İnkişafın yeni mərhələsi öz təşəbbüs və tələblərini irəli sürür

 

2014-cü il “Sənaye ili”dir

 

2014-cü il ölkəmizdə "Sənaye ili" elan olunub. Bunu Prezident İlham Əliyev  yanvarın 9-da Nazirlər Kabinetinin keçən ilin sosial-iqtisadi inkişafının yekunlarına cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan etmiş bir gün sonra müvafiq sərəncam da imzalamışdır.

Sənaye Azərbaycan iqtisadiyyatının əsas böyük sahələrindən biridir. Bu elə bir sahədir ki, özü neçə-neçə hissədən ibarətdir. Başqa sözlə, ölkəmizin sənayesi çoxsahəli çoxşaxəlidir. Bir neçə sahənin adını çəkmək kifayətdir. Belə ki, sənayenin mədənçıxarma, emal, qida istehsalı, toxuculuq, kimya, əczaçılıq, metallurgiya, tikinti materiallarının hazırlanması neçə-neçə digər bölməsi var.

Hələ keçən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirilmiş, yüzlərlə müəssisə inşa edilmiş, güclü potensial yaradılmışdır.

Son illərdə iqtisadiyyatın digər sahələri kimi, sənayedə mühüm irəliləyişlərə nail olunub. Ötən 10 ildə sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artıb. Rəqabətqabiliyyətli müasir sənaye sahələri yaradılıb, böyük layihələr icra edilib yeni müəssisələr işə salınıb. Sahədə çoxsaylı yeni yerləri açılıb.

Hazırda sənaye məhsulunun təxminən 81,5 faizi özəl bölmədə istehsal olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin 11 ayında sənayedə buraxılmış malların göstərilmiş xidmətlərin həcmi 30,8 milyard manat təşkil edib. Qeyri-neft bölməsində 3,2, neft bölməsində 1,3 faizlik artım müşahidə olunub. İstehsal edilmiş sənaye məhsullarının əksər hissəsi alıcılara göndərilib.

Sənayedə çalışanların sayı ildən-ilə artır. Hazırda bu sahədə 182 mindən çox insan çalışır. İşçilərin əməkhaqqı da getdikcə yüksəlir. Keçən ilin 10 ayının göstəricisinə görə, onların orta aylıq əməkhaqqı 644,9 manat olub. Bu da əməkhaqqının ondan əvvəlki ilin müvafiq dövrünə nisbətən 8 faiz artması deməkdir.

Azərbaycan sənayesi yeni mərhələyə qədəm qoyub. Təbii ki, hər yeni mərhələ öz müasir çağırış təşəbbüslərini səsləndirir, tələb şərtlərini irəli sürür. Hazırda sənayenin modernləşdirilməsi qeyri-neft sənayesinin şaxələndirilməsi prioritet vəzifələr kimi qarşıya qoyulub. Bu da, öz növbəsində, mövcud təbii iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb olunmasını, ənənəvi sənaye parklarının yaradılmasını, regionlarda sənaye potensialının gücləndirilməsini, sənayenin  innovasiyalar əsasında inkişafını təmin edən imkanların yaranması zərurətini üzə çıxarır.

Bütün bunlara əsaslanaraq dövlət başçısı Nazirlər Kabinetinin son iclasında  demişdir: "Hesab edirəm ki, bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət verilməlidir. Texnoparklar, yeni sənaye müəssisələri, ixracyönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir".

 

Azərbaycan.-2014.-15 yanvar.-S.1.