Meksika Senatının xarici məsələlər komissiyasının nümayəndə

 heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etmişdir

 

Azərbaycanda səfərdə olan Meksika Senatının xarici məsələlər komissiyasının sədri Qabriela Kuevas Barronun başçılıq etdiyi nümayəndə heyəti yanvarın 13-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı üzərinə gül dəstələri qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə gül-çiçək dəstələri düzmüşlər.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 14 yanvar.- S.1.