«Nargis» nəşrlər
evi jurnalistlər üçün
«Açıq qapı günü» keçirmişdir
Yanvarın 17-də Bakı Biznes Mərkəzində jurnalistlər üçün "Açıq qapı günü" keçirilmişdir. Tədbir "Nargis" nəşrlər evi tərəfindən təşkil edilmişdir.
AzərTAc
xəbər verir ki, mətbuat konfransı formatında
keçirilən təqdimatda bu nəşrin nümayəndələri
jurnalistikanın problemləri və jurnalistlərin ixtisas səviyyəsinin
artırılması üsulları barədə açıq
dialoq aparmışlar.
"Nargis" jurnalının baş redaktoru Ülviyyə Rəhmanova qeyd etmişdir ki, bu tədbirin məqsədi həmkarları nəşriyyatın layihələri, əməkdaşlıq perspektivləri ilə tanış etməkdir. Bu məqsədlə nəşrlər evi layihələr üzərində işə daha çox media nümayəndəsi cəlb etməyi planlaşdırır. Onların arasında başqa nəşrlərin və onlayn-portalların təcrübəli əməkdaşları ilə yanaşı, yazıları mətbu və ya onlayn nəşrlərdə dərc edilmiş gənc müəlliflər də ola bilər.
Ü.Rəhmanova
sonda demişdir: "Layihənin məqsədi ölkədə
azərbaycandilli və rusdilli jurnalistikanın ümumi səviyyəsini
artırmaqdır. Nəşrlər evi
il ərzində müəlliflərlə
əməkdaşlıq edəcək, onların fəaliyyətini
izləyəcəkdir. Bundan əlavə, ilin yekunlarına əsasən Azərbaycanın
hüdudlarından kənarda keçirilən treninqlərdə
iştirak etmək üçün
beş jurnalist və publisistin daxil olduğu qrup
yaradılması planlaşdırılır".
Azərbaycan.-2014.- 18 yanvar.- S.5.