Azərbaycanın xarici işlər naziri İtaliyanın aparıcı

 kütləvi informasiya vasitələrinə müsahibələr vermişdir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın aparıcı kütləvi informasiya vasitələri olan "Globalist", "TM News", "La stampa", "Internazionale", "AGİ", "Unita" və "Newsit24"ə müsahibələr vermişdir.

Azərbaycanın xarici siyasət fəaliyyətindən danışan nazir xarici siyasət və diplomatik fəaliyyətin daha çox uzunmüddətli hədəflərə doğru istiqamətləndiyini, xarici siyasətin daxili siyasətin məntiqi davamı olduğunubu fəaliyyət sahələrinin bir-birilərini qarşılıqlı şəkildə tamamladığını qeyd etmişdir. Bildirmişdir ki, xarici siyasət sahəsindəki nailiyyətlər dövlətin ümumi inkişafı kontekstində nəzərdən keçirilməlidir.

Müstəqillik dövrü ərzində Azərbaycanın keçdiyi uğurlu inkişaf yolu və xüsusilə son on ildə bütün sahələrdə özünü göstərən inkişaf meyillərini respublikamızın əldə etdiyi mühüm nailiyyətlər kimi səciyyələndirən Elmar Məmmədyarov ölkəmizin ümumi inkişaf strategiyası və onun tərkib hissəsi olan xarici siyasət fəaliyyəti ilə əlaqədar Azərbaycan cəmiyyətində vahid konsensus olduğunubunun özünü bir daha 2013-cü il oktyabrın 9-da keçirilmiş prezident seçkilərində açıq şəkildə göstərdiyini diqqətə çatdırmışdır.

 Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri xalqımızın qəti iradəsini ortaya qoyaraq azad, ədalətli, demokratik və şəffaf şəkildə keçirilmiş prezident seçkilərində ölkəmizin əldə etdiyi nailiyyətlərə öz qiymətini verdiyiniPrezident İlham Əliyevin rəhbərliyi ilə liberal-demokratik dövlət quruculuğu, davamlı inkişaf, siyasi sabitliksosial ədalət prinsipləri əsasında Azərbaycanı inkişafadaha yeni nailiyyətlərə aparan siyasi kursun davamlılığına səs verdiyini vurğulamışdır.

Ardıcıl və davamlı strateji xətt yürüdən Azərbaycanın regionun lider dövləti olduğunu və beynəlxalq səhnədə etibarlı tərəfdaş kimi qəbul edildiyini deyən Elmar Məmmədyarov Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi şaxələndirilmiş neft, qaz kəmərlərinə əlavə olaraq yekunlaşdırılmaqda olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ölkəmizin uğurlu enerji və nəqliyyat strategiyasına daha yeni əhəmiyyətli çalarlar gətirəcəyini və Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığını yeni səviyyəyə qaldıracağını bildirmişdir. Qeyd edilmişdir ki, region hüdudlarından kənarda Trans-Anadolu boru kəmərinin çəkilməsi barədə qərar Azərbaycanın bölgənin enerji mənzərəsini dəyişəcək genişmiqyaslı layihələri həyata keçirmək iqtidarında olmasının daha bir göstəricisidir. "Şahdəniz" konsorsiumu tərəfindən Trans-Adriatik boru kəmərinin seçilməsi barədə qərar isə Azərbaycanın Avropanın enerji bazarında rolunun güclənməsinə səbəb olacaqdır.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, "Eurovision" mahnı müsabiqəsinə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu kimi mötəbər tədbirlərə və 2015-ci ildə Avropa Oyunlarına ev sahibliyi etməsinin ölkəmizin dünya miqyasında nüfuzunun daha da artmasına xidmət etdiyini deyən nazir Elmar Məmmədyarov respublikamızın dünyada sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun gücləndirilməsi istiqamətində bir sıra əhəmiyyətli təşəbbüslərin də müəllifi olduğunu bildirmişdir.

Vaxtilə təhlükəsizlik və yardımlar istehlakçısı olan Azərbaycanın bu gün beynəlxalq sülh və təhlükəsizliyə əsaslı töhfələr verdiyini və Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin Afrika, Asiya, Yaxın Şərq və Karib dənizi hövzəsində humanitar layihələrə yardım etdiyini bildirən nazir respublikamızın qonşu dövlətlər, eləcə də Şərqi və Mərkəzi Avropa ölkələri və Mərkəzi Asiya regionunda sərmayələrinin genişləndiyini söyləmişdir.

