmçinin elmi
nəşrlərin, tədris
materiallarının mübadiləsi,
Avropa İttifaqının qarşılıqlı
maraq doğuran layihə və proqramlarında birgə iştirak etmək və s. nəzərdə
tutulur.
Azərbaycan.-2014.-
9 yanvar.- S.3.