Əmlak Məsələləri Dövlət
Komitəsinin sədri Lənkəran
şəhərində bölgə
üzrə vətəndaşları qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün əməli tədbirlər görürlər. AzərTAc xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov yanvarın 10-da Lənkəran şəhərində vətəndaşları qəbul etmişdir.
Qəbulda Lənkəran, Lerik, Astara, Cəlilabad, Masallı, Yardımlı, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşlar iştirak etmişlər.
Kərəm Həsənov vətəndaşların müraciətlərini və təkliflərini dinləmişdir. Müraciətlər, əsasən, daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, habelə komitənin digər fəaliyyət istiqamətlərinə aid olmuşdur.
Komitə sədri müraciətlərdə qaldırılan bir sıra məsələlərin operativ həlli üçün müvafiq göstərişlər vermişdir. Həmçinin vətəndaşlara qanunvericiliyin tələbləri izah olunmuş, qaldırılan məsələlərin həlli üçün zəruri addımların atılacağı bildirilmişdir. Araşdırma tələb olunan müraciətlər qeydiyyata alınmışdır.
Əmlak
Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən
vətəndaşların qəbulu və onların müraciətlərinə
baxılması növbəti aylarda da davam etdiriləcəkdir.
Azərbaycan.-2014.- 11 yanvar.- S.3.