Azərbaycanın və
Qırğızıstanın fövqəladə hallar nazirlikləri
arasında əməkdaşlıq məsələləri
müzakirə edilmişdir
Yanvarın
15-də Azərbaycan Respublikasının fövqəladə
hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə
səfərdə olan Qırğız Respublikasının
fövqəladə hallar naziri Kubatbek Boronovun
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşmüşdür.
Fövqəladə
Hallar Nazirliyindən AzərTAc-a bildirmişlər ki,
görüşdə nazir Kəmaləddin Heydərov Azərbaycan
və Qırğız respublikalarının dostluq əlaqələrinin
sürətli inkişafından söhbət açaraq hər
iki ölkənin müvafiq dövlət qurumları
arasında mövcud əməkdaşlığın
perspektivləri haqqında danışmışdır.
Nazir
həmçinin respublikamızda fövqəladə
halların idarə olunması sahəsində görülən
işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti
barədə ətraflı məlumat vermişdir.
Qırğız
Respublikasının fövqəladə hallar naziri Kubatbek
Boronov ölkələrimizin aidiyyəti qurumlarının əməkdaşlıq
əlaqələrinin daha da inkişaf etdirilməsinin
vacibliyini vurğulamışdır.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Sonra qonaq Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, İctimaiyyətlə Əlaqə İdarəsinin Multimedia Mərkəzinin, Mülki Müdafiə Qoşunları Komandanlığının və Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti ilə yaxından tanış olmuşdur.
Qırğız
Respublikasının fövqəladə hallar naziri Kubatbek
Boronovun başçılıq etdiyi nümayəndə heyətinin
ölkəmizə səfəri davam edir.
Azərbaycan.-2014.- 16 yanvar.- S.3.