Peter SİYARTO: Azərbaycan-Macarıstan
əlaqələri yüksək səviyyədədir
Macarıstan Baş naziri aparatının xarici siyasət məsələlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyarto "MTI" dövlət informasiya agentliyinə bildirmişdir ki, son bir ildə Macarıstandan Azərbaycana ixracatın həcmi 29 faiz artmışdır. Onun sözlərinə görə, 2012-ci ilin iyulundan rəhbərlik etdiyi Azərbaycan-Macarıstan İqtisadi Komissiyasının növbəti iclası yanvarın sonunda keçiriləcəkdir.
Macarıstanlı siyasətçi demişdir: "Şərqin Macarıstan üçün "açılışı" üzrə hökumət strategiyasının vacib elementini Qafqaz regionu ilə iqtisadi əlaqələrin sonrakı stimullaşdırılması təşkil edir. Birgə iqtisadi komissiyanın yanvarın 27-28-də Azərbaycanda keçiriləcək növbəti iclası bu məqsədə həsr ediləcəkdir. İkitərəfli əlaqələr, təhsil, turizm və viza rejimi sahələrində əməkdaşlıq məsələləri iclasın əsas mövzuları olacaqdır". P.Siyarto 2012-ci ildə Bakıda Macarıstan Ticarət Palatasının açıldığını xatırlatmışdır. O bildirmişdir ki, ikitərəfli əlaqələr hələlik yalnız Macarıstandan ixracdan ibarətdir. 2013-cü ilin ilk on ayı ərzində ixracın həcmi 54,2 milyon ABŞ dollarına çatmışdır ki, bu da keçən ilin müvafiq göstəricisindən 28,5 faiz artıqdır.
Pərvanə
QARAYEVA,
AzərTAc-ın xüsusi müxbiri
Azərbaycan.-2014.- 10 yanvar.- S.4.