Azərbaycan alimi daha bir beynəlxalq mükafata layiq görülmüşdür
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Yaqub Mahmudov Beynəlxalq Sokrat Komitəsinin daha bir mükafatına - "Kraliça Viktoriya" diplomuna və medalına layiq görülmüşdür. Tarix İnstitutundan AzərTAc-a bildirmişlər ki, bu mükafat alimə Böyük Britaniyanın Oksford şəhərində "Elm və təhsil: yeni imkanlar və istiqamətlər" mövzusunda Beynəlxalq elmi konfransda verilmişdir.
"Kraliça
Viktoriya" Beynəlxalq mükafatı elm və təhsil sahəsində
böyük xidmətləri olan şəxslərə verilir.
2012-ci ildə AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutu tədqiqat
fəaliyyətinə görə Beynəlxalq Sokrat
Komitəsinin "Best Enterprises-2012" diplomuna,
bu elm müəssisəsinin
direktoru, professor Y. Mahmudov isə böyük elmi nailiyyətlərinə
görə "The Name
in Science"
("Elmdə ad") fəxri tituluna layiq görülmüşdür.
Azərbaycan.-2014.- 9 yanvar.- S.3.