Prezident İlham Əliyevin NATO-nun baş katibi Anders Foq
Rasmussen ilə görüşü olmuşdur
Azərbaycan Prezidenti İlham
Əliyevin Belçikaya
işgüzar səfəri
Yanvarın 15-də Brüsseldə işgüzar
səfərdə olan
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşü
olmuşdur.
NATO-nun baş katibi
Anders Foq Rasmussen Prezident
İlham Əliyevi alyansın mənzil-qərargahında
qarşıladı.
Sonra rəsmi
foto çəkdirildi.
Anders Foq Rasmussen dövlət
başçısı İlham
Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik
etdi və ona fəaliyyətində uğurlar arzuladı. Prezident
İlham Əliyevin
NATO-ya, özünün
isə 2012-ci ildə Bakıya etdiyi səfərləri xatırlayan
Anders Foq Rasmussen keçirilən
görüşlər zamanı
səmərəli müzakirələrin
aparıldığını dedi. NATO-Azərbaycan
əlaqələrinin uğurla
inkişaf etdiyini deyən baş katib Əfqanıstanda həyata keçirilən
sülhyaratma əməliyyatları
zamanı Azərbaycanın
tranzit, maliyyə yardımı və digər sahələrdə
göstərdiyi dəstəyə
görə minnətdarlığını
bildirdi. NATO-nun baş
katibi Azərbaycanın
Avropanın enerji təhlükəsizliyinin, o cümlədən
Qafqazda sülhün və təhlükəsizliyin
təmin edilməsi baxımından mühüm
ölkə olduğunu
dedi, əlaqələrimizin
bundan sonra da inkişaf edəcəyinə əminliyini
vurğuladı.
Prezident
seçkilərində qələbəsi
münasibətilə təbrikə
görə minnətdarlığını
bildirən dövlət
başçısı İlham
Əliyev NATO-Azərbaycan
əlaqələrinin müxtəlif
sahələrdə uğurla
inkişaf etdiyini dedi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində fəal
iştirak etməsinin
önəmini vurğuladı.
NATO ilə əlaqələrin
Azərbaycanın Avratlantik
strukturlara inteqrasiyasının
mühüm tərkib
hissəsi olduğunu deyən dövlətimizin
başçısı əməkdaşlığın
gələcəkdə də
genişləndiriləcəyinə ümidvar olduğunu vurğuladı.
AzərTAc
Azərbaycan.-2014.- 16 yanvar.- S.1.