Azərbaycan-NATO münasibətləri strateji

 əməkdaşlıq səviyyəsinə yüksəlib

 

Anders Foq RASMUSSEN: "Azərbaycan Avropanın enerji

 təhlükəsizliyi, Qafqazda isə sülh və sabitlik üçün

 həyati əhəmiyyət kəsb edən ölkədir"

 

 

Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir.  Bu siyasətin nəticəsi olaraq Azərbaycan dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının - BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər mötəbər qurumların üzvü kimi onların işində yaxından iştirak edir.

Azərbaycan həmçinin Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi təşkilatlarla da fəal əməkdaşlıq edir. İndiyədək bu təşkilatlar tərəfindən ölkəmizdə onlarla iqtisadisosialyönümlü proqram  layihələr həyata keçirilib. Ötən illərdə Azərbaycanın üzv olduğu və əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlarla əlaqələri daha da genişlənmiş və möhkəmlənmişdir. 2012-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyəti ölkəmizin beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığının bariz nümunəsidir.

Azərbaycanın xarici siyasətində beynəlxalq təhlükəsizlik strukturları ilə əməkdaşlıq da aparıcı xətt təşkil edir. Bu istiqamətdə NATO ilə əlaqələr xüsusilə qeyd olunmalıdır. Azərbaycan-NATO əlaqələri ölkəmizin Avratlantik strukturlara inteqrasiyasının tərkib hissələrindən biridir. Bu əməkdaşlıq Azərbaycanın 1994-cü ildə "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşulması ilə başladı. Bununla Azərbaycan NATO hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrlar hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək imkanları qazandı.

1994-cü ildən başlayaraq Azərbaycan-NATO əlaqələri yüksələn xətlə inkişaf edir. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr, sülhməramlı əməliyyatlar, təhlükəsizlik sektorunun islahatı, mülki-fövqəladə planlaşdırma, təhlükəsizliklə əlaqədar elmi, iqtisadi və ətraf mühit üzrə əməkdaşlıq məsələləri təşkil edir. Bu əməkdaşlıq həm də strateji məzmun kəsb etməklə regionda Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən mühüm enerji layihələrinin təhlükəsizliyinin beynəlxalq səviyyədə həyata keçirilməsinə təminat yaradıb. NATO enerji təhlükəsizliyi ilə birbaşa məşğul olan təşkilat olmasa da, bu məsələ Azərbaycan-NATO məsləhətləşmələrinin bir hissəsidir.

Antiterror koalisiyasının üzvü olan Azərbaycanın hərbi bölmələri bu müddətdə NATO qüvvələri tərkibində keçirilən sülhyaratma missiyasında yaxından iştirak edir. Bu o deməkdir ki, Azərbaycan regional müstəvi ilə yanaşı, qlobal miqyasda da təhlükəsizliyə töhfə verən ölkədir. Öz növbəsində NATO rəsmiləri münaqişə ocaqlarının söndürülməsində qlobal planda sülhsabitliyin təminatında Azərbaycanın potensialını yüksək qiymətləndirirlər.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaq üçün rəsmi müraciət edib. 2004-cü ilin may ayında Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı Azərbaycanın siyasi, iqtisadi və təhlükəsizlik sahəsində inkişafı barəsində müfəssəl məlumatı özündə birləşdirən FTƏP Təqdimat Sənədi Alyansa təqdim olunub. Prezident İlham Əliyevin həmin səfəri ölkəmizin Avratlantik məkana və Avratlantik təhlükəsizlik institutları və strukturlarına inteqrasiya olunması baxımından çox əhəmiyyətli idi. Çünki ölkə Prezidenti həmin səfər zamanı Avropa İttifaqı ilə "Yeni qonşuluq siyasəti" sənədini imzaladı. Eyni zamanda, qeyd etdiyimiz kimi, NATO-nun mənzil-qərargahında Azərbaycan Respublikasının FTƏP Təqdimat Sənədi NATO-nun Baş katibinə təqdim olundu.

2005-ci ilin oktyabr ayında Prezident İlham Əliyev Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib. Bununla da Azərbaycanla Alyans arasında əməkdaşlığın yeni mərhələsi başladı. Bu sənədin Azərbaycan üçün mühüm uğurlu nəticələrə gətirib çıxarması günümüzün reallığıdır. Çünki FTƏP-in təsdiq olunmasından ötən qısa müddətdə ölkəmizin təhlükəsizlik sektorunda mühüm islahatlar aparıldı, respublikamızın təhlükəsizliyinə tam cavab verən tədbirlərin həyata keçirilməsi üçün lazımi işlər görüldü. NATO ilə Azərbaycan arasında olan bu əməkdaşlığa əsasən ölkəmizin Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində islahatlar uğurla gerçəkləşdi. Həmçinin hərbçi kadrların yetişdirilməsində də NATO standartları əsas götürülür.

Bütövlükdə Azərbaycan NATO  ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əməliyyatlarda iştirak, Əfqanıstana töhfə, meydana gələn təhlükəsizlik təhdidləri və s. aktual məsələlər müzakirə olunur, eləcə də praktiki əməkdaşlığın vəziyyətinə qiymət verilir. Qarşılıqlı anlayışa əsaslanan, yüksək səviyyəli siyasi dialoq praktiki əməkdaşlıq sahəsində tərəqqini təşviq edir. Təqdirəlayiq haldır ki, Azərbaycanda dəfələrlə səfərdə olan NATO rəsmiləri əməkdaşlıqdan razılıqlarını ifadə ediblər. Digər tərəfdən, Azərbaycanın regiondakı rolununmövqeyinin güclənməsi Alyansın ölkəmizə olan marağını daim artırır. Azərbaycanın yerləşdiyi bölgədə daha əhəmiyyətli rol oynamasını NATO rəhbərliyi də yaxşı bilirona görə ölkəmizlə əməkdaşlığa böyük önəm verir.

