Azərbaycan Respublikasının ərazisində
dövriyyəyə buraxılan (idxal və
Azərbaycan Respublikasında istehsal edilən)
avtonəqliyyat vasitələrindən atmosfer
havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji
normalarına uyğunlaşdırılması barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 2 Bakı şəhəri,
14 yanvar 2014-cü il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikasının ərazisində dövriyyəyə
buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal
edilən) avtonəqliyyat vasitələrindən atmosfer
havasına atılan zərərli maddələr üzrə
2014-cü il aprelin 1-dən Avro-4 ekoloji normaları tətbiq
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.-15 yanvar.-S.1.