Olqa SAVRAN: Azərbaycan beynəlxalq qurumlara korrupsiyaya qarşı mübarizə sahəsində diqqətlə yanaşır və bu istiqamətdə kifayət qədər uğurlar əldə etmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin modeli digər ölkələr üçün bu sahədə nümunə ola bilər

 

Azərbaycan beynəlxalq qurumlara korrupsiyaya qarşı mübarizə sahəsində diqqətlə yanaşır və bu istiqamətdə kifayət qədər uğurlar əldə etmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin modeli digər ölkələr üçün bu sahədə nümunə ola bilər.

AzərTAc xəbər verir ki, bu fikir yanvarın 17-də Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı tərəfindən ölkəmizin Üçüncü Dəyərləndirmə Raundunun birinci mərhələsini müvəffəqiyyətlə keçməsi ilə əlaqədar qəbul etdiyi hesabatın təqdimatında səslənmişdir.

Antikorrupsiya Şəbəkəsinin 2013-cü il sentyabrın 25-də Parisdə keçirilmiş 12-ci Monitorinq Görüşündə qəbul edilmiş hesabatın dəyərləndirmə prosesinin tərkib hissəsi kimi Azərbaycan ictimaiyyətinə təqdimatı ilə əlaqədar keçirilən tədbirdə OECD Katibliyinin Antikorrupsiya məsələləri üzrə baş müşaviri Olqa Savran qurumun İstanbul Fəaliyyət Planının layihə rəhbəri Tetyana Xavanska, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi, ölkəmizin OECD ilə milli əlaqələndiricisi Kamran Əliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov, ATƏT, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin məsul əməkdaşları, müvafiq dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.

Bildirilmişdir ki, OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planına müvafiq olaraq Azərbaycan Respublikası üzrə verilmiş tövsiyələrin icrası ilə əlaqədar 2013-cü il iyunun 3-dən 7-dək OECD Katibliyi, Litva, Ukrayna, Qazaxıstan və Tacikistandan ibarət nümayəndə heyəti Bakıda ölkəmizin 3-cü raund dəyərləndirilməsi üzrə səfərdə olmuşdur.

Həmin səfər çərçivəsində nümayəndə heyətinin üzvləri dövlət qurumunun əməkdaşları ilə çoxsaylı səmərəli və işgüzar görüşlər keçirmişlər. Görüşlərdə nümayəndə heyəti tərəfindən son illərdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər, həyata keçirilmiş qanunvericipraktiki tədbirlər, "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması, habelə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin bu sahədə fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, istintaq olunan cinayət işləri və digər irəliləyişlər qeyd edilmişdir.

Ekspertlər qrupunun səfəri ilə əlaqədar hazırlanmış hesabat layihəsi OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 2013-cü il sentyabrın 23-dən 25-dək Parisdə keçirilmiş 12-ci Monitorinq Görüşü və Rəhbər Qrupun 15-ci iclasında müzakirəyə çıxarılaraq qəbul edilmişdir. Bununla da Azərbaycan Respublikası Antikorrupsiya Şəbəkəsinin 3-cü Raund Dəyərləndirilməsindən müvəffəqiyyətlə keçən ilk ölkə olmuşdur.

Təqdimat zamanı Şəbəkənin rəsmiləri tərəfindən Azərbaycanın Dəyərləndirmə Raundunun birinci mərhələsini müvəffəqiyyətlə keçən ilk dövlət olması qeyd edilməklə qəbul olunmuş hesabatda ölkəmizin antikorrupsiya qanunvericiliyionun icra səviyyəsi, habelə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin modelinin uğurlu nümunə kimi tanınması, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyininonun tabeliyində əsas məqsədi şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi olan, vətəndaş ilə məmur arasında təmasın minimuma endirilməsinə xidmət edən, "Azərbaycan brendi" hesab olunan "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin təqdirəlayiq təcrübə olaraq göstərilməsi diqqətə çatdırılmışdır.

Hesabatda Şəbəkə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi, bu sahədə mütəmadi olaraq treninqlərin, seminarların keçirilməsi, dövlət qulluğunda şəffaflığın daha da artırılması, etik-davranış kodekslərinə əməl edilməsi ilə bağlı treninqlərin keçirilməsi və digər məsələlərlə əlaqədar ölkəmizə ünvanlanmış 18 tövsiyənin uğurla icra ediləcəyinə əminlik ifadə olunmuşdur.