Prezident İlham Əliyevin bu günlərdə Belçikaya işgüzar səfərinin yekunları bu deyilənləri təsdiq edir. Bu səfər zamanı Prezident İlham Əliyevin NATO-nun Baş katibi Anders Foq Rasmussen ilə keçirdiyi görüş Alyansla əlaqələrin inkişafı və əməkdaşlığın genişləndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb etməklə yanaşı, ölkəmizə olan marağı növbəti dəfə ortaya qoydu. Prezident seçilməsi münasibətilə cənab İlham Əliyevi təbrik edən Anders Foq Rasmussen indiyədək keçirilmiş bütün görüşlərdə səmərəli müzakirələrin aparıldığını, NATO-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini bildirib, Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatları zamanı Azərbaycanın tranzit, maliyyə yardımı və digər sahələrdə göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. NATO-nun Baş katibi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin, o cümlədən Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm ölkə olduğunu qeyd edərək əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb. Birgə mətbuat konfransında NATO-nun Baş katibi Anders Foq Rasmussen deyib: "Bu gün keçirdiyimiz görüş NATO-nunSizin tərəfdaşlığımıza olan sadiqliyinizi əks etdirir. Bu, o deməkdir ki, biz Cənubi Qafqaz regionuna sadiqiksadiq qalacağıq. Azərbaycan Avropanın enerji təhlükəsizliyi, Qafqazda isə sülhsabitlik üçün həyati əhəmiyyət kəsb edən ölkədir. Eyni zamanda, Azərbaycan NATO üçün vacib və əhəmiyyətli tərəfdaşdır. Biz qoşunlarınızın Əfqanıstanda aparılan əməliyyatlara verdiyi qətiyyətli dəstəyə görə minnətdarıq. Biz həmçinin NATO-nun əməliyyatlarına hava məkanından istifadə və tranzit marşrutları formasında verilən siyasi dəstəyə görə təşəkkür edirik. Nəhayət, Əfqanıstanın təhlükəsizlik qüvvələrinin təlimlərinə verdiyiniz xeyirxah dəstəyinizə görə də "çox sağ olun" deyirik".

Azərbaycanın xarici siyasəti çoxşaxəlidir. Bu siyasət dünyada gedən proseslərə təsir imkanları olan hər bir beynəlxalq təşkilatla əməkdaşlığı, qarşılıqlı münasibətlərin qurulmasını və inkişafını  özündə ehtiva edir. Azərbaycan üzvü olduğuya tərəfdaşlıq etdiyi hər bir təşkilatın ümdə prinsiplərinə daim sadiq qalıb, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. NATO ilə münasibətlərdə də Azərbaycan "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşulandan ötən 20 il ərzində daim əməkdaşlığı genişləndirmək xətti yürüdüb, bu təşkilatın ümumi işinə mühüm töhfələr verib. Azərbaycan Avratlantik məkanda təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə sanksiyalaşdırılmış NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə əməliyyatlarında iştirak edir. Hərbi dəstəkdən başqa Azərbaycan NATO-nun fəaliyyətinə siyasilogistik dəstək verir. Azərbaycan Əfqanıstanın Milli Ordusunun Etimad Fonduna maliyyə yardımı da məhz NATO ilə əməkdaşlığın mühüm göstəricisidir. Bütün bunlar Brüsseldə NATO-nun Baş katibi ilə keçirdiyi mətbuat konfransında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-NATO əməkdaşlığının strateji səviyyəyə yüksəlməsinin göstəricisidir: "Bu, mənim NATO-nun mənzil-qərargahına artıq beşinci səfərimdir. Bu fakt əməkdaşlığımızın səviyyəsini göstərir. Bu əməkdaşlıq illəri və bizim NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramına iyirmi il ərzində üzv olmağımız göstərir ki, münasibətlərimiz artıq strateji əməkdaşlıq səviyyəsinə qalxıb".

Prezident İlham Əliyev Belçikaya işgüzar səfəri çərçivəsində NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri ilə də görüşüb. Daimi nümayəndələr Azərbaycanın NATO ilə əməkdaşlığının uğurla inkişaf etdiyini, ölkəmizin Əfqanıstandakı sülhyaratma əməliyyatlarında fəal iştirakını,  tranzit, maliyyə yardımını və digər sahələrdə bu prosesə xüsusi töhfə verdiyini bildiriblər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini diqqətə çatdıran daimi nümayəndələr həmçinin ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu xüsusi qeyd ediblər. Bu sahədə uğurlu əməkdaşlığın qurulduğunu, Trans-Anadolu, Trans-Adriatik və "Şahdəniz-2" kimi iri enerji layihələrinin bu prosesə mühüm töhfə verdiyini vurğulayıblar.

Prezident İlham Əliyevin Belçikaya səfəri göstərdi ki, Azərbaycanla NATO arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Eyni zamanda bir daha təsdiq olundu ki, NATO Azərbaycana bölgədə mühüm rol oynayan tərəfdaş ölkə kimi yanaşır.

 

Azərbaycan.-2014.- 17 yanvar.- S.1.