Ukraynanın ilk Prezidenti Leonid KRAVÇUK:

«İlham Əliyev dünya miqyaslı liderdir»

 

Bu gün dinamik inkişaf edən Azərbaycan-Ukrayna münasibətlərinin əsası Heydər Əliyev və Leonid Kravçuk tərəfindən qoyulub. Bu iki liderin qarşılıqlı inametimada əsaslanan şəxsi münasibətləri dövlətlərarası əməkdaşlığın strateji tərəfdaşlığa qədər yüksəlməsinə təminat verib.

Ukraynanın ilk Prezidenti L.Kravçuk dünya miqyasında  görkəmli dövlət xadiminüfuzlu siyasi ekspert kimi qəbul edilir. Onun Azərbaycana böyük sevgisi və həssas dost münasibəti indidavam edir. Ukraynada yaşayan həmvətənimiz, jurnalist Qaraş Tağıyevə müsahibəsində Leonid Kravçuk Azərbaycandakı son prezident seçkilərinə və cənab İlham Əliyevin növbəti dəfə böyük xalq etimadı qazanmasına toxunub. Həmin müsahibəni qısa ixtisarla oxucularımıza təqdim edirik.

- Mən Şərq ölkələrində, xüsusən də,  keçmiş Sovetlər İttifaqında olan ölkələrdə keçirilən seçkiləri daim izləyirəm. Adətən, bu ölkələrdə seçilən liderlər xalq tərəfindən uzun müddətə müəyyənləşdirilir. Ümumiyyətlə, müasir sivilizasiyanın tələblərinə cavab vermək tələbi hər hansı liderin mədəni baxış səviyyəsindən çox asılıdır. Məhz liderin mövqeyi müasir tələblərə cavab versə, xalq onu uzun müddət öz lideri kimi qəbul edir.

Heydər Əliyevi mən daha yaxından tanıyırdım. Azərbaycanın indiki Prezidenti İlham Əliyevi isə təbii ki, nisbətən az tanıyıram. Əvvəlcə onu deyim ki, bu gün qloballaşan dünyadakı durumu, Şərqlə Qərb mədəniyyətləri arasındakı münasibətləri, ABŞ, Çin, Koreya, Yaponiya və digər dövlətlər arasındakı mövcud vəziyyəti dərindən bilmək bacarığı İlham Əliyevin müasir dövrün lideri, yəni, dünya miqyaslı lider olmasından xəbər verir. O ki, qaldı ölkə daxilində gedən proseslərə, Azərbaycanda ümumi daxili məhsulun az zaman kəsiyində yüksək sürətlə artımını başqa ölkələrlə müqayisə etmək belə çətindir. Dövlət üçün böyük əhəmiyyət kəsb edən iqtisadi inkişafdan irəli gələn bu faktı təkzib etmək təbii ki, mümkün deyil. Bunu anlayan vətəndaşlar da öz liderinə səs verirlər. O liderə ki, milli inkişafın xüsusiyyətlərini yaxından dərk edir, milli mənafeləri əsas tuturöz xalqının, dövlətinin inkişafını təmin edən şəraiti yaradır.

Ona görə də xalqın etimadını doğruldan hər bir liderə xalq dəstək olur. Belə olan halda, hakimiyyət də ölkədəki ictimai, mədəni, iqtisadi vəziyyətin hansı səviyyədə olduğunu cəsarətlə dünya ictimaiyyətinə təqdim edir. Dövlət də öz inkişaf istiqamətini sivil dünyanın tələblərinə uyğun olduğunu bununla sübut edir.

Mən Azərbaycanda keçirilən Prezident seçkilərini peyk vasitəsilə izləyirdim. Azərbaycan dilində başa düşməsəm də (gülür) insanlarda olan xoş, bayram əhval-ruhiyyədən anlayırdım ki, xalq öz seçimindən razıdır.

Ukrayna-Azərbaycan münasibətlərini mən çox qənaətbəxş hesab edirəm. Bizim dövlətlərimiz arasındakı münasibətlər daim yaxşı olub. Nəinki mədəni əlaqələrimiz, rəqəmlər nöqteyi-nəzərindən baxsaq, görərik ki, iqtisadi əlaqələrimiz də yüksələn istiqamətdə olubbu günbu münasibətlər sevindiricidir. Ukrayna Prezidentinin İlham Əliyevi dövlət rəhbərləri arasında birincilər sırasında təbrik etməsi də bu faktı təsdiq edir. Bu onu göstərir ki, Ukrayna Azərbaycanı öz tərəfdaşı hesab edir. Azərbaycan Ukrayna üçün bütün tarix boyu böyük əhəmiyyət kəsb edən dövlət olub, bu, indi də belədir. Həm enerji resurları baxımından, həm də digər sahələrdə Azərbaycan bizim üçün əhəmiyyətli bir dövlətdir.

 

 

 

Qaraş TAĞIYEV,

jurnalist-tərcüməçi

Azərbaycan.-2014.- 16 yanvar.- S.3.