Qanlı Yanvar faciəsinin
24-cü ildönümü ilə əlaqədar
Şəhidlər
xiyabanını ümumxalq ziyarəti
Azərbaycan Prezidenti İlham Əliyev
şəhidlərin əziz xatirəsini
yad etmişdir
Qanlı
20 Yanvar hadisələrindən
24 il keçir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də
- ümumxalq hüzn günündə 20 Yanvar şəhidlərinin xatirəsini
yad etmişdir.
1990-cı
il yanvarın
20-si Azərbaycanın müasir
tarixinə ən faciəli günlərdən
biri, eyni zamanda xalqımızın
qəhrəmanlıq səhifəsi
kimi daxil olmuşdur. İyirmi dörd il
əvvəl yanvarın
19-dan 20-nə keçən gecə sovet ordusunun qoşun birləşmələri Ermənistanın
təcavüzkar hərəkətlərindən
və keçmiş
SSRİ rəhbərliyinin ermənilərə
havadarlığından hiddətlənən,
Bakının küçələrinə
və meydanlarına çıxaraq buna etirazını bildirən
geniş xalq kütlələrinə qarşı
hərbi əməliyyatlara
başladı. Doğma yurdunun,
xalqının azadlığını,
şərəf və
ləyaqətini hər
şeydən uca tutan vətənpərvər
Azərbaycan övladları
həmin müdhiş
gecədə canlarından
keçərək, şəhidlik
zirvəsinə ucalmışlar.
Keçmiş sovet hərb maşınının Azərbaycanda
törətdiyi qanlı
qırğından 24 il keçməsinə
baxmayaraq, xalqımız
o müdhiş gecəni
daim xatırlayır, faciənin ağrısı
ilə yaşayır,
bu vəhşiliyi törədənlərə dərin
nifrətini bildirir. Hər il
yanvarın 20-də minlərlə
insan Şəhidlər
xiyabanını ziyarət
edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş
Azərbaycan oğul və qızlarının
əziz xatirəsini ehtiramla yad edir.
20 Yanvar faciəsi
mahiyyətinə görə
dövlətin öz xalqına qarşı tarixdə misli görünməmiş təcavüzü,
qətliamı idi. Bu qanlı qırğın keçmiş SSRİ, Azərbaycan
SSR konstitusiyalarının kobudcasına
pozulması, ayaqlar altına atılması idi. O gecə keçmiş SSRİ dövləti
dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsini,
beynəlxalq hüquq normalarını, həmçinin
iştirakçısı olduğu
Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını
pozmuşdur. Respublikanın o vaxtkı səriştəsiz,
kölə psixologiyalı
rəhbərlərinin isə
bu faciədən sonra yenə də xalqla bir olmağa cəsarəti çatmadı
və onlar sovet rəhbərliyinin ətəyindən əllərini
çəkmədilər. Həmin vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev onların əksinə olaraq, həyatını təhlükədə qoyaraq
faciənin ertəsi günü Azərbaycanın
daimi nümayəndəliyinə
gəldi və Qanlı Yanvar qırğınını törədənləri
pisləyən kəskin
bəyanatla çıxış
etdi, xalqımızın
başına gətirilən
müsibəti dünyaya
çatdırdı. Bununla da
ulu öndər cəsarətini, mərdliyini,
xalqının sədaqətli
oğlu olduğunu bir daha sübut
etdi.
Lakin bu qanlı qırğın Azərbaycan xalqının
iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə
- azadlıq və müstəqilliyinə qovuşdu.
Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən
qayıdışından sonra
20 Yanvar hadisələrinə
siyasi-hüquqi qiymət
verildi və cinayəti törədənlərin
adları ictimaiyyətə
çatdırıldı.
Azərbaycan xalqı hər
il 20 Yanvar
faciəsi qurbanlarının
xatirəsini dərin ehtiramla yad edir.
* * *
Yanvarın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına
gəldi.
Prezident İlham Əliyev "Əbədi məşəl"
abidəsi önünə
əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət
himni səsləndi.
* * *
Dövlət və hökumət rəsmiləri, respublikamızdakı
dini icmaların başçıları, xarici
ölkələrin Azərbaycandakı
səfirləri, beynəlxalq
təşkilatların nümayəndələri
də şəhidlərin
əziz xatirəsini yad etməyə gəlmişdilər.
* * *
Şəhidlər xiyabanının ziyarət
olunması mərasimində
Baş nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev iştirak edirdilər.
AzərTAc
Azərbaycan.-2014.- 22 yanvar.- S.1.