«ADA» Universitetinin
yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası
Xarici İşlər
Nazirliyinin Diplomatik Akademiyasının və İnformasiya Texnologiyaları
Universitetinin əsasında,
ali təhsilin bütün səviyyələri
üzrə kadr hazırlığını, ali
və əlavə təhsil proqramlarını
həyata keçirən,
fundamental və tətbiqi
elmi tədqiqatlar aparan, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
nəzdində fəaliyyət
göstərən "ADA" Universiteti yaradılsın.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. bu sərəncamın
1-ci hissəsi ilə yaradılmış "ADA" Universitetinin nizamnaməsinin
layihəsini iki ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
2.2. Azərbaycan Respublikası
Prezidentinin aktlarının
bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb üç
ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
2.3. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını
üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə üç ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.5.
"ADA" Universitetinin fəaliyyətinin
maliyyələşdirilməsi və texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin;
2.6. bu sərəncamdan
irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 yanvar
2014-cü il
Azərbaycan.-2014.- 14 yanvar.- S.1.