Tədbirdə Şəbəkənin rəsmiləri iştirakçıların çoxsaylı suallarını cavablandırmışlar.

Təqdimat mərasimindən sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 2013-cü ildə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilmişdir.

Tədbirdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş işlər barədə ətraflı məlumat vermişlər.

Bildirilmişdir ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasəti nəticəsində ötən dövrlərdə olduğu kimi, 2013-cü ildə də ölkə həyatının bütün sahələrində yenidənqurma işləri davam etdirilmiş, möhtəşəm nailiyyətlər qazanılmaqla irimiqyaslı uğurlara imza atılmışdır.

Ötən dövrlərdə olduğu kimi, 2013-cü ildə də dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter almış, mütərəqqi institusional tədbirlər həyata keçirilmişdir.

Prezident İlham Əliyevin 2013-cü il sentyabrın 30-da "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair Dövlət Proqramı"nın icrası qaydasında milli memarlıq üslubundamüasir standartlar səviyyəsində inşa edilmiş Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılış mərasimində iştirakı, kollektivi ilə görüşərək tapşırıq və tövsiyələr verməsi korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradənin ən yüksək təzahürü olduğu bildirilmişdir.

Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı siyasətin real nəticəsidir ki, "Transparency International" təşkilatının "2013-cü il Qlobal Korrupsiya Barometri" adlı hesabatı Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olduğunu bir daha təsdiqləmiş, çoxsaylı araşdırmalar və təhlillərə əsasən tərtib edilmiş hesabatın nəticələrinə görə ölkəmizdə bütün sahələrdə korrupsiyanın səviyyəsi azalmışdır. Bununla yanaşı, "Transparency International"ın təqdim etdiyi 2013-cü ilin "Korrupsiya Qavrama İndeksi"ndə Azərbaycan əvvəlki illə müqayisədə 12 pillə irəliləməklə qiymətləndirmə balı 28 olmuşdur. Bununla da ölkəmiz son illər ərzində korrupsiyaya qarşı mübarizə sahəsində dəyərləndirmələrdə irəliləyişini davam etdirməklə indeksə daxil edildiyi 2000-ci ildən ötən müddətdə ən yüksək nəticəni göstərmişdir.

Bundan başqa, 2013-cü il iyulun 15-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin regiona ilk səfəri çərçivəsində Bakıda keçirilən mətbuat konfransında ölkəmizdə əlverişli investisiya mühitinin yaradıldığını, korrupsiyanın aradan qaldırılması istiqamətində uğurlu addımlar atıldığını vurğulaması da xüsusi qeyd edilmişdir.

Hesabat dövrü ərzində korrupsiyaya qarşı ardıcıl və sistemli mübarizənin aparılması istiqamətində bir sıra mühüm qanunvericilikpraktiki tədbirlər həyata keçirilmişdir.  Azərbaycan Respublikasının Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyasının Əlavə Protokoluna qoşulması ilə əlaqədar ölkədaxili prosedurlar həyata keçirilərək Milli Məclis tərəfindən 2013-cü il 1 fevral tarixli qanunla qəbul edilmiş, habelə "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunda korrupsiya hüquqpozmalarına görə fizikihüquqi şəxslərin məsuliyyətini müəyyənləşdirən norma 2013-cü il 30 aprel tarixli qanunla yeni redaksiyada verilməklə daha da təkmilləşdirilmişdir.

Korrupsiya halları haqqında məlumat verən şəxslərin müdafiəsi, hüquqi şəxslər barədə cinayət-hüquqi tədbirlərin tətbiqi qaydaları, korrupsiya ilə bağlı müraciət, ərizə və şikayətlərə baxılması qaydalarının təkmilləşdirilməsi istiqamətində qanun layihələri hazırlanmışdır.

Bildirilmişdir ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet xətti kimi müəyyənləşdirmiş, eyni zamanda, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əvvəlki illərdə olduğu kimi, fəaliyyətini 2013-cü ildə də uğurla davam etdirmişdir.

Həmin müddətdə idarə tərəfindən vətəndaşların 1860 müraciətinə baxılmış, həmçinin 230 cinayət xarakterli material araşdırılmışdır. Həmin cinayət xarakterli materialların 69 faizi üzrə cinayət işi başlanmış, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.

İdarənin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə bu müddət ərzində 5311 müraciət daxil olmuş, həmin müraciətlərin 26-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılmış, onlardan 16-sı üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. Həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş və aşkarlanmış qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilmişdir. Bununla yanaşı, korrupsiya ilə əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası ilə bağlı ətraflı izahlar verilmişdir.

