Mədəniyyət Nazirlərinin VIII İslam Konfransında Azərbaycan
İslam mədəni
strategiyasının icrası üzrə Məşvərətçi
Şuraya üzv seçilmişdir
Xəbər verdiyimiz kimi, 2013-cü il üçün
İslam mədəniyyətinin
paytaxtı seçilmiş Səudiyyə
Ərəbistanının Mədinə şəhərində
İSESCO-nun təşkilatçılığı
ilə Mədəniyyət Nazirlərinin VIII İslam
Konfransı keçirilir.
Yanvarın
23-də başa çatacaq konfransda ölkəmizi Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri
Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə
heyəti təmsil edir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, konfrans çərçivəsində mədəniyyət nazirlərinin "Dialoqun və sülhün inkişafı naminə İslam dünyasında mədəni hüquqların inkişafı" mövzusunda "dəyirmi masa"sı keçirilmişdir.
Bundan əlavə, İslam Dünyasının Mədəniyyət Strategiyasının üzv ölkələr tərəfindən tətbiq edilməsinə dair həmin ölkələrin nümayəndələrinin və baş direktorun hesabatı dinlənilmişdir.
Konfransın
yanvarın 22-də keçirilən iclasında Azərbaycan
İslam mədəni strategiyasının icrası üzrə
Məşvərətçi Şuraya üzv
seçilmişdir.
Azərbaycan.-2014.- 23 yanvar.- S.4.