Türkiyənin Baş naziri səfirləri qondarma «erməni soyqırımı»

 iddiaları ilə mübarizədə daha fəal olmağa çağırmışdır

 

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Xarici İşlər Nazirliyində keçirilən VI Səfirlər konfransındakı çıxışında diplomatları qondarma "erməni soyqırımı" iddiaları ilə mübarizədə daha fəal olmağa çağırmışdır.

Baş nazir demişdir ki, 1915-ci il hadisələrinin obyektiv, elmi və real şəkildə dünyaya anlada bilinməsi üçün hamımız hazırlıqlı və bilikli olmalıyıq. Erməni diasporu bu hadisələri fərqli və birtərəfli şəkildə izah etmək, tarixi həqiqətlərdən qoparıb siyasi bir kampaniyaya çevirmək üçün hazırlıqlar görür. Biz bunun qarşısında tarixielmi faktları üzə çıxararaq, bu siyasi kampaniyaqara təbliğata layiqli cavab verəcəyik.

 

 

 

Oqtay Bayramov,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

Azərbaycan.-2014.- 16 yanvar.- S.2.