Hər sahədə yüksəliş var
Goranboy sürətlə inkişaf edir, gözəlləşir, tanınmaz olur. Neçə vaxtdır ki, rayon mərkəzi tamamilə yenidən qurulur. Buradan müxtəlif səmtlərə yollar uzanır - Bakıya, Gəncəyə, Naftalana, Safıkürdə... Hamısı da bir-birindən abad.
Hər bir istiqamətə ikitərəfli yol çəkilib, müasir işıqlandırma sistemi, yaraşıqlı səkilər düzəldilib. Ətrafdakı binaların fasadları əsaslı təmir olunub, dam örtükləri təzələnib. Yolların qovşaqlarında güllü-çiçəkli dairələr yaradılıb.
Rayonda abadlıq və quruculuq işləri getdikcə daha geniş vüsət alır. Son vaxtlar burada bir-birindən yaraşıqlı neçə-neçə obyekt istifadəyə verilib. YAP rayon təşkilatı, uşaq şahmat məktəbi, şəhər üç nömrəli orta məktəb, qaz istismarı sahəsi və qaz paylayıcı məntəqəsi üçün yeni binalar tikilib, şəhər Mədəniyyət evində, bir sıra sosial obyektlərdə, o cümlədən ağsaqqallar evində əsaslı təmir işləri aparılıb.
Goranlı, Baxçakürdə, Tatarlı, Ağamalıoğlu kəndlərinə abad yollar çəkilib, Məşədiqaralar - Eyvazlılar yolu əsaslı təmir edilib. Dəliməmmədli şəhərinin, Qaradağlı, Qarqucaq və Yolqulular kəndlərinin yollarındakı körpülər düzəldilib. Kürəkçay üzərində 25 metr uzunluğunda yeni körpü tikilib. Son vaxtlar Qızılhacılı qəsəbəsində işıqlandırma sistemi təzələnib. Cinli Boluslu kəndində daxili yollara çınqıl döşənib. Xan Qərvənd kəndində qaz xətti qaydaya salınıb.
İllər boyu rayonda hamını düşündürən mühüm bir məsələ - su və kanalizasiya problemi həll olunur. Murov-Goranboy su kəmərinin inşası da başa çatır. Safıkürddə təmizləyici qurğu və bir neçə su anbarı inşa olunub. Murovdan gələn içməli dağ suyundan rayonun mərkəzindən əlavə, sərhəd bölgəsində yerləşən Tapqaraqoyunlu kəndində də istifadə olunur.
Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar rayonun hər guşəsində, içtimai həyatın hər sahəsində əsaslı işlər görülür, iqtisadiyyat yüksəlir. Son vaxtlar ümumi məhsul istehsalı 4,2 dəfə artıb, əhalinin gəliri çoxalıb, ərzaq proqramı uğurla həll olunur. Sahibkarlıq sürətlə inkişaf edir. Abadlıq-quruculuq işləri bütün qəsəbə və kəndləri bürüyüb. İçtimai obyektlərlə yanaşı fərdi mənzillərin inşası da geniş vüsət alıb. Təkcə son vaxtlarda 596 fərdi ev tikilib, minlərlə iş yerləri açılıb. Əhaliyə qayğı məsələsi daim ön plandadır.
Rayonda iftixarla deyirlər ki, bütün bunlar Prezident İlham Əliyevin qayğısı və diqqətinin bəhrəsidir. Dövlət başçısı son illər dörd dəfə Goranboya səfər edib, vəziyyətlə ətraflı tanış olandan sonra tövsiyə və tapşırıqlar verib. Təkcə ötən ilin iyun və iyul aylarında Goranboyun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında iki sərəncam imzalayıb, 18 kəndi birləşdirən Goranboy - Yuxarı Ağcakənd avtomobil yolunun inşası məqsədilə 3 milyon manat vəsait ayırıb.
Prezidentin tapşırıqları uğurla
yerinə yetirilir. Hər yanda
sosial problemin həllinə böyük
fikir verilir. Səhiyyə, təhsil və
mədəniyyət ocaqlarının
fəaliyyəti aybaay,
ilbəil genişlənir.
Xüsusən, təhsil sahəsində
görülən işlər
diqqəti daha çox cəlb edir. Təhsil sisteminin maddi-texniki
bazası ilbəil möhkəmlənir. Son illər rayonda 25 yeni məktəb binası, xeyli əlavə tədris korpusu tikilib, 20 bina əsaslı şəkildə yenidən
qurulub.
Sərhəd bölgəsində yerləşən
Tapqaraqoyunlu kənd orta məktəbi üçün əlavə
tədris korpusu inşa olunub. Hazırəhmədli kənd orta məktəbinin binası əsaslı təmir edilib. Hazırda Goran qəsəbə,
Qarasuçu Yenikənd,
Xınalı və Təhləkənd məktəbləri
üçün yeni binalar tikilir. Təhsilin maddi-texniki təchizatının
bütün məsələləri
sistemli surətdə həll olunur. Təkcə son bir ildə 492 parta, 190 şkaf, 980 stul, 108 yazı lövhəsi və digər avadanlıq alınıb, laboratoriya üçün 6 ədəd
müasir avadanlıq gətirilib. İl ərzində məktəblərə
65 adda 20,5 min nüsxə dərslik və metodik ədəbiyyat verilib. Kitabxanalar üçün işıqlı-yaraşıqlı
otaqlar ayrılıb, bir çox məktəblərdə oxucu
zalları təşkil
olunub.