Bildirilmişdir ki, 2013-cü il ərzində idarənin növbətçi prokurorları tərəfindən korrupsiya və digər hüquqpozmalar barədə müraciət etmiş 205, idarə rəisi tərəfindən isə 25 vətəndaş qəbul olunmaqla ərizələri alınmış, həmin ərizələr üzrə tam və hərtərəfli araşdırmalar aparılmaqla obyektiv qərarların qəbul edilməsi təmin olunmuşdur.

Hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə idarənin əməliyyat qurumları tərəfindən 424 müraciət araşdırılmışdır. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 18, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 7 cinayət işi başlanmışdır. Həmin işlərdən 19-u üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.

Diqqətə çatdırılmışdır ki, 2013-cü il ərzində idarənin istintaq şöbəsi tərəfindən 367 şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.

Həmin cinayət işlərindən 3 şəxs barəsində 2 rüşvət vermə (aktiv rüşvətxorluq), 41 şəxs barəsində 16 rüşvət alma (passiv rüşvətxorluq), 66 şəxs barəsində 36 vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 5 şəxs barəsində 4 vəzifə səlahiyyətlərini aşma, 8 şəxs barəsində 4 səhlənkarlıq, 124  şəxs barəsində 65 mənimsəmə və israf etmə, bir şəxs barəsində bir təbii qaz, elektrikistilik enerjisini talama, 17 şəxs barəsində 7 qanunsuz və yalançı sahibkarlıq, 2 şəxs barəsində 2 vergidən yayınma, 84 şəxs barəsində 51 dələduzluq, 16 şəxs barəsində 13 isə digər faktlarla əlaqədar olmuşdur.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 40 milyon 92 min manat ziyandan istintaq müddətində 17 milyon 236 min  manatı və ya 42,9 faizi ödənilmiş, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülmüşdür.

Qeyd edilmişdir ki, hesabat dövründə də korrupsiyaya qarşı mübarizə sahəsində idarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Əhalinin sosial müdafiəsi, səhiyyə, nəqliyyat və digər sahələrdə aşkar edilmiş pozuntuların aradan qaldırılması ilə əlaqədar təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim edilmiş, həmçinin bir sıra hallarda vəzifəli şəxslər tərəfindən "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində "Prokurorluq haqqında" Qanuna müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilmişdir.

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq hesabat dövrü ərzində idarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq-mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilmişdir.

Hesabat dövründə BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasının implementasiyası çərçivəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verilmişdir. 2013-cü ilin aprel-may ayları ərzində BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasının İmplementasiyası üzrə Nəzarət Qrupunun 2012-ci ilin iyun ayında keçirilmiş sessiyasında qəbul etdiyi qərara əsasən, Meksika Birləşmiş Ştatları tərəfindən həmin konvensiyanın bir sıra maddələrinin implementasiyasını dəyərləndirəcək iki dövlətdən biri kimi Azərbaycan Respublikası müəyyən edildiyinə görə, Meksikanın cinayət qanunvericiliyində korrupsiyanın kriminallaşdırılması vəziyyəti və hüquq-mühafizə sisteminin dəyərləndirilməsi idarə əməkdaşı tərəfindən həyata keçirilməklə ekspert rəyi hazırlanmışdır.

Görülən işlərin davamı olaraq 2013-cü il avqustun 18-dən 22-dək İdarənin əməkdaşı Beynəlxalq Ekspertlər Qrupu tərkibində Mexikoda Dəyərləndirmə iclasında iştirak etmişdir. Tədbirdə Meksika hökumətinin özünüdəyərləndirmə toplusuna hazırladığı cavablar Azərbaycan mütəxəssisi tərəfindən öyrənilərək qiymətləndirilmiş, cavabdeh ölkəyə ekspert rəylərinin layihələri təqdim olunmuşdur.

Bildirilmişdir ki, 2013-cü ildə Beynəlxalq Antikorrupsiya Akademiyası (İACA) ilə əməkdaşlıq genişləndirilmiş, idarənin əməkdaşları İACA-nın təşkil etdiyi tədbirlərə qatılmışlar.

