Azərbaycanın müdafiə naziri Gəncədə olmuşdur
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov yeni tədris
ilinin başlanması ilə əlaqədar
bölgələrdə yerləşən hərbi hissələrin
hazırlığını yoxlamaq məqsədi
ilə Gəncə şəhərində olmuşdur.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər
ki, səfərin məqsədi hərbi hissələrin
maddi-texniki, silah-sursatla təchizatını, aparılan tikinti
və quruculuq işlərini, həmçinin şəxsi heyətin
sosial-məişət şəraitini yoxlamaqdır.
Azərbaycan.-2014.- 11 yanvar.- S.3.