Avropa Olimpiya
Komitəsinin prezidenti Patrik
Hiki Yeni il təbrikində «Bakı-2015» Avropa Oyunlarına yüksək səviyyədə
hazırlıq işləri görüldüyündən bəhs
etmişdir
Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti və Beynəlxalq Olimpiya Komitəsinin idarə heyətinin üzvü Patrik Hiki Yeni il münasibətilə dünya ictimaiyyətinə təbrik məktubu ünvanlamışdır.
Yanvarın 7-də Avropa Olimpiya Komitəsinin rəsmi saytında yer almış məktubda 2014-cü ilin Avropa və dünya idmanı üçün uğurlu olacağına əminlik vurğulanır. Təbrikdə həmçinin 2015-ci ildə Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işlərinin bu il daha da sürətlənəcəyi qeyd edilir. P.Hiki Avropa Oyunları üçün görülən hazırlıq işlərində təşkilat komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rolunu xüsusi vurğulayır.
Məktubda deyilir ki, belə bir beynəlxalq əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsinin 18 ay vaxtı vardır. Bu il "Bakı-2015" Avropa Oyunları üçün önəmli işlərin görüləcəyinə əminəm. Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralosun sədrlik etdiyi AOK Əlaqələndirmə Komissiyası hazırlıq işlərində və Avropa Oyunlarının möhtəşəm tərzdə keçirilməsi üçün təşkilat komitəsinə hər cür kömək göstərəcəkdir.
Məktubda həmçinin Əlaqələndirmə Komissiyası üzvlərinin Bakıya aprelin 3-4-də növbəti səfər edəcəkləri bildirilir.
Təbrikin
tam mətni ilə aşağıdakı linkdən
tanış ola bilərsiniz: http://www.eurolympic.org/en/news/75-eoc/1575-a-new-year-message-from-patrick-hickey-president-of-the-european-olympic-committees-and-ioc-executive-board-member-.html.
AzərTAc
Azərbaycan.-2014.- 9 yanvar.- S.5.