Ötən il dekabrın 9-dan 11-dək Tailand Krallığının paytaxtı Banqkokda keçirilmiş Beynəlxalq Antikorrupsiya Akademiyasının Beynəlxalq Təşkilat kimi təsis edilməsi haqqında sazişi ratifikasiya etmiş ölkə və təşkilatların yüksək vəzifəli nümayəndələrinin 2-ci Assambleyasında növbəti il üçün Assambleyanın rəhbər orqanı olan büroya üzvlərin seçilməsi ilə əlaqədar keçirilmiş seçkilərdə Azərbaycan nümayəndəsi də səs alaraq büroya üzv seçilmişdir.

Vurğulanmışdır ki, 2013-cü il ərzində Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə aparan Dövlətlər Qrupu (GRECO) ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq uğurla davam etdirilmişdir. GRECO-nun ölkəmiz üzrə 3-cü raund dəyərləndirmə hesabatında verilmiş tövsiyələrin icrası istiqamətində bir sıra mühüm addımlar atılmışdır. GRECO tərəfindən ünvanlanmış son hesabat layihəsində ölkəmizə korrupsiya cinayətlərinin kriminallaşdırılması və siyasi partiyaların maliyyələşdirilməsi üzrə verdiyi 17 tövsiyədən kriminallaşdırma sahəsində icra edilməmiş səlahiyyətli orqanlara məlumat vermiş aktiv rüşvət verən şəxslərin cəzadan avtomatiktam olaraq azad edilməsi məsələsinə dair  müvafiq normativ-hüquqi aktların layihələri idarə tərəfindən hazırlanmışdır.

Hesabat dövründə Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası (İAACA) ilə əməkdaşlıq diqqət mərkəzində saxlanılmış, 2013-cü il aprelin 12-dən 14-dək Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun baş prokuroru, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA) prezidenti Çao Cianminqin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.

Səfər çərçivəsində Çao Cianminq Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov ilə görüşmüş və ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələrinin perspektivlərini müəyyənləşdirən Anlaşma Memorandumu imzalanmışdır.

Ötən il noyabrın 22-dən 24-dək Panama Respublikasında keçirilmiş Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının 7-ci illik Konfransı və Ümumi iclasında ölkəmizin nümayəndə heyəti iştirak etmiş, tədbir zamanı assosiasiya prezidentinin, vitse-prezidentlərinin və İcraiyyə Komitəsi üzvlərinin seçkisi keçirilmişdir. Çin Xalq Respublikasının baş prokuroru yenidən qurumun prezidenti, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov isə vitse-prezidenti seçilmişlər.

Bundan başqa, 2013-cü il oktyabrın 16-dan 19-dək Krans Montana Forumunun təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüsseldə keçirilmiş Transmilli cinayətkarlıq üzrə 15-ci Beynəlxalq Sammitdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

Tədbirdə korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş sessiyada çıxış edən idarə rəisi Azərbaycan Respublikasında həyata keçirilən sistemli antikorrupsiya siyasəti, habelə idarə tərəfindən son illər aparılan cinayət təqibi barədə ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, 2013-cü il ərzində idarə tərəfindən, həmçinin Demokratiyaİqtisadi İnkişaf Naminə Təşkilat - GUAM, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" nəzdində yaradılmış "Korrupsiyaya qarşı mübarizə üzrə Panel", Avropa İttifaqı (Aİ) - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməklə idarə əməkdaşları həmin istiqamətlər üzrə konfrans, seminar, treninq, təlim və "dəyirmi masa"larda fəal iştirak etmişlər.

İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilmiş, qurumun fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu və digər mühüm məsələlər ilə əlaqədar idarə əməkdaşlarının kütləvi informasiya vasitələrində məqalələri dərc olunmuşdur.

Dövlət başçısı İlham Əliyevin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqına təbrikində və cari il yanvarın 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında rüşvətxorluq və korrupsiya kimi mənfi təzahürlərə qarşı daha ciddi mübarizə aparılması barədə tapşırıq və tövsiyələrinə uyğun olaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyənləşdirilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsi təmin olunacaqdır.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 2013-cü il ərzində gördüyü işləri müsbət dəyərləndirmişlər.

QHT-ninKİV-in nümayəndələrinin sualları ətraflı cavablandırılmışdır.

Tədbirin sonunda korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirləri çərçivəsində idarə tərəfindən hazırlanaraq nəşr edilmiş bülleten, buklet, kitablar, metodiki vəsaitlərin təqdimatı keçirilmişdir. Tədbir iştirakçılarına paylanan nəşrlər böyük marağa səbəb olmuşdur.

 

Azərbaycan.-2014.- 18 yanvar.- S.4.