Azərbaycan-Pakistan əlaqələrinin
hazırkı səviyyəsi məmnunluq doğurur
Yanvarın 16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Pakistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Xalid Usman Qayser ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Xalid Usman Qayser etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etmişdir. Xarici siyasət idarəsinin rəhbəri Xalid Usman Qayseri Azərbaycanda səfir təyin olunması münasibətilə təbrik etmiş və diplomatik fəaliyyətində ona uğurlar arzulamışdır.
Azərbaycan-Pakistan əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunan görüşdə iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üzrə fikir mübadiləsi aparılmışdır.
Səfir
diplomatik fəaliyyəti dövründə ölkələrimiz
arasında qardaşlıq münasibətlərinin daha da
inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini
vurğulamışdır.
Azərbaycan.-2014.- 17 yanvar.- S.3.