ADİU-nun «Dünya
iqtisadiyyatının tarixi»
dərsliyi türk dilində çap olundu
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) hazırladığı "Dünya iqtisadiyyatının tarixi" dərsliyi Türkiyədə çapdan çıxmışdır.
ADİU-nun rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Şəmsəddin Hacıyevın və universitetin Beynəlxalq iqtisadi münasibətlər kafedrasının professoru Əvəz Bayramovun həmmüəllifiyi ilə hazırlanmış "Dünya iqtisadiyyatının tarixi" dərsliyinin türk dilinə tərcüməsi Türkiyədə "Gazi Kitabevi İlksan" nəşriyyatı tərəfindən çap edilmişdir.
Kitab
türkdilli ölkələrin ali təhsil müəssisələrində
iqtisadiyyat ixtisası üzrə tədris prosesində istifadə
edilmək üçün tövsiyə olunmuş ilk Azərbaycan
dərsliyidir. Dərslikdə dünya
iqtisadiyyatının genezisi, qərarlaşması
və inkişafı mərhələləri sistemli
şəkildə əhatə edilməklə qlobal
inkişaf prosesinin xüsusi əhəmiyyət kəsb edən
problemləri və hadisələri şərh olunur. Dərslik iqtisadiyyat,
tarix, hüquq, politologiya və sosiologiya
ixtisasları üzrə təhsil alan tələbələr,
magistrlər və doktorantlar üçün nəzərdə tutulmuşdur.
Azərbaycan.-2014.- 14 yanvar.- S.6.