Praqa Karls Universitetinin rektoru Bakı Ali Neft Məktəbində olmuşdur

 

Yanvarın 10-da Çex Respublikasının Praqa Karls Universitetinin rektoru, professor Vatslav Hampl Bakı Ali Neft Məktəbində (BANM) olmuşdur. Məktəbin mətbuat xidmətindən bildirmişlər ki, rektor Elmar Qasımov iki illik fəaliyyəti ərzində məktəbin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərtib etdiyi reytinq cədvəlində lider olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, BANM-də mütəxəssis hazırlığı Böyük Britaniyanın Heriot-Vatt Universitetinin proqramları əsasında həyata keçirilir.

Rektor BANM-in Karls UniversitetiÇex Respublikasının digər universitetləri ilə əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlı olduğunu bildirmişdir.

Məktəbə dəvət olunduğuna görə minnətdarlığını bildirən professor Vatslav Hampl müasir tipli ali məktəbin yaradılmasının təqdirəlayiq olduğunu vurğulamış, rəhbərlik etdiyi universitetlə kimya, geologiyageofizika sahələrində əməkdaşlığın mümkünlüyünü bildirmişdir. O, həmçinin BANM-in Çexiyanın digər mühəndis hazırlayan universitetləri ilə də əlaqələrinin qurulmasında yardım göstərməyə hazır olduğunu da nəzərə çatdırmışdır.

Görüşün sonunda qonağa Bakı Ali Neft Məktəbinin "Fəxri qonaq diplomu" təqdim edilmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 11 yanvar.- S.5.