Ticarətin Maliyyələşdirilməsi
üzrə Beynəlxalq İslam
Korporasiyasının
Təsis Sazişinin təsdiq edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Ticarətin
Maliyyələşdirilməsi üzrə Beynəlxalq
İslam Korporasiyasının 2006-cı il mayın 30-da
Küveyt şəhərində imzalanmış Təsis
Sazişi təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
17 dekabr 2013-cü il
Azərbaycan.-2014.- 19 yanvar.- S.3.