Azərbaycan Prezidenti Gəncədəki
«VEGO»
hotelində yaradılmış
şəraitlə tanış olmuşdur
Azərbaycan Prezidenti İlham
Əliyevin Gəncə
şəhərinə və
Göygöl rayonuna səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncəyə səfəri çərçivəsində "VEGO" otelində yaradılmış şəraitlə tanış olmuşdur.
"VEGO" oteli Gəncə
şəhərinin mərkəzində yerləşir. Otel ən müasir standartlar səviyyəsində
inşa olunmuşdur.
Prezident İlham Əliyevə məlumat verildi ki, burada dünya
hotel biznesində mövcud
olan ən yüksək xidmət göstəriləcəkdir. Otaqlarda qonaqların
istirahəti üçün
maksimum şərait yaradılmışdır. Diqqətə çatdırıldı ki, təkcə Gəncə üçün
deyil, bölgə üçün də əhəmiyyətli turizm
obyekti olan bu hotel mükəmməl infrastruktura malikdir.
"VEGO" hotelinin istifadəyə
verilməsi bölgəyə
gələn turistlərin
sayına da müsbət təsirini göstərəcəkdir. Hotelin ətrafında
Şah Abbas məscidi və Çökək hamam yerləşir. Çökək
hamam 1606-cı ildə
memar Şeyx Bahəddin Məhəmməd
Amilin layihəsi əsasında tikilmişdir.
Bina günbəzlidir. Hamamda yenidənqurma
işləri aparılarkən
tarixi görkəm olduğu kimi saxlanılmışdır. Gəncənin tarixi memarlıq
abidəsi sayılan Çökək hamama otelin birinci mərtəbəsindən birbaşa
yeraltı tunel vardır.
AzərTAc
Azərbaycan.-2014.- 22 yanvar.- S.7.