Paytaxtımız dünyanın ən
gözəl şəhərlərindən birinə çevrilir
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə uyğun olaraq 2012-ci ilin sonunda Səbail rayonunda icra hakimiyyəti başçısının 1 və 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri yaradılmışdır. Gənc və işgüzar kadrların çalışdığı bu nümayəndəliklər ötən ilin əvvəlindən tam şəkildə fəaliyyətə başlamışdır.
Dənizkənarı Milli Parkda yerləşən Bakı Biznes Mərkəzində Səbail rayon rəhbərliyinin, rayonun təsərrüfat xidmətləri rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə rayonun mərkəz ərazilərini əhatə edən 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ilk hesabat yığıncağı keçirilmişdir.
Toplantıda 2013-cü il ərzində rayonun mərkəz hissəsində həyata keçirilən işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Hesabat məruzəsi ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Həsənli bildirmişdir ki, nümayəndəliyin fəaliyyətə başlaması ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti tərəfindən "Şəhidlər xiyabanı" Kompleksinin ərazisində inşa edilmiş inzibati binada nümayəndəlik üçün xüsusi yer ayrılmış, bura hər cür avadanlıq və ləvazimatlarla təchiz olunmuşdur.
2013-cü ildə nümayəndəliyin ərazisində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Dövlət Musiqili Teatrının binasının, Milli İncəsənət Muzeyinin yeni keçid korpusunun, "Alov qüllələri" Kompleksindəki "Fairmont Baku" hotelinin, Neftçilər prospektində ikimərtəbəli yeraltı avtomobil dayanacağının, Xalça Muzeyinin yeni binasının, əsaslı təmirdən sonra Səbail Rayon İcra Hakimiyyəti binasının açılış mərasimləri keçirilmişdir. Ötən il "Fəvvarələr Meydanı"nda 260 avtomobil yerlik yerüstü qaraj istifadəyə verilmiş, 1 saylı şəhər poliklinikasında, 7 saylı orta məktəbdə, 44 saylı uşaq bağçasında əsaslı təmir-yenidənqurma işləri başa çatdırılmış, 190 saylı orta məktəbin akt və idman zalı tam əsaslı təmir olunmuşdur. Hazırda rayonun mərkəz ərazisində "Alov qüllələri" Kompleksinin və "Cənub" mehmanxanasının tikintisi, 10 çoxmərtəbəli yaşayış binalarının təmiri və üzlənməsi işləri, İdman oyunları stadionunun, 2 saylı şəhər poliklinikasının əsaslı təmiri aparılır.
Yığıncaqda
çıxış edən Səbail Rayon İcra Hakimiyyəti
başçısı Asif Əsgərov Azərbaycan Prezidenti
cənab İlham Əliyev tərəfindən
Bakı şəhərinə göstərilən diqqət və
qayğıdan, gələcəkdə şəhərin mərkəzinin
daha da abadlaşdırılması, burada sakinlər və
şəhərimizin çoxsaylı qonaqları üçün
hər cür şəraitin yaradılması məqsədi ilə
görülməli olan işlərdən
danışmışdır. A.Əsgərov
2013-cü ildə rayonda həyata keçirilmiş sosialyönümlü
layihələr barədə geniş məlumat
vermiş, qeyd etmişdir ki, ölkə
başçısının tapşırıqlarına əsasən,
şəhərin mərkəzini əhatə edən 1
saylı nümayəndəliyin ərazisində bir sıra mühüm
işlər həyata keçirilir və
bu, paytaxtımızı dünyanın ən
gözəl şəhərlərindən birinə
çevirmək üçün gələcəkdə
də davam etdiriləcəkdir.
Azərbaycan.-2014.- 15 yanvar.- S.3.