Təhsil
sisteminin informasiyalaşdırılması
üzrə dövlət
proqramının tələblərinə
uyğun xeyli iş görülüb. Məktəblərin hamısı
kompyuter və kompyuter otaqları ilə təmin olunub, kompyuterlərin
internet şəbəkəsinə qoşulması təmin edilib. Şəhər 1, 2
və 3 nömrəli,
Qızılhacılı qəsəbə
1 və 2 nömrəli,
Xanqərvənd, Eyvazlar
və Qurbanzadə kənd məktəbləri,
ümumən 31 məktəb
internet şəbəkəsinə qoşulub.
Təhsil şöbəsinin müdiri
İlham Hüseynov deyir ki, bütün
bunlar tədrisin keyfiyyətinin yüksəldilməsinə,
gənc nəslin dünya görüşünün
artırılmasına kömək
edir. Təhsil naziri Mikayıl
Cabbarovun "...buraxılış
sinfini bitirən hər bir şagird
təhsil sənədi
almalıdır" fikri
rayonda rəğbətlə
qarşılanıb. Buraxılış imtahanlarında iştirak edən 1101 nəfərin hamısı tam orta təhsil haqqında attestat alıb. Ali məktəblərə qəbul
imtahanlarında iştirak
edən 575 nəfərdən
324-ü yəni, 56,2 faizi tələbə bileti ala bilmişdir. Daha 93 nəfər orta ixtisas məktəblərində
təhsil alır.
Məzunlardan 14 nəfəri
Heydər Əliyev adına Hərbi
Akademiyaya, polis və Fövqəladə Hallar Nazirliyinin akademiyalarına,
habelə, C.Naxçıvanski
adına Hərbi Liseyə qəbul olunub. Ümumən isə həmin
təhsil ocaqlarında
oxuyan goranboylu gənclərin sayı 30 nəfərdən çoxdur.
Gənclər Qaradağlı
kənd orta məktəbinin şagirdi
Elman Muxtarov Avropa çempionatında ikinci
yerə çıxmış,
Həsrət Cəfərov
və Vəfadar Cəfərov Yunan-Roma güləşi üzrə
respublika çempionu adına layiq görülmüşlər. Şahmat məktəbinin
komandası respublika çempionatının seçmə
yarışlarında yaxşı
nəticələr əldə
etmişdir.
Digər
sahələrdə də
uğurlar az
deyil. Texniki yaradıcılıq üzrə baxış müsabiqəsində Dəliməmmədli
şəhər orta məktəbinin 6-cı sinif
şagirdi Sultan Mahmudovun
"Avtomodel" əl
işi ikinci yerə layiq görülmüşdür. Borsunlu kənd orta məktəbinin şagirdi Hikmət Kazımov "Ən çox sevdiyim idman növü" mövzusundakı rəsm musabiqəsində ikinci yerə çıxmış,
şəhər 1 nömrəli
tam orta məktəbin
yetirməsi Ülkər
Hüseynova "Heydər
Əliyev və müstəqil Azərbaycan"
mövzusunda keçirilən
müsabiqədə diplomla
təltif olunmuşdur.
Əl işləri müsaqibəsinin
respublika turunda isə Borsunlu kənd məktəbinin yetirməsi Aynur Cəfərovanın işləri
xüsusilə fərqlənmişdir.
Rayon məktəbliləri fənn olimpiadalarında və müsabiqələrdə
də fəal iştirak edirlər. 2013-cü ildə 9 şagird müxtəlif bilik yarışlarında fərqləndiklərinə
görə Təhsil Nazirliyinin diplomlarına və qiymətli hədiyyələrə layiq
görülmüşdür.
İstedadlı və xüsusu qabiliyyəti olan uşaqların aşkara çıxarılması və
onların yaradıcılıq
potensialının inkişaf
etdirilməsi sahəsində
uşaq gənclər
idman məktəbində,
şahmat məktəbində,
texniki yaradıcılıq,
ekoloji tərbiyə və təcrübəçilik
mərkəzində sistemli
işlər görülür.
İlham Hüseynov deyir ki, yeni tələblərə
uyğun olaraq indi müəllimlərin üzərinə böyük
vəzifələr düşür. Bu mənada Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında
təhsilin inkişafı
üzrə Dövlət
Strategiyası" islahatların
uğurla davam etdirilməsinə əsaslı
zəmin yaradır.
Bu mənada yeni
ildən biz bütün
işlərimizi yeni üslubda qurmağa çalışırıq.
Ötən ili hər sahədə uğurla başa vuran rayon sakinləri deyirlər ki, 2014-cü il Goran torpağı
üçün daha uğurlu olacaq. Bu günlər Safıkürddə
kənd sakinləri ilə keçirilən görüş zamanı bu barədə geniş söhbət getdi. Rayon icra
hakimiyyətinin başçısı
Nizaməddin Quliyev regionların sosial-iqtisadi inkişafı dövlət
proqramının icrası
ilə əlaqədar
görülən işlər
barədə danışdı
və yeni ildə qarşıda duran vəzifələri xatırlatdı. Görüşdə kənd sakinləri də çıxış
edərək sərhəd
bölgəsində yerləşən
Goranboyun inkişafına
göstərdiyi qayğı
və köməyə
görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını
bildirdilər.
Əhməd
İSAYEV,
Azərbaycan.-2014.- 10 yanvar.- S.5.