Elmar Məmmədyarov Azərbaycanın son illər ərzində bütün sahələrdə əldə etdiyi inkişafın və dünya miqyasında artan nüfuzunun ölkəmizin nailiyyətlərinin bariz göstəricisi olduğunu və xarici siyasətin də bu inkişaf strategiyasının mühüm hissəsi olaraq öz vacib rolunu oynadığını vurğulamışdır.      

TANAP və TAP layihələrinin əhəmiyyəti barədə sualı cavablandıran nazir "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması ilə əlaqədar ötən il dekabrın 17-də Bakıda keçirilmiş mərasimdə Prezident İlham Əliyevin dediyi kimi, bu layihənin regionun və Avropanın enerji xəritəsini dəyişdirəcəyini bildirmişdir.

O, iştirakçı dövlətlər, eləcə də Avropa İttifaqı və digər tərəfdaş ölkələrdən olan yüksək səviyyəli nümayəndələrin "Şahdəniz-2" yekun investisiya qərarının imzalanması mərasiminə qatılmasının layihənin həyata keçirilməsi üçün nümayiş etdirilən əzm və niyyətin təzahürü olduğunu qeyd etmişdir.

"Cənub" qaz dəhlizi konsepsiyası gündəmə gətiriləndən etibarən Azərbaycanın onun həyata keçirilməsi üçün ardıcıl siyasi iradə nümayiş etdirdiyini deyən nazir bu dəhlizin vacib strateji komponenti kimi TANAP layihəsi təşəbbüsünün meydana çıxmasının ölkəmizin bu məsələdə nə dərəcədə əzmli olmasını nümayiş etdirdiyini diqqətə çatdırmışdır.

Dünyanın böyük enerji layihələri sırasında olan "Şahdəniz-2", TANAP və TAP layihələrinin icrası üçün 45 milyard ABŞ dolları dəyərində sərmayə yatırılacağını və bu xətt boyunca 30 mindən artıq yeni yerinin açılacağını qeyd edən Elmar Məmmədyarov layihənin birinci mərhələsində 10 milyard kubmetr, növbəti mərhələlərdə isə 20 milyard kubmetrdən artıq Azərbaycan qazının ixrac ediləcəyi barədə məlumat vermişdir. O demişdir: "Bu layihə bir daha göstərir ki, Azərbaycan yalnız şaxələndirilmiş təchizat marşrutu ilə deyil, eləcə də bu təchizatın şaxələndirilmiş mənbələri vasitəsilə Avropanın enerji təhlükəsizliyinə töhfə verir".

Ümumiyyətlə, Azərbaycanın enerji siyasətinin qarşılıqlı faydalı əməkdaşlıq, kommersiya baxımından səmərəlilik, istehlakçı və istehsalçıların maraqlarının nəzərə alınması, şəffaflıq, etibarlılıq və davamlılıq kimi prinsiplərə söykəndiyini deyən nazir bu layihənin iştirakçı dövlətlərin iqtisadi inkişafına və bu dövlətlər arasında əməkdaşlıq və dostluğun daha da güclənməsinə töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dair suala cavabında Elmar Məmmədyarov Azərbaycanın problemin həlli ilə əlaqədar mövqeyinin aydın olduğunubunun beynəlxalq hüququn fundamental prinsipləri, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, Helsinki yekun aktının təməl prinsipləri və digər beynəlxalq təşkilatların qətnamə və sənədlərinə əsaslandığını qeyd etmişdir.

Nazir demişdir ki, davamlı həllə nail olmağın və qonşu dövlətlər arasında sivil münasibətlərin yaradılmasının yeganə yolu Azərbaycan ərazilərinin işğaldan azad olunması, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi, öz doğma yurd-yuvalarına qayıtmaları üçün bir milyondan artıq qaçqın və məcburi köçkünün ayrılmaz hüquqlarının təmin edilməsidir.

