Azərbaycan azad iqtisadiyyata malik ölkələr sırasına daxil oldu

 

Respublikamız iqtisadi azadlıq səviyyəsinə görə İtaliya,

 Yunanıstan, Hindistan, Rusiya, Ukrayna bir sıra

Avropa ölkələrini qabaqlayır

 

 

İqtisadiyyatın inkişafının dünyanın bir çox ölkəsinə nümunə ola biləcək Azərbaycan modeli özünə getdikcə daha çox diqqət çəkməkdədir. 2013-cü ildə Azərbaycanda böyük layihələr icra edilmiş, ölkədə aparılan islahatlar daha da dərinləşmişdir. Ümumi daxili məhsul təxminən 6 faiz artmışdır ki, bu da dünya səviyyəsində böyük nəticə hesab olunur. Ötən il Azərbaycanın qeyri-neft sektoru 9,8 faiz artmış, il ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur. Bu göstəricilərin hər biri öz-özlüyündə rekord nəticələrdir.

Ötən il bütövlükdə iqtisadiyyatın bütün sahələrində böyük uğurlar qazanılmışdır. Bu dövrdə bir çox iri layihələrin icrası başa çatmış, yenilərinə start verilmişdir. Bir sözlə, həyata keçirilən uğurlu iqtisadi islahatlar ötən il də iqtisadiyyatın inkişafına öz müsbət təsirini göstərmişdir. Bunu ötən ilin makroiqtisadi göstəricilərinin dinamikası, ölkə iqtisadiyyatının şaxələnmiş şəkildə inkişafı bir daha sübut edir. Keçən il ölkə üzrə 57 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmaqla real artım 5,8 faiz o cümlədən qeyri-neft sektorunda 9,8 faiz artım olmuş, adambaşına düşən ümumi daxili məhsulun həcmi 4,4 faiz artaraq 6 min 132 manata (təxminən 8 min ABŞ dollarına) çatmışdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkədə qazanılan uğurlardan danışarkən demişdir: "Ölkəmizin əsas inkişaf dinamikasını iqtisadi gücümüz müəyyən ediriqtisadi islahatların dərinləşməsində Azərbaycan böyük uğurlara imza atıb. Əgər biz güclü iqtisadiyyat yaratmasaydıq, əminəm ki, nə beynəlxalq aləmdə, nə də regionda bu uğurlara nail ola bilməzdik. İl ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur. Bu, rekord göstəricidir. Heç vaxt il ərzində bu qədər investisiya qoyulmamışdır. Son bir neçə il ərzində orta hesabla 20-21-22 milyard dollar investisiya qoyulurdu, artıq 28 milyard dollar investisiya qoyulur. Onun 17,5 milyard dolları daxili sərmayədir. Bu da artıq neçə ildir ki, davam edən tendensiyadır. Daxili sərmayə xarici sərmayəni üstələyir. Bu, hesab edirəm ki, müsbət haldır. Əlbəttə ki, daxili sərmayənin içində əsas sərmayə dövlət sərmayəsidir. Ancaq özəl sektor da Azərbaycan iqtisadiyyatına böyük yatırımlar edir".

Onu da diqqətə çatdıraq ki, ölkədə özəl sektorunyerli sahibkarlığın inkişafı dövlətin diqqət mərkəzində qalır. Özəl sektorun inkişafı üçün ötən il dövlət tərəfindən sahibkarlara güzəştli şərtlərlə 275 milyon manat kreditin verilməsi bunun əyani təsdiqidir. Cari ildə də Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlərin verilməsi davam edəcək. Beləliklə, bu il də özəl sektorda, iqtisadiyyatın digər sahələrində olduğu kimi, dinamik inkişaf səngiməyəcək.

2013-cü il ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşməsi, qeyri-neft sektorunun sürətli inkişafı ilə yadda qaldı. Azərbaycan davamlı inkişafa nail olan islahatçı dövlət kimi, ötən il öz reytinqini bir qədər də möhkəmləndirdi və bütün bunlar tanınmış beynəlxalq qurumların hesabatlarında öz dolğun ifadəsini əks etdirdi. Dünya Bankının hesabatlarında biznesin aparılması üçün bu gün Azərbaycan ən yüksək yerlərdədir. Ümumdünya Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 39-cu, MDB məkanında isə 1-ci yerdədir. Ölkəmizin maliyyə imkanları da ildən-ilə artır. Belə ki, 2014-cü ilin dövlət büdcəsi 20 milyard manatı ötüb. Hazırda Azərbaycanın ümumi valyuta ehtiyatları 50 milyard dollar səviyyəsindədir. Bu da ümumi daxili məhsulun 70 faizini təşkil edir. Dünya miqyasında bu göstəriciyə görə Azərbaycan ən qabaqcıl yerlərdədir. İqtisadiyyat möhkəm siyasi sabitlik üzərində qurulmuş, infrasturktur layihələri, sosial proqramlar və digər sahələrdəki fəaliyyətlər 2013-cü ildə də çox gözəl nəticələrə gətirib çıxarmışdır.

Azərbaycanın iqtisadi sahədə qazandığı bu nailiyyətlər, eləcə də ölkədə həyata keçirilən liberal iqtisadi islahatlar, rəqabətə davamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl və qətiyyətli addımlar dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının, reytinq agentliklərinin, iqtisadi azadlıq səviyyəsini tədqiq edən fond və mərkəzlərin diqqətindən kənarda qalmır və yüksək qiymətləndirilir.

Dünyanın "Moodys", "Fitch Raitings", "Standard and Poors" kimi aparıcı reytinq agentlikləri hətta inkişaf etmiş ölkələrin maliyyə reytinqini aşağı saldıqları halda, Azərbaycanın maliyyə reytinqini ardıcıl olaraq yüksəldirlər. Dünya İqtisadi Forumunun 2013-cü ilə dair hesabatında Azərbaycan iqtisadiyyatı rəqabətə davamlılığına görə dünya ölkələri arasında 39-cu yeri tutmuşdur. Vaxtilə Azərbaycanı tənqid edən qurumlar da artıq ölkəmizin iqtisadi inkişaf sahəsində qazandığı uğurları etiraf etmək məcburiyyətindədirlər.

ABŞ-ın "Heritage" Fondu və "Wall Street Journal" qəzetinin birgə hazırladığı "İqtisadi Azadlıq İndeksi - 2014" adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3 xal toplamaqla dünyanın 186 ölkəsi arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olmuşdur. Ötən illə müqayisədə Azərbaycan 6 pillə irəliləmiş və iqtisadi azadlıq indeksini 1,6 xal yaxşılaşdırmışdır. Buna səbəb kimi maliyyə idarəçiliyi və mülkiyyət hüququ məsələlərində irəliləyişlər əldə olunduğu göstərilir. Hesabatda dövlət borcunun aşağı səviyyədə olduğu xüsusi vurğulanmışdır.  Həmçinin dövlət xərcləri, vergi, biznes, əmək, monetar, ticarət, investisiya, maliyyə azadlıqlarının vəziyyəti ilə bağlı olduqca pozitiv nəticələr nümayiş etdirildiyi qeyd olunur.

Azərbaycan 42 Asiya-Sakit Okean ölkəsi arasında 13-cü yeri tutmuşduronun orta xalı orta regionalqlobal göstəricilərdən daha yüksəkdir. Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə Hindistan, İtaliya, Xorvatiya, Serbiya, Yunanıstan, Rusiya, Ukrayna  kimi ölkələri qabaqlamışdır.

Hesabatda qeyd edilir ki, son illər Azərbaycanda iqtisadi azadlıqlar kifayət qədər genişlənmişdir. Ardıcıl şəkildə həyata keçirilən silsilə xarakterli böyük islahatlar nəticəsində Azərbaycan orta azad ölkələr sırasına daxil olmuşdur. Əgər reytinqdə 10 xallıq irəliləmə 9 ölkədən 10-u üçün yaxşı nəticə hesab oluna bilərsə, Azərbaycan ümumi iqtisadi azadlıq səviyyəsinin yaxşılaşmasında 31,3 xal toplayaraq hər bir ölkə üçün ən yaxşı göstərici sayıla biləcək nəticə nümayiş etdirmişdir.

"Bir pəncərə" prinsipinin tətbiqi Azərbaycanda biznesə başlamağı tam sadələşdirmişdir. Bunun üçün zəruri prosedurların sayı 6-ya endirilmişdir, minimal kapital isə tələb olunmur.

Hesabatda bildirilir ki, son illər neftqaz hasilatı, tikinti sektoruiqtisadiyyata özəl investisiyalar artmışdır. 2012-ci ilin iyununda Azərbaycan və Türkiyə Avropanın Rusiya qazından asılılığını azaldacaq TANAP layihəsini təsdiq etmişlər.

Xatırladaq ki, 2013-cü il oktyabrın 29-da Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən "Doing Business 2014" hesabatı açıqlanmışdı. Hesabatda Azərbaycan iqtisadiyyatı 189 ölkə arasında bir pillə irəliləyərək 70-ci yerə yüksəlmiş və bir sıra göstəricilər üzrə qabaqcıl ölkələr sırasındadır. Ötənilki hesabatda Azərbaycan iqtisadiyyatı dünyanın 118 iqtisadiyyatını geridə qoyurdusa, "Doing Business 2014" hesabatında belə ölkələrin sayı 119-dur.

"Doing Business 2014" hesabatında Azərbaycan iqtisadiyyatı 2005-ci ildən bəri biznes mühitinin yaxşılaşdırılması sahəsində 18 məqsədyönlü tənzimləyici islahat həyata keçirərək və qanunvericiliyini təkmilləşdirərək dünya üzrə ilk 15 ölkə sırasına daxil olmuşdur. Belə ki, Azərbaycan "Doing Business 2014" hesabatında 2012-2013-cü illərdə 3 islahat ("biznesə başlama", "tikinti üçün icazələrin alınması" və "beynəlxalq ticarət" sahələrində) həyata keçirən 29 islahatçı ölkə sırasına daxil edilmişdir.

Biznesin elektron qeydiyyatının tətbiqinın genişləndirilməsi nəticəsində "Biznesə başlama" göstəricisi üzrə Azərbaycan ilk dəfə olaraq dünya ölkələrinin ilk onluğuna daxil edilibSinqapur, Yeni Zelandiya, Honq Konqla yanaşı, dünyada ən yaxşı təcrübəyə malik ölkə kimi qiymətləndirilib.

Bu və digər hesabatlar bir daha təsdiqləyir ki, Azərbaycan iqtisadi cəhətdən azad ölkədir. Azərbaycanda əlverişli biznes, investisiya mühiti mövcuddur. Bütün bu uğurlar liberal iqtisadi islahatların, düşünülmüş, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi və siyasi iradə nəticəsində mümkün olmuşdur. Bu, həm də Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən xəbər verir. Keçən ilin digər makroiqtisadi göstəriciləri də deməyə əsas verir ki, 2013-cü il Azərbaycanın iqtisadi inkişafında mühüm dövr olmuşbu uğurlar bir daha onu təsdiq edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın getdiyi yol düzgün yoldurbu yol ölkəmizə yalnız uğur, inkişaf, rifah bəxş edəcəkdir.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 18 yanvar.- S.3.