«Ölkədən getmək, ölkəyə
gəlmək və pasportlar haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə» Azərbaycan Respublikasının
2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli Qanununda
dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
"Ölkədən
getmək, ölkəyə gəlmək və pasportlar
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 5, maddə
465) 2.2-ci maddəsində "2014-cü il yanvarın 1-dən"
sözləri "2015-ci il dekabrın 1-dən" sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
27 dekabr 2013-cü il
Azərbaycan.-2014.- 22 yanvar.- S.10.