Azərbaycan kənd təsərrüfatı
nazirinin başçılıq etdiyi
nümayəndə heyəti
Türkiyədə səfərdə olmuşdur
Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olmuşdur. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər Türkiyənin kənd təsərrüfatı və aqrar-sənaye kompleksi sahəsində təcrübəsi ilə tanışlıq, iki ölkə arasında aqrar sektorda əməkdaşlığın perspektivlərinin müzakirə olunması məqsədi daşımışdır.
Səfər zamanı nazir Heydər Əsədov Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehmet Mehdi Eker ilə görüşmüşdür. Görüşdə tərəflər iki ölkə arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı, aqrar sahədə də əməkdaşlığın dinamik surətdə inkişaf etdiyini bildirmiş və konkret məsələlərə dair fikir mübadiləsi aparmışlar. Nazir Heydər Əsədov Türkiyənin kənd təsərrüfatına dövlət dəstəyi, toxumçuluq, heyvandarlıq, bitki mühafizəsi və digər sahələrdəki qabaqcıl təcrübəsindən faydalanmaq üçün iki ölkənin müvafiq nazirlikləri arasında ekspert mübadiləsinin həyata keçirilməsinin məqsədəmüvafiq olduğunu qeyd etmişdir. Mehmet Mehdi Eker öz növbəsində Türkiyənin bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirmişdir.
Səfər
çərçivəsində Azərbaycan nümayəndə
heyəti Türkiyənin kənd təsərrüfatı
üzrə elmi-tədqiqat institutları, damazlıq və
toxumçuluq birlikləri, kənd təsərrüfatı məhsullarının
satışı bazarları ilə əyani tanış
olmuşdur.
Azərbaycan.-2014.- 10 yanvar.- S.4.