Prezident İlham Əliyev
2013-cü ildə 10 193, fəaliyyətinin 10 ili ərzində isə 35164 məhkuma
azadlıq bəxş edib
Azərbaycanda
insan hüquq və azadlıqlarının yüksək səviyyədə
qorunması Prezident İlham Əliyevin daim diqqət mərkəzində
saxladığı prioritet məsələlərdəndir.
Ulu öndər Heydər Əliyevin ikinci dəfə ölkəyə
rəhbərliyindən sonra bu sahədə qəti addımlar
atılmışdır. Respublikada humanizm siyasəti istiqamətində həyata
keçirilən tədbirlər beynəlxalq aləmdə də
dəyərləndirilmişdir.
Məhz
Heydər Əliyev 1993-cü ildə hakimiyyətə
qayıtdıqdan sonra əfv və amnistiya təsisatlarını
bərpa etmişdir. 1998-ci ildə həm Şərqdə, həm
də MDB məkanında ilk dəfə olaraq ölüm
hökmünün ləğv edilməsi Heydər Əliyevin
yüksək humanizmini xarakterizə edən amillərdən
biridir. Ölüm hökmünün ləğvi ilə ulu
öndər bir daha təsdiqlədi ki, Azərbaycanda
insanların hüquq və azadlıqlarının qorunması
dövlətin daim diqqət mərkəzində
saxladığı əsas məsələlərdəndir.
1996-2003-cü illərdə 7
amnistiya və 32 əfv sərəncamı
ilə 21325 məhkum
azadlığa qovuşub
Ulu öndərin uzaqgörən siyasətini davam etdirən və hər bir Azərbaycan vətəndaşının prezidenti olduğunu bu on il ərzində tam sübuta yetirən Prezident İlham Əliyev hətta cinayət əməlinə yol vermiş insanların da taleyinə biganə qalmamışdır. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin müraciətlərinə əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini, bu müddətdə davranışlarını nəzərə alan, cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətini önə çəkən Prezident İlham Əliyev vaxtaşırı əfv sərəncamları imzalayır. Bu addım Azərbaycanda insan hüquqlarının etibarlı təminatını və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini bir daha təsdiqləyir.
İnsan
hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan
vətəndaşlarının şərəf və ləyaqətinin
qorunması Prezident İlham Əliyevin həyata keçirdiyi
dövlət siyasətinin əsasını təşkil edir.
Bu istiqamətdə tədbirlər ölkəmizin beynəlxalq
aləmdəki nüfuzunu daha da artırır, Avropa və
dünya birliyinə inteqrasiyasını getdikcə sürətləndirir.
"Biz ölkəmizdə demokratiyanın, insan
hüquqlarının inkişafına və qorunmasına
çox böyük əhəmiyyət veririk" - deyən
Prezident İlham Əliyevin birbaşa tövsiyə və
göstərişləri əsasında görülən
sistematik işlər insan hüquq və
azadlıqlarının müdafiəsi sahəsində xüsusi
əhəmiyyət kəsb edir. İnkişaf etmiş
demokratik ölkələrdə insan haqlarının təminatına
və ümumbəşəri humanist dəyərlərin bərqərar
olmasına xidmət edən əfv və amnistiya aktları
olduqca yüksək dəyərləndirilir. Ümummilli lider
Heydər Əliyevi böyük şəxsiyyət və
siyasi lider kimi xarakterizə edən mühüm keyfiyyətlərdən
biri də məhz bu idi ki, o, günahkarlara şans verərək
bağışlamağı, islah etməyi bacarırdı.
Ulu öndərin bilavasitə rəhbərliyi ilə
1995-2003-cü illərdə 7 amnistiya və 32 əfv sərəncamı
imzalanmışdır. Amnistiya aktlarına əsasən 21325 məhkum
azadlığa buraxılmış, ümumilikdə, 78 mindən
artıq məhkuma bu amnistiya aktları şamil edilmişdir.
Prezident İlham Əliyev
2013-cü ildə 10 193 məhkumu bağışlayıb
Ulu
öndər Heydər Əliyev tərəfindən əsası
qoyulmuş əfv və amnistiya ənənəsi bu gün Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən davam etdirilir. Prezident
İlham Əliyev 2003-cü ildən 2013-cü ilədək, yəni,
fəaliyyətinin 10 ili ərzində 23 əfv sərəncamı
imzalayıb. Ancaq konkret olaraq 2013-cü ildə dövlət
başçısı 1 amnistiya aktı imzalayıb və 1 əfv
sərəncamı verib. Sonuncu əfv sərəncamı 14
oktyabr 2013-cü ildə - Qurban bayramı münasibəti ilə
imzalanıb.
1995-ci
ildən 2013-cü ilədək olan dövrdə sayca 55-ci əfv
sərəncamı ilə 153 nəfər əfv olunub. Dövlət
başçısının humanizm prinsiplərinə əsaslanan
bu fərman və sərəncamlarına əsasən, indiyədək
5683 nəfərdən çox məhkum azadlığa
buraxılıb. Sonuncu amnistiya aktı isə 10 040 məhbusa
şamil olunub. Bu isə onu deməyə əsas verir ki,
ümumbəşəri dəyərlərə, hər bir fərdin
mənafeyinin əsas götürüldüyü hüquqi
dövlət quruculuğu prinsiplərinə həssas
münasibətin əyani təcəssümü olaraq Azərbaycanda
məhkumların əfv edilməsi - bağışlanması
təqdirəlayiq ənənəyə çevrilib. Prezidentin
əfv siyasəti beynəlxalq birliklər tərəfindən
də dəyərləndirilir. Bu qətiyyətli
addımı ilə cənab İlham Əliyev bir daha təsdiqləyir
ki, Azərbaycanda insan hüquq və azadlıqlarının
müdafiəsi dövlətin daim diqqət mərkəzində
saxladığı zəruri məsələlərdəndir və
bu istiqamətdə görülən işlər beynəlxalq
aləmdə yüksək qiymətləndirilir.
Mərhəmət və humanizm məfkurəsi
Heydər Əliyev Fondunun başlıca məramıdır
Ölkəmizin tərəqqisinə, dünya birliyinə inteqrasiyasına, ulu öndər Heydər Əliyev irsinin öyrənilməsinə, təbliğinə böyük dəstək verən Heydər Əliyev Fondu həyata keçirdiyi layihələrlə respublikamızın hərtərəfli inkişafına və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə öz töhfəsini verir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında xüsusi rol oynayır. Ümummilli liderin humanizm, insanpərvərlik ideyalarının praktik tətbiqi fondun fəaliyyətində əsas yer tutur. Mərhəmət və humanizm məfkurəsindən çıxış edərək insanlara daim qayğı, yardıma ehtiyacı olanlara kömək göstərmək Heydər Əliyev Fondunun başlıca məramlarındandır. Ümummilli liderin humanizm prinsiplərini layiqincə davam etdirən Heydər Əliyev Fondu yarandığı gündən etibarən xeyirxahlıq və mərhəmətlilik göstərərək yardıma ehtiyacı olan insanları daim diqqət mərkəzində saxlayır, onların problemlərinin həllinə yaxından kömək edir.
Müxtəlif səbəblər üzündən azadlıqdan məhrum edilmiş şəxslərin və onların yaxınlarının, ailə üzvlərinin fonda çoxsaylı müraciətlər etməsi vətəndaşların Heydər Əliyev Fondunun ali prinsiplərinə olan ictimai etimadının mühüm göstəricisidir.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş amnistiya aktları ümummilli liderin humanist siyasətinə sadiqliyin bariz nümunəsidir. Fondun təşəbbüsü ilə irəli sürülən və Milli Məclis tərəfindən qəbul edilən amnistiya aktları da ölkə ictimaiyyəti tərəfindən daim böyük sevinc hissi ilə qarşılanır.
Son 10 ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Milli Məclisdə 3 dəfə amnistiya aktı ilə bağlı qərar qəbul olunub. Dövlət başçısı 2003-2013-cü illərdə 3 amnistiya aktına imiza atıb. Milli Məclis tərəfindən 2007-ci il mayın 8-də qəbul olunmuş qərarla 9877 məhkum barəsində, 2009-cu il 17 mart tarixli qərarla 9564 və 2013-cü il 7 may tarixli qərarla 10 040 məhkum barəsində amnistiya tətbiq edilmişdir. Statistikaya nəzər saldıqda isə görərik ki, Prezident İlham Əliyevin imzaladığı 3 amnistiya aktı 29481 nəfərə şamil olunmuşdur.
Onu da qeyd edək ki, əfv və amnistiya təsisatları bərpa edildikdən sonra 1995-ci ildən 2009-cu ilədək qəbul edilən 9 amnistiya aktı 96 mindən çox şəxsə tətbiq edilmişdir. Təxminən 25 min məhkum cəzaçəkmə müəssisələrindən azad olunmuşdur. "Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin 7 may 2013-cü il tarixli qərarı ilə, yəni, 10-cu amnistiya aktı 10 040 məhkuma şamil olunmuşdur. Son amnistiya nəticəsində 2268 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmişdir.
Beləliklə,
rəqəmlərə bir daha nəzər saldıqda görərik
ki, 10 amnistiya aktı təqribən 106 mindən çox məhkuma
şamil olunmuş və təqribən 27 268 nəfər
azadlığa qovuşmuşdur. Prezident İlham Əliyev
2003-2013-cü illər ərzində imzaladığı 3
amnistiya və 23 əfv sərəncamı ilə 35 164 məhkumu
əfv etmişdir.
Ədalətli rəhbər,
humanizm və insanpərvərlik
ideyalarının daşıyıcısı
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin insan hüquq və azadlıqlarının qorunmasına böyük önəm verməsi xalqın dövlət başçısının ərtafında daha sıx birləşməsini təmin etmişdir. Son 10 ildə həyata keçirdiyi çevik və məqsədyönlü siyasətlə özünü təcrübəli dövlət xadimi, bacarıqlı rəhbər kimi təsdiqləməsi, real ideya və proqramlarla insanların inam və etimadını qazanması cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinə malik olduğunu göstərmişdir. Dövlət başçısı siyasi lider olaraq insanları öz ideya və baxışları ətrafında toplamaq, onların iradələrinə, qərarlarına təsir göstərmək iqtidarında olduğunu sübuta yetirmişdir. Məhz bu keyfiyyətləri sayəsində də idarəçilikdə yüksək uğurlara imza atmış, cəmiyyətin əsas və həlledici hissəsini arxasınca apara bilmişdir. Azərbaycanda ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin qorunub saxlanılması naminə ilk gündən nümayiş etdirdiyi yüksək prinsipiallıq, qətiyyət və əzmkarlıq Prezident İlham Əliyevin istənilən ekstremal situasiyada çevik və optimal qərar qəbul edən qətiyyətli lider olduğunu təsdiqləmişdir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının davamlılığını təmin edən Prezident İlham Əliyev milli maraqlara əsaslanan diplomatiya, demokratikləşdirmə, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti ilə məhz dövlət müstəqilliyinin praktik olaraq möhkəmləndirilməsini təmin etmişdir. Azərbaycanın ötən 10 ildə sosial-iqtisadi, siyasi, hüquqi və digər sahələrdə əldə etdiyi yüksək nailiyyətlər Heydər Əliyev siyasi kursuna alternativin olmadığını bir daha təsdiqləmişdir.
Prezident
İlham Əliyevin ötən illərdə ölkədə
siyasi barışığın, vətəndaş həmrəyliyi
və sülhünün təmin olunması, etimad mühitinin
formalaşdırılması istiqamətində
atdığı addımlar onun ədalətli rəhbər
obrazını şərtləndirən amillər
sırasında xüsusi vurğulana bilər. Bu məqam
ölkə rəhbərinin idarəçilik fəlsəfəsində
humanizm və insanpərvərlik ideyalarının parlaq xətt
təşkil etdiyini bir daha təsdiqləyir. Dövlət
başçısının ötən 10 ildə
qanunçuluğa, hüquq qaydalarına, ədalətə
bağlı olması, vətəndaş hüquq və
azadlıqlarının təminatçısı kimi
çıxış etməsi onun yüksək humanizminin ifadəsidir.
Dünyanın insan hüquqları sahəsində
ixtisaslaşmış nüfuzlu təşkilatları da bunu
açıq etiraf edir, cənab İlham Əliyevin insanpərvər
dövlət başçısı olduğunu bildirirlər.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.-2014.- 22 yanvar.- S.15.