Elmar Məmmədyarov bildirmişdir: "Əminliklə deyə bilərik ki, regionda sülh, təhlükəsizlik və davamlı inkişafa ən böyük hədə Azərbaycanın işğal olunmuş 20 faiz ərazilərində Ermənistanın hərbi qüvvələrinin mövcudluğudur. Qəti şəkildə inanırıq ki, Ermənistanın işğalının nəticələrinin aradan qaldırılması ilə etimad quruculuğu tədbirlərinin başlanması münaqişənin sülh yolu ilə həlli üçün ən münasib variantdır. Ermənistan rəhbərliyi başa düşməlidir ki, konstruktiv yanaşmanın nümayiş etdirilməsi və qonşu dövlətə münasibətdə işğalçı siyasətdən imtina edilməsi regiondakı təhlükəsizlik qavrayışlarını dəyişəcək və sülh danışıqları prosesinə müsbət mənada təsir edəcəkdir".

Sivilizasiyalar və mədəniyyətlərarası dialoq prosesinə Azərbaycanın töhfələri barədə suala cavabında Elmar Məmmədyarov Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın coğrafi mövqeyinə görə əsrlər boyu sivilizasiyalar arasında körpü rolunu oynadığını, sülh şəraitində birgə yanaşı yaşamanın və dözümlülüyün Azərbaycan xalqının ənənəvi həyat tərzi olduğunu diqqətə çatdırmışdır. O, Azərbaycanın heç də təsadüfi olmayaraq mədəniyyətlərarası və dinlərarası dialoqun inkişaf etdirilməsində mühüm rol oynadığını və bu ali məqsədlərin həyata keçirilməsi üçün çoxsaylı mötəbər tədbirlərin keçirildiyi məkana çevrildiyini qeyd etmişdir. Nazir sivilizasiyalararası dialoqun təşviqi məqsədilə ölkəmizin ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, Beynəlxalq Humanitar Forumun, həmçinin UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitəsinin 8-ci sessiyasının sözügedən missiyanın bariz nümunələri olduğunu demişdir.

Sivilizasiyalararası dialoqun sülh və təhlükəsizliyi möhkəmləndirmək, münaqişələri tənzimləmək, mədəni müxtəlifliyi gücləndirmək və davamlı inkişafa təkan vermək üçün potensiala malik olduğunu deyən Elmar Məmmədyarov müəyyən yanlış fikirlərin olduğu şəraitdə sivilizasiyalararası dialoqun gücləndirilməsi, xalqlar və dövlətlər arasında dözümlülüyün təşviqi və qarşılıqlı anlaşmanın inkişaf etdirilməsinin xüsusilə zəruri olduğunu diqqətə çatdırmışdır. Bu baxımdan o, dünyada sülhün gücləndirilməsi naminə Azərbaycanın daha da əzmli şəkildə sivilizasiyalararası dialoq təşəbbüslərinə töhfə vermək səylərini davam etdirəcəyini vurğulamışdır.

Azərbaycan-İtaliya münasibətləri və Azərbaycanın Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramında iştirakı barədə sualları cavablandıran nazir ölkələrimiz arasında uzun tarixi dövr ərzində formalaşmış dostluq əlaqələrinin olduğunu qeyd etmiş, bu sırada qədim Roma imperiyası ilə təmaslar, italyan səyyahlarının Azərbaycana səfərləri, orta əsr italyan dövlətləri ilə Azərbaycan dövlətlərinin diplomatik və ticarət əlaqələri, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin İtaliya ilə diplomatik əlaqələri və İtaliyanın həmin dövrdə Azərbaycanda baş konsulluğunun fəaliyyət göstərməsi kimi mühüm tarixi məqamları diqqətə çatdırmışdır.

Hazırda İtaliyanın Aİ-də Azərbaycanın ən vacib və yaxın tərəfdaşlarından olduğunu deyən nazir ikitərəfli və çoxtərəfli əsasda ölkələrimiz arasında əlaqələrin davamlı surətdə inkişaf etdiyini bildirmiş, siyasi səviyyədə əlaqələrimizin qarşılıqlı anlaşma, yaxın siyasi məsləhətləşmələr, intensiv ikitərəfli səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq kimi meyillərlə səciyyələndiyini vurğulamışdır.

Nazir İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu, ölkələrimiz arasında ticarət dövriyyəsinin 5 milyard avro təşkil etdiyini bildirmişdir. O əlavə etmişdir ki,  Azərbaycan İtaliyanın ən böyük neft təchizatçılarından biridir. Qarşıdakı illərdə isə Azərbaycan İtaliyanın əsas qaz təminatçılarından biri olacaqdır.

Bu gün İtaliya şirkətlərinin Azərbaycanda tikinti, mebel, maşınqayırma, qida sənayesi, kənd təsərrüfatı, turizm, keramika sahələrində uğurla fəaliyyət göstərdiklərini deyən nazir əməkdaşlığın daha da inkişafı üçün böyük potensialın olduğunu bildirmişdir. O, keçən ilin noyabrında 130 italiyalı adamının iştirakı ilə keçirilmiş Azərbaycan-İtaliya biznes forumudekabrda keçirilmiş hökumətlərarası birgə komissiyanın iclasından bəhs etmiş, hər iki tədbirin tərəfdaşlığı daha da gücləndirmək üçün İtaliya və Azərbaycan sahibkarlarının qarşılıqlı əzmini və Azərbaycan hökuməti tərəfindən təqdim olunan böyük biznesinvestisiya layihələrinə İtaliya şirkətlərinin ciddi marağını ortaya çıxardığını vurğulamışdır.

Sürətli iqtisadi inkişaf göstəricilərinə malik olan Azərbaycanın xarici investisiya layihələrinin ciddi iştirakçısına çevrildiyini deyən Elmar Məmmədyarov 2003-2011-ci illər ərzində Azərbaycanın xarici ölkələrə 6 milyard ABŞ dollarından artıq sərmayə qoyduğunuinvestisiya ixracatçısına çevrildiyini qeyd etmiş, gələn illərdə ölkələrimiz arasında qarşılıqlı sərmayələrin həcminin artacağına ümidvar olduğunu söyləmişdir.

Azərbaycan və İtaliya xalqlarının mədəniyyət, incəsənət, musiqi və ədəbiyyata olan sevgi və rəğbətinə görə mədəni və humanitar sahələrin əlaqələrimizin daha bir başlıca istiqaməti olduğunu deyən Elmar Məmmədyarov əminliyini ifadə etmişdir ki, qarşılıqlı anlaşma, faydalı əməkdaşlıq və dostluq əsasında Azərbaycan-İtaliya əməkdaşlığı daha da inkişaf edəcəkdir.

Avropa İttifaqı ilə əlaqələrdən danışan nazir əlavə etmişdir ki, Avratlantik strukturlara inteqrasiya Azərbaycan tərəfindən ardıcıl surətdə yürüdülən strateji xətdir və bu xüsusda Aİ ilə siyasi, iqtisadihumanitar sahələrdə tərəfdaşlığın qurulması Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir.

Nazir demişdir: "Biz bir çox məsələlər üzrə Aİ-nin dəyərlərini və baxışlarını bölüşürük və əməkdaşlığımızı daha da gücləndirmək üçün əzmliyik. Bu xüsusda İtaliyanın Azərbaycanın Aİ ilə əlaqələrinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirilir".

Elmar Məmmədyarov Azərbaycanda bütün sahələrdə modernləşmənin həyata keçirildiyini qeyd edərək ölkəmizin əsas tərəfdaşlarından biri kimi Aİ-nin bu prosesdə iştirakının vacib olduğunu vurğulamışdır. O əlavə etmişdir ki, Azərbaycan qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması, demokratiyaqanunun aliliyinin gücləndirilməsi, ticarət və iqtisadi əlaqələrin inkişafı və ümumavropa təhsil sisteminə inteqrasiya ölkəmizin prioritetləri sırasındadır.

Azərbaycanın Aİ-nin "Yeni qonşuluq" və "Şərq tərəfdaşlığı" proqramlarında fəal şəkildə iştirakı barədə danışan nazir ölkəmizin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq etdiyini söyləmişdir.

Vilnüsdə keçirilmiş Şərq tərəfdaşlığı sammitində Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsinə dair imzalanmış sazişi Aİ ilə əməkdaşlığın inkişafında mühüm addım kimi qiymətləndirən nazir bu sənədin Aİ ilə Azərbaycan arasında insanlararası təmasları və səyyarlığı artıracağını, ölkəmizin qanunvericiliyinininzibati mexanizmlərinin İttifaqın bu sahədə olan təcrübəsinə yaxınlaşmasını sürətləndirəcəyini bildirmişdir.

Azərbaycan və Aİ-nin enerji sahəsində strateji tərəfdaşlar olduqlarını deyən Elmar Məmmədyarov ölkəmizin bu strateji tərəfdaşlığı digər sahələrə doğru genişləndirmək niyyətində olduğunu vurğulamışdır.

 

 

Maqsud DADAŞOV,

AzərTAc-ın xüsusi müxbiri

Roma

Azərbaycan.-2014.- 14 yanvar.- S.6.