Azərbaycan Prezidentinin NATO baş katibinin mətbuat konfransı

 

Azərbaycan Prezidenti İlham Əliyevin Belçikaya işgüzar səfəri

 

Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşü başa çatdıqdan sonra mətbuat konfransı keçirilmişdir.

Baş katib Anders Foq Rasmussen Prezident İlham Əliyev əvvəlcə mətbuata bəyanatlarla çıxış etdilər.

 

 

NATO-nun baş katibi Anders Foq Rasmussenin bəyanatı

 

 

 

- Cənab Prezident!

 

Brüsselə bir daha xoş gəlmisiniz.

Bu gün keçirdiyimiz görüş NATO-nun Sizin tərəfdaşlığımıza olan sadiqliyinizi əks etdirir. Bu, o deməkdir ki, biz Cənubi Qafqaz regionuna sadiqik sadiq qalacağıq. Azərbaycan Avropanın enerji təhlükəsizliyi, Qafqazda isə sülh sabitlik üçün həyati əhəmiyyət kəsb edən ölkədir. Eyni zamanda, Azərbaycan NATO üçün vacib əhəmiyyətli tərəfdaşdır. Biz qoşunlarınızın Əfqanıstanda aparılan əməliyyatlara verdiyi qətiyyətli dəstəyə görə minnətdarıq. Biz həmçinin NATO-nun əməliyyatlarına hava məkanından istifadə tranzit marşrutları formasında verilən siyasi dəstəyə görə təşəkkür edirik. Nəhayət, Əfqanıstanın təhlükəsizlik qüvvələrinin təlimlərinə verdiyiniz xeyirxah dəstəyinizə görə "Çox sağ olun" deyirik.

 Cənab Prezident, 2014-cü ildən sonra əfqan təhlükəsizlik qüvvələri üçün təlim keçirmək, məsləhətlər vermək yardım etmək kimi Əfqanıstandakı yeni missiyamıza verəcəyiniz davamlı dəstəyə görə minnətdaram. Bu, Sizin Avratlantik təhlükəsizliyin dəstəklənməsinə açıq şəkildə sadiq olduğunuzu göstərir.

Bu gün biz NATO ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini müzakirə etdik. Biz siyasi dialoqumuzu, o cümlədən enerji təhlükəsizliyi terrorçuluğa qarşı mübarizə kimi strateji məsələlərin müzakirəsini möhkəmləndirmək əzmindəyik. İslahatların davam etdirilməsi həmçinin Azərbaycan üçün əhəmiyyətlidir. NATO sizə yardımı davam etdirəcəkdir. İnanıram ki, biz tərəfdaşlığımızın bir çox sahələri üzrə dialoqumuzu əməkdaşlığımızı dərinləşdirə bilərik.

Bu ay biz "Sülh naminə tərəfdaşlıq" Proqramımızın iyirminci ildönümünü qeyd edirik. Sülh naminə tərəfdaşlığımız demokratik dəyərlərə prinsiplərə sadiqliyə əsaslanır. Azərbaycan əvvəldən bu proqramın güclü tərəfdarı olub.

Cənab Prezident, bizim dialoq və əməkdaşlıq üçün möhkəm çərçivəmiz vardır. Bu gün biz möhkəm və uzunmüddətli tərəfdaşlığımızı davam etdirmək barədə razılığa gəldik.

 

Azərbaycan.-2014.- 16 yanvar.- S.1.