AŞ PA-nın həmməruzəçiləri
Baş Prokurorluqda olmuşlar
Yanvarın 21-də baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşmüşdür.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikası ilə Avropa Şurası arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə ölkəmizin AŞ qarşısında götürdüyü öhdəliklərin icrası vəziyyəti müzakirə edilmiş, məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması, o cümlədən müasir informasiya texnologiyalarının geniş tətbiqi və prokurorluğun kadr korpusunun gənc mütəxəssislər hesabına komplektləşdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi və digər maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.
Həmməruzəçilər
ölkəmizdə gedən demokratik prosesləri diqqətlə
izlədiklərini, ötən prezident seçkilərinin
azad, ədalətli və şəffaf keçirildiyini bildirərək
Azərbaycan Prokurorluğu ilə səmərəli
qarşılıqlı fəaliyyətə görə minnətdarlıqlarını
ifadə etmişlər.
Azərbaycan.0-2014.- 22 yanvar.- S.10.