Azərbaycan və Avropa
Şurası arasında səmərəli əməkdaşlıq
mövcuddur
Yanvarın 21-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşmüşdür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ölkəmizin dinamik iqtisadi tərəqqisini qeyd edən qonaqlar ötən il Azərbaycanın tarixində ən demokratik və şəffaf şəraitdə seçkilərin keçirilməsindən məmnunluqlarını ifadə etmiş, dövlətimizin insan hüquqlarının daha etibarlı qorunması istiqamətində atdığı addımları yüksək qiymətləndirmiş, qarşılıqlı fəaliyyətin davam etdirilməsinə hazır olduqlarını söyləmişlər.
Azərbaycan
və Avropa Şurası arasında səmərəli əməkdaşlığın
qeyd olunduğu görüşdə qanunvericiliyin təkmilləşdirilməsi,
təqsirləndirilən şəxslərin və məhkumların
hüquqlarının qorunması, vətəndaş cəmiyyətinin
inkişafı və digər maraq kəsb edən məsələlər
ətrafında faydalı fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2014.- 22 yanvar.- S.10.