Alman-Azərbaycan Forumu
aqrar sahədə peşə
hazırlığının
gücləndirilməsində
ölkəmizə dəstək verməyə hazırdır
Xəbər verildiyi kimi, Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov ərzaq, kənd təsərrüfatı və bağçılıq üzrə beynəlxalq "Yaşıl Həftə" sərgisində və sərgi çərçivəsində kənd təsərrüfatı nazirlərinin VI Berlin sammitində iştirak etmək məqsədi ilə Almaniyada səfərdədir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, səfər çərçivəsində nazir Heydər Əsədov Alman-Azərbaycan Forumunun sədri Eberhard Şleyer ilə görüşmüşdür. Görüşdə tərəflər arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilmişdir. Nazir Heydər Əsədov Azərbaycanda aqrar sahədə peşə hazırlığının gücləndirilməsinə ehtiyac olduğunu və bu sahədə Almaniya təcrübəsinin ölkəmizdə tətbiqinin faydalı ola biləcəyini vurğulamışdır. Eberhard Şleyer bu sahədə ölkəmizə dəstək verməyə hazır olduğunu və tezliklə bu məsələyə dair layihə hazırlanacağını bildirmişdir.
Daha sonra nazir Heydər Əsədov beynəlxalq "Yaşıl Həftə" sərgisinin, həmçinin ərzaq və kənd təsərrüfatı üzrə qlobal forumun açılış mərasimində iştirak etmişdir.
Açılış
tədbirindən sonra Heydər Əsədov Almaniyanın ərzaq
və kənd təsərrüfatı naziri Hans Peter Fridrix ilə
görüşərək iki ölkə arasında aqrar sahədə
əməkdaşlıq əlaqələrini daha ətraflı
müzakirə etmək məqsədi ilə almaniyalı həmkarını
Azərbaycana dəvət etmişdir.
AzərTAc
Azərbaycan.-2014.- 18 yanvar.- S.3.