Ankarada «Qarabağ problemi: haradan haraya» mövzusunda Beynəlxalq konfrans keçirilmişdir
Azərbaycanın Türkiyədəki səfirliyi, Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurası,
Avrasiya Qeyri-Hökumət
Təşkilatları Əməkdaşlığı
Dərnəyi və
"EkoAvrasiya" təşkilatının
birgə təşkilatçılığı
ilə Ankarada "Qarabağ problemi: haradan haraya" mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.
Konfrans iştirakçıları
əvvəlcə 20 Yanvar
faciəsi qurbanlarının
xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, Azərbaycanın Türkiyədəki
səfirliyinin təşkil
etdiyi 20 Yanvar faciəsindən bəhs edən fotosərgiyə baxmışlar.
Konfransda çıxış edən
Türkiyənin Avropa
İttifaqı üzrə
nazirinin müavini Ələddin Büyükkaya
bildirmişdir ki, Azərbaycan ilə Türkiyə ortaq tarixi, mədəniyyəti
və qardaşlığı
olan ölkələrdir. Dövlətlərimiz bundan sonra da
qardaşlıq şəraitində
gələcəyə birgə
addımlayacaqlar. Biz bu həmrəylikdən qürur duyuruq. İki strateji tərəfdaş olan ölkələrimiz bütün məsələlərdə
daim birlikdə hərəkət etmişlər.
Cənubi Qafqazda sülh
və sabitlik məsələlərinə də
baxışımız eynidir.
Nazir müavini demişdir ki, Azərbaycanda ötən il
oktyabrın 9-da keçirilmiş
prezident seçkisindən
sonra xalqın etimadını qazanan Prezident İlham Əliyev ilk rəsmi səfərini də Türkiyəyə etmişdir.
Bu, ölkələrimiz arasında əlaqələrin
yüksək səviyyəsini
göstərir. Eyni zamanda,
səfər zamanı
Yüksək Səviyyəli
Strateji Əməkdaşlıq
Şurasının iclası
keçirilmişdir. Bu
iclasda tərəfləri
maraqlandıran bütün
məsələlər üzrə
tam fikir birliyi olmuşdur.
Konfransda çıxış edən
Azərbaycanın Türkiyədəki
səfiri Faiq Bağırov bildirmişdir
ki, konfransın 20 yanvar tarixində keçirilməsi təsadüfi
deyildir. Bu tarix
Azərbaycan xalqı üçün qanlı bir faciə günü olmaqla yanaşı, müstəqil
dövlət qurmaq yolunda qəhrəmanlıq
səhifəsidir. 1990-cı il yanvarın
19-dan 20-nə keçən qanlı gecədə erməniləri dəstəkləyən
sovet rəhbərliyinin
fərmanı ilə Bakı şəhərində
dinc əhaliyə qarşı amansız qətliam həyata keçirilmişdir. Məqsəd Azərbaycanın Dağlıq
Qarabağ bölgəsinin
ermənilərə verilməsinə
etiraz edən xalqı qorxutmaq idi. Lakin bu faciə Azərbaycan xalqını
daha da mübariz
etdi və müstəqillik uğrunda
əzmini artırdı.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq
qrupunun sədri Necdət Ünüvar çıxışında bildirmişdir
ki, 20 Yanvar qətliamını, eləcə
də Xocalı soyqırımını törədənlər
öz vəhşiliklərini
açıq şəkildə
etiraf etmişlər. Onlar mətbuata
müsahibələrində, yazdıqları kitablarda nəinki bu cinayətləri etiraf etmiş, hətta bununla fəxr etdiklərini bildirmişlər.
Gələcəkdə bu cür faciələrə məruz
qalmamaq üçün
bütün türk dünyası beynəlxalq
lobbiçilik fəaliyyətlərində
daha həmrəy və güclü olmalıdır.
Vurğulanmışdır ki, türk dünyasının
iki qüdrətli qardaş ölkəsi olan Türkiyə və Azərbaycan böyük nailiyyətlərə
imza atmış, BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü olmaq xoşbəxtliyini yaşamışlar.
Konfransda
çıxış edən
Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının sədri,
Milli Məclisin deputatı Azay Quliyev, Giresun Universitetinin rektoru,
professor Aygün Attar, Türkiyə
Böyük Millət
Məclisinin deputatı
İsmayıl Safi, professorlar
Cəmaləddin Taşkıran,
Hayati Aktaş və başqaları Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
səbəbləri, beynəlxalq
miqyasda bu problemə yanaşma, bölgədə geosiyasi reallıq, Xocalı soyqırımının dünyada
tanınması istiqamətində
görülən işlər
və digər mövzularda məruzələrlə
çıxış etmişlər.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.-2014.- 22 yanvar.- S.15.