ANS müstəqil yayım və media şirkətinə xəbərdarlıq elan edilmişdir
Yanvarın 14-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilmişdir.
MTRŞ-dən
AzərTAc-a bildirmişlər ki, iclasda ANS müstəqil
yayım və media şirkəti tərəfindən teleradio
yayımı sahəsində qanunvericiliyin tələblərinin
pozulması faktı üzrə inzibati icraata dair işə
baxılmışdır.
Yanvarın
10-da saat 16.30-da ANS
telekanalında yayımlanan "Adam içində"
verilişində "Televiziya və radio yayımı
haqqında" Qanunun 32.0.1, 32.0.9, 35.11-ci maddələrinin,
"Uşaqların və yetkinlik yaşına
çatmayanların fiziki, əqli və mənəvi
inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o
cümlədən erotikanı və qəddarlığı əks
etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın
tələbləri pozulduğundan MTRŞ-in qərarına əsasən
ANS müstəqil yayım və media şirkətinə xəbərdarlıq
elan edilmişdir.
İclasda
həmçinin yeni ümumrespublika televiziya yayım
kanalının açılması üçün
müsabiqə elan olunmuşdur.
Azərbaycan.-2014.- 15 yanvar.- S.3.