«Azərbaycan Respublikası hökuməti
və Koreya Respublikası hökuməti
arasında sürücülük vəsiqələrinin
qarşılıqlı tanınması və dəyişdirilməsi
haqqında» Sazişin təsdiq edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
2013-cü
il oktyabrın 23-də Bakı şəhərində
imzalanmış "Azərbaycan Respublikası hökuməti
və Koreya Respublikası hökuməti arasında
sürücülük vəsiqələrinin
qarşılıqlı tanınması və dəyişdirilməsi
haqqında" Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
17 dekabr 2013-cü il
Azərbaycan.-2014.- 22 yanvar.- S.10.