Tallində «Azərbaycan - Odlar
Yurdu» mövzusunda tədbir
keçirilmişdir
Estoniyanın paytaxtı Tallində fəaliyyət göstərən Linnamyae və Vormsi uşaq bağçaları "Xalqlar qursağı" layihəsi çərçivəsində "Azərbaycan - Odlar Yurdu" mövzusunda tədbir keçirmişlər. Vormsi uşaq bağçasının kollektivi Linnamyaenin müəllimlərini və uşaqlarını qonaq qismində dəvət etmiş və onları Azərbaycanın mədəniyyəti ilə tanış etmişdir.
Vormsi uşaq bağçasının direktoru Aida Vare çıxışında Azərbaycanı möcüzələr ölkəsi adlandırmış və iştirakçıları bu ölkəyə kiçik səyahətə dəvət etmişdir. Tədbirdə ölkəmizlə bağlı slaydlar nümayiş etdirilmiş, Azərbaycan musiqiləri səsləndirilmişdir. Eston dilində səsləndirilən "Cırtdan" cizgi filmi, Azərbaycanın "Fincan-fincan" uşaq oyunu uşaqlar tərəfindən böyük maraqla qarşılanmışdır. Tədbirin sonunda qonaqlara Azərbaycan şirniyyatları təqdim olunmuşdur.
"Xalqlar qurşağı" layihəsi Estoniya Təhsil Nazirliyi tərəfindən dəstəklənir. Estoniyada fəaliyyət göstərən məktəbəqədər müəssisələr müxtəlif ölkələri təmsil edirlər. Azərbaycanı Vormsi uşaq bağçası təmsil edir. İndiyədək bu uşaq bağçasında Azərbaycan mövzusunda dərslər keçirilmiş, uşaqlar tərəfindən Azərbaycan bayrağı çəkilmiş, ölkəmizə aid filmlər nümayiş etdirilmişdir. Uşaq bağçası hazırda Novruz bayramına hazırlaşır.
"Aydan"
Estoniya Azərbaycan Mədəniyyət Mərkəzi bu tədbirlərin
işində yaxından iştirak edir.
Nigar CƏFƏRLİ,
AzərTAc-ın xüsusi müxbiri
Tallin
Azərbaycan.-2014.- 12 yanvar.- S.5.