Səhiyyə naziri
Hacıqabulda vətəndaşları qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.
AzərTAc xəbər verir ki, yanvarın 15-də səhiyyə naziri Oqtay Şirəliyev Hacıqabul şəhərindəki uşaq tibb mərkəzində Şirvan şəhərindən, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Vətəndaşlar nazirə əsasən işə qəbul, müalicə, xəstəxanaların təmiri və digər sağlamlıq problemləri ilə bağlı müraciət etmişlər.
Qəbulda vətəndaşların qaldırdıqları məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapmışdır.
Nazirliyin
səlahiyyətlərinə aid olmayan məsələlər
aidiyyəti üzrə digər icra orqanlarına
çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə
götürülmüşdür.
Azərbaycan.-2014.- 16 yanvar.